Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb-Video
  • ARAŞDIRMA

Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb-Video

admin 12.02.2026
hekim1

Şirəliyev Kamran Tacəddin oğlu həyat yoldaşının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edir.
Onun sözlərinə görə, 28 noyabr 2025-ci il tarixində həyat yoldaşı Şirəliyev Arzu Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikasında çanaq nahiyəsindəki kistanın götürülməsi məqsədilə aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Şikayətçi bildirir ki, əməliyyat zamanı yol verilən ciddi tibbi səhvlər sonradan gizlədilib.

Kamran Şirəliyevin iddiasına əsasən, həyat yoldaşı əməliyyat günü faktiki olaraq həyatını itirib. Lakin bu fakt ailədən gizlədilərək vəziyyət “koma” adı altında təqdim olunub və mərhum 18 gün xəstəxanada saxlanılıb. Şikayətçi hesab edir ki, bu müddət ailəni sakitləşdirmək və baş verənləri ört-basdır etmək məqsədi daşıyıb.

Vətəndaş bildirir ki, əməliyyatda kafedra müdiri Fariz Camalov Hidayət oğlu və ikinci cərrah kimi Fərhad Sultanov iştirak edib. Onun sözlərinə görə, əməliyyatdan iki saat sonra Fərhad Sultanov onu otağına çağıraraq əməliyyatın “həddindən artıq uğurlu keçdiyini” bildirib.

Eyni zamanda şikayətçi qeyd edir ki, paralel olaraq Fariz Camalovun assistenti Nərgiz adlı tibb işçisinə zəng edilərək xəstənin ayaq barmaqlarında reaksiya olub-olmadığının yoxlanılması tapşırılıb. Bu zəngdən qısa müddət sonra isə xəstənin vəziyyətinin kritik olduğu məlum olub.

Kamran Şirəliyev bildirir ki, həyat yoldaşının ölümü əməliyyat zamanı tətbiq olunan tibbi müdaxilə ilə bağlıdır. Onun sözlərinə görə, belin boşluq hissəsinə vurulmalı olan iynə ürək nahiyəsinə vurulub. Şikayətçi qeyd edir ki, ailə üzvlərindən biri mərhumun yanına daxil olarkən iynənin bel nahiyəsində deyil, məhz ürək nahiyəsində olduğunu müşahidə edib və bunu şəkil çəkərək sənədləşdirib. Buna baxmayaraq, bu tibbi müdaxiləni kimin etdiyi və hansı əsasla aparıldığı bu günə qədər rəsmi şəkildə açıqlanmayıb. Şikayətçinin iddiasına görə, həyat yoldaşı vəfat etdikdən sonra kafedra müdiri Fariz Camalov onunla söhbət zamanı açıq şəkildə məsuliyyəti inkar edən və cəmiyyət üçün ciddi narahatlıq doğuran ifadələr işlədib. Kamran Şirəliyev bildirir ki, Fariz Camalov ona belə deyib:

“Sən mənə heç nə edə bilmərsən. Kağıza nə yazsam, o da olacaq. Mən çox əməliyyatlar etmişəm, ölənlər olub. O qədər adam olub ki, deyib buranı bomba qoyub partladacam, amma görürsən, 14 mərtəbənin hamısı yerindədir, heç yer partlamayıb.”

Vətəndaş hesab edir ki, bu cür ifadələr təkcə ailəyə qarşı hörmətsizlik deyil, həm də tibb sistemində cəzasızlıq mühitinin açıq göstəricisidir. Patrul.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
Next: Havanın temperaturu yüksələcək – Bu tarixdən

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.