Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zəngəzur dəhlizinə kim nəzarət etməlidir? – Bakının şərti
  • GÜNDƏM

Zəngəzur dəhlizinə kim nəzarət etməlidir? – Bakının şərti

admin 18.09.2024
zengezur

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın çox fərqli planları var. Əslində, 9 (10) noyabrda imzalnan üçtərəfli bəyanata görə, dəhlizə nəzarəti Rusiyanın sərhəd qoşunları həyata keçirməlidir. Bu, faktiki olaraq Ermənistanın İranla yeganə sərhədinin Rusiyanın nəzarətinə keçməsi deməkdir. İran və Ermənistan bunu istəmir. Moskva da dəhlizə nəzarəti əldən vermək niyyətində deyil.

Soztv.az xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Turab Rzayev Zəngəzur dəhlizi ətrafında gedən müzakirələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi reallaşdırılması mümkün olan və beynəlxalq əhəmiyyətli bir layihədir:

“Bu yol dəqiq açılacaq. Əsas məsələ onun hansı şərtlərlə açılacağıdır. Hazırda yolun açılması üçün bir neçə təklif irəli sürülüb. Yola kim nəzarət edəcək: Rusiya, Ermənistan, yoxsa özəl şirkət? Yoxsa Paşinyanın “Sülh qovşağı” adı verdiyi layihəsi əsasında açılacaq?

Paşinyan yolların və kommunikasiyaların açılmasının əleyhinə deyil. Dəfələrlə təklif edib ki, yollar açılsın. Amma o, bütün yolların bərabər şəkildə açılmasını istəyir. Necə ki, Gürcüstanla bağlı bizim yollara Azərbaycan, Gürcüstan yoluna isə gürcülər nəzarət edir. Zəngəzur yolu Ermənistana lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan neft-qaz layihələrinin, elektrik enerjisi, fibor-optik xətlərin və beynəlxalq kommunikasiyaların mərkəzidir. Ermənistan isə kənardadır. Yeganə şansları var ki, Orta Dəhlizin bir hissəsini Bakı-Qars dəmir yolundan saldığımız kimi, bir hissəsini də Zəngəzur yolu üzərindən sala bilərik”.

Politoloq qeyd edib ki, Zəngəzur yolunun açılması ilə bağlı Bakının təklifi əlverişlidir. Sadəcə, kənar aktorların buradakı maraqları kommunikasiyaların açılmasına mane törədir:

“Azərbaycan üçün yola kimin nəzarət edəcəyinin heç bir əhəmiyyəti yoxdur. Sadacə, biz istəyirik ki, həmin yolda müəyyən üstünlüyümüz olsun. Yəni Naxçıvana “Azərbaycandan Azərbaycana” prinsipi tətbiq edilsin. Burada Kalinqrad, yaxud digər fərqli model tətbiq edilə bilər. Bakı istəyir ki, Azərbaycan vətəndaşları qeydiyyatsız, yükləri gömrük nəzarəti olmadan Naxçıvan ərazisinə rahat keçə bilsin. Amma Azərbaycandan Türkiyəyə, Türkiyədən də Naxçıvan üzərindən ölkəmizə gələn mal və xidmətlər isə gömrük və vergi rüsumlarına cəlb oluna bilər. Bakı buna etiraz etmir. Ermənistan bir müddət bu təklifə isti yanaşırdı, ancaq görünür, indi bu mövqedən uzaqlaşıb”.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Rusiyada tanınmış azərbaycanlı vəkil saxlanıldı
Next: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı sərəncam

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.