Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Veteranlar medal satan polkovnikdən narazıdırlar – Xəlil Cəlilov təşkilat rəhbərliyindən niyə bərk yapışıb?
  • BAXIŞ BUCAĞI

Veteranlar medal satan polkovnikdən narazıdırlar – Xəlil Cəlilov təşkilat rəhbərliyindən niyə bərk yapışıb?

admin 12.02.2026
celilpolk

Veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun fəaliyyəti ilə bağlı hesabat tələb edirlər…
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Cəlil Xəlilovun idarəetmə prinsipləri təşkilatın nizamnamə və qaydaları ilə uzlaşmır. Xüsusən təşkilatın maliyyə xərclərindəki qeyri-şəffalıq, o cümlədən sədrin veteranların problemlərinə biganə yanaşması və saymamazlığı veteranlar arasında qəzəb doğurur.

AzFakt.com-a danışan mənbələrdən biri bildirib ki, Cəlil Xəlilov hələ təşkilatda sədr müavini olaraq çalışırkən adı müxtəlif korrupsiya qalmaqallarına qarışıb. Buna baxmayaraq o 2024-cü ildə təşkilata sədr gətirilib.

“Əslində təşkilatın əksəriyyət üzvləri Cəlil Xəlilovun sədr seçilməsinin əleyhinə olub. Buna baxmayaraq, plenumda yekdilliklə seçilməsi elan olunub. Uzun illər təşkilatda sədr müavini çalışdığına görə, biz veteranlar onun hansı yuvanın quşu olduğunu da yaxşı bilirdik. Çünki müavin olaraq çalışdığı dövrlərdə faktiki olaraq sədrin səlahiyyətlərini mənimsəyərək təşkilat daxilində ədalətsizliyin simvoluma çevrilmişdi. Hazırda isə sədr C.Xəlilov təşkilatda veteranların problemlərinin həlli ilə deyil, öz maraqlarının təminatı üçün çalışır”, deyə şikayətçi mənbə bildirib.

Şikayətçi onu da qeyd edib ki, hazırda veteranların problemləri aşıb-daşsa da, bu problemlər C.Xəlilovu maraqlandırmır.

“Təşkilatın xərcləmələri ümumiyyətlə qaranlıq bir otaqdır. Biz əminik ki, bu qaranlıq otağa işıq salınsa, o zaman çox böyük qanunsuz xərcləmələr ortaya çıxacaq. Ona görə də veteranlar təşkilatın maliyyə xərclərinin yoxlanılmasını və şəffaflıq yaradılmasını tələb edir. Biz istəyirik ki, Cəlil Xəliov veteranlar üçün gördüyü işlər barədə hesabat versin. Hər halda bu təşkilatömürü boyu səngər görməyən, isti kabinetlərdə oturan polkovnikin lüks həyat sürməsi üçün qurukmayıb”, deyə mənbə vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 1992-ci ildə yaradılıb. Təşkliatın ilk sədri general Dadaş Rzayev olub. 2016-cı ildən Cəlil Xəliov sədrin müavini olaraq çalışıb və o zamanlar artıq xəstə olan Dadaş Rzayevin yerinə təşkilatı idarə edib.

Cəlil Xəlov Milli Ordunun zabiti olmayıb. O, 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib. “Ştab zabiti” olan, səngər görməyən, Milli Ordu sıralarında olmayan, Qarabağ müharibəsində bir gündə olsun iştirak etməyən birinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sədr müavini olması hələ həmin dönəmlərdə təşkilat daxilində narazılıqla qarşılanıb.

Yerli mətbuatda Cəlil Xəlilovun adı bir çox qalmaqalalrda hallanıb. Həmin qalmaqallardan biri də veteranlara döş nişanlarının verilməsi ilə bağlı olub. Belə ki, Cəlil Xəlova qarşı dön nişanlarının Qarabağ müharibəsində iştirak etməyən, ümumiyyətlə heç bir sahədə veteran olmayan insanlara satmasında ittiham olunub. Həmçinin Cəlil Xəlova qarşı təşkilatın nizamnaməsində nəzərdə tutulmayan veteran həmrəyliyi, Cəmşid Naxçıvanski, Həzi Aslanav, Əliağa Şıxlınski, Səmədbəy Mehmandarov medalarının bilinməyən şəxslərə satılması ilə bağlı ittihamlar da səsləndirilib. Bundan başqa sədr müavin işlədiyi illərdə müxtəlif maliyyə yeyintiləri ilə bağlı da yerli mətbuiatda çoxlu iddialar səsləndirilib

Poliqon.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bu videoları çəkib gizli kameraları reklam edirlər – Hamamda, oyuncaqda, kompüterdə…
Next: Qənimət Zahid və Fuad Qəhrəmanlı hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur, barələrində qiyabi həbs qərarı verilib

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.