Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
  • GÜNDƏM

Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?

admin 12.02.2026
eliyevpasnı

Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq istəyir. Paşinyan bildirib ki, “bu məsələ hökumətin gündəliyinə daxil edilib”.

Sülh sazişinin imzalanması Ermənistan hakimiyyətinin seçkidə mövqelərini gücləndirə, revanşistlərin anti-sülh gündəliyinə əsaslanan proqramlarını sıradan çıxara bilər. Bakı-İrəvan xəttində razılaşmalar da sülh sazişinin imzalanmasının önünü açır:

– Əsas ziddiyyətli məsələ olan Zəngəzur dəhlizi həll edilib: Vaşinqton anlaşmalarından sonra ABŞ-Ermənistan TRİPP müqaviləsində layihənin icrası öz əksini tapır; ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasında da Naxçıvana maneəsiz bağlantının açılması qeyd olunur;

– Sərhədin delimitasiyası ilə bağlı prinsipial razılaşma var: tərəflər mübahisəli məsələlələri sülh yolu ilə həll edəcəklər;

– İkitərəfli ticarət əlaqələri qurulub və genişlənməsi perspektivləri mövcuddur;

Bu mənzərə fonunda sazişin Ermənistandakı seçkilərdən öncə imzalanması imkanları görünür. Seçkidə Paşinyanın qalib gəlməsi razılaşmaların icrası, ümumilikdə regional sülhün əldə edilməsi baxımından vacib olduğunu nəzərə alsaq, Bakının sazişlə İrəvana jest etməsi ssenarisi məqbul hesab oluna bilər. Hərçənd, yekun sülh sazişinin önündə əngəl olan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası tərəddüdlər yaradır.

Ermənistan hakimiyyəti bunun problem olmadığını iddia edir: paraflanan sülh sazişi layihəsində “sazişin daxili qanunvericilikdən üstün olması”nı əsas gətirərək, konstitusiya dəyişmədən imzalanmanın reallaşmasını mümkün hesab edirlər, eyni zamanda, seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcəyi vədini verirlər.

Azərbaycanın bununla bağlı haqlı tərəddüdləri var.

Birincisi, Paşinyanın mövqeləri güclü olsa da, seçkidə qalib gəlməsi aksioma deyil, həmçinin, seçkilərə müdaxilə fors-major situasiya yarada bilər;

İkincisi, Paşinyan hakimiyyətinin seçkidə qalib gəldikdən sonra vədinə nə qədər sadiq qalacağı sual altındadır, tarixi təcrübə Ermənistana bel bağlamağın təhlükəli olduğunu ispatlayıb;

Bu baxımdan, seçkidən öncə – Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qalxmadan sülh sazişinin imzalanması risklidir.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi
Next: Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780661934_screenshot-2026-06-05-161752
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr… – Ali Məhkəməyə üz tutdu

admin 05.06.2026
1780595627_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi güclüdür, yoxsa “Leyla Medical Center”in “başında turp əkən” Sevda Kurbanova?:

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.