Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Estetik əməliyyatlar adi tibbi prosedur deyil və yalnız peşəkar həkimlər tərəfindən aparıla bilər“ Vəkil Ramil Vəliyev
  • ARAŞDIRMA

“Estetik əməliyyatlar adi tibbi prosedur deyil və yalnız peşəkar həkimlər tərəfindən aparıla bilər“ Vəkil Ramil Vəliyev

admin 04.09.2025
estetık1

“Azərbaycanda son illərdə estetik əməliyyatlara maraq əhəmiyyətli dərəcədə artıb. İnsanların xarici görünüşünü dəyişmək, qüsurları aradan qaldırmaq və ya gəncləşmək məqsədilə müraciət etdiyi bu əməliyyatların sayı çoxalsa da, təəssüf ki, paralel olaraq fəsadlarla nəticələnən halların da sayı artır. Bəzi hallarda vətəndaşlar qeyri-peşəkar şəxslərin əlinə düşür, bəzən isə lisenziyasız klinikalarda əməliyyatlara razılıq verirlər. Bu isə həm sağlamlıq, həm də həyat üçün ciddi təhlükələr yaradır.”

Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən vəkil Ramil Vəliyev bildirib ki, həkim və ya klinikanın səhlənkarlığı, yaxud qanunsuz fəaliyyəti nəticəsində xəstənin ölümü və ya sağlamlığına ağır zərər vurularsa, bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. Qanunvericilik belə hallarda cərimə, tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə və ya azadlıqdan məhrumetmə kimi cəza tədbirlərini nəzərdə tutur. Əgər əməliyyat qəsdən və ya tamamilə qeyri-qanuni formada – məsələn, ixtisassız həkim və ya lisenziyasız klinika tərəfindən aparılıbsa, məsuliyyət daha da ağırlaşdırılır.

Estetik əməliyyatlar adi tibbi prosedur deyil və yalnız peşəkar həkimlər tərəfindən aparıla bilər. Qanunvericiliyə görə, estetik və plastik əməliyyatlarla məşğul olmaq üçün həkim ali tibbi təhsil almalı və cərrah ixtisası üzrə diplomu olmalıdır. Həkimin “Plastik, rekonstruktiv və estetik cərrahiyyə” üzrə ixtisaslaşması, müvafiq sertifikata sahib olması, həmçinin Səhiyyə Nazirliyi tərəfindən verilən fəaliyyət sertifikatına malik olması vacibdir.

Eyni zamanda əməliyyatların keçirildiyi klinikalar da müəyyən tələblərə cavab verməlidir. Klinikanın tibbi fəaliyyət üzrə rəsmi lisenziyası, sanitar-epidemioloji icazəsi olmalı, əməliyyatxana yalnız cərrahi fəaliyyət üçün uyğunlaşdırılmalı və müasir tibbi avadanlıqlarla təchiz edilməlidir. Təhlükəsizlik baxımından əməliyyatxana reanimasiya və təcili tibbi yardım avadanlığı ilə təmin olunmalıdır.

Mütəxəssislər bildirirlər ki, hər bir şəxs estetik əməliyyat barədə qərar verərkən diqqətli olmalı, həkim və klinikanın ixtisası və icazələrini yoxlamalıdır. Reklamlara aldanmaq və ucuz qiymətə razılaşmaq gələcəkdə həm maddi, həm də sağlamlıq baxımından daha böyük problemlərə yol aça bilər. Çünki uğursuz əməliyyatların fəsadlarını aradan qaldırmaq daha çətin və baha başa gəlir, bəzi hallarda isə insan həyatını itirə bilər.(Patrulaz.az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?
Next: Qədim Ədilovun məhkəməsi başladı: 17 zərərçəkənə milyonlarla manat zərər vurulub

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.