Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Pekində görüş niyə alınmadı? – Əliyevin Putinlə görüş şərti…
  • GÜNDƏM

Pekində görüş niyə alınmadı? – Əliyevin Putinlə görüş şərti…

admin 04.09.2025
eliyevput

Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan-Ermənistan-ABŞ arasında sazişlər Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Bakı-Moskva münasibətlərinin yoluna qoyulması üçün cəhdlərini stimullaşdırdı, həmçinin ikitərəfli görüşlər baş tutdu. Bu isə hər iki ölkənin liderləri səviyyəsində baş tutacaq görüşlə gərginliyin aradan qalxacağı təəssüratı yaratdı.

Soztv.az xəbər verir ki, hazırkı məqamda İlham Əliyevin Rusiyaya, Putinin isə Azərbaycana səfəri real görünmür, o cümlədən, Rusiya lideri məlum səbəblərdən beynəlxalq tədbirlərdə də heç də aktiv iştirak etmir. Buna görə də Çində keçirilən “ŞƏT+” sammiti və Pekində baş tutan parad yaxın perspektivdə Putin və Əliyevin birgə iştirak etdiyi azsaylı tədbirlərdən idi və ikitərəfli görüş üçün bu tədbir ideal fürsət sayıla bilərdi.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da Putinin Əliyevlə görüşməkdə maraqlı olduğunu açıq şəkildə mediaya elan etmişdi.

31 avqustda, liderlər Çinə səfərə hazırlaşarkən Peskov bildirdi: “Ümid edirəm ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev sabah ŞƏT sammiti çərçivəsində görüşmək imkanı əldə edəcək”.

Kremlin sözçüsü özbaşına, şəxsi təşəbbüsü ilə bu “ümidi” ifadə edə bilməzdi: bu, Kremlin mövqeyi idi və deməli, Moskva görüş üçün təşəbbüs göstərirdi.

1 sentyabrda isə Peskov növbəti açıqlamasını verdi: “Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə hələ danışmayıb”.

Bu açıqlama artıq görüşlə bağlı bir gün öncəki əminliyin kifayət qədər “zədələndiyi” təəssüratını yaradırdı.

Ehtimal edilir ki, nümayəndə heyətləri görüşün təşkili üçün təmasa keçiblər, lakin Prezident Əliyev görüşdə qarşı tərəfin 25 dekabr 2024-cü ildə Qroznı səmasında AZAL mülki təyyarəsinin vurulması və Aktauda qəzaya düşməsinə görə məsuliyyəti üzərinə götürdüyünü dilə gətirməsini istəyib, başqa sözlə, prinsipial mövqeyindən geri durmayıb, nəticədə görüş alınmayıb.

O ki qaldı Pekində liderlərin “təsadüfən” görüşməsinə, belə mərasimlərdə adətən təsadüflər olmur. Belə məlum olur ki, Putin və Əliyevin əl sıxması razılaşdırılıb, səbəb isə tərəflərin gərginliyin davam etdirmə istəklərinin olmamasını nümayiş etdirməkdir. Ancaq Rusiya məsuliyyəti üzərinə götürmədikcə əlaqələrin əvvəlki məcrasına düşəcəyi də mümkünsüz görünür.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb-Şok görüntülər
Next: İşçiləri müqaviləsiz işlədənlər cərimələndi

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.