Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Putinin əli azərbaycanlıların qanına batıb – AzTV
  • DÜNYA

Putinin əli azərbaycanlıların qanına batıb – AzTV

admin 30.06.2025
putin

Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiya Prezidenti Vladimir Putini, Moskvanın azərbaycanlılara qarşı yönələn siyasətini sərt tənqid edib.

Soztv.az xəbər verir ki, bu barədə AzTV-nin sədri Rövşən Məmmədov müəllifi olduğu “Həftə” analitik-informasiya proqramında danışıb.

O, məsələnin şərhinə Prezident İlham Əliyevdən sitat gətirməklə başlayıb:

“Doğurdan da 44 günlük Vətən müharibəsində qazanılan qələbə, Prezident İlham Əliyevin dediyi kimi, çox böyük layları yerindən tərpətdi. Laylar yerindən tərpənəndə də hər kəsin əsil siması üzə çıxır – elə region ölkələlərinin də… O cümlədən də Rusiyanın…

Nə olub, cənab Putin? Azərbaycanın regionda güclü bir dövlətə çevrilməyi, son 200 ildə ilk dəfə olaraq torpaq verməyib, öz gücü ilə torpaq alıb suverenliyini və ərazi bütövlyünü bərpa etməsi, milli maraqlarını qoruması, prinsipial siyasət ortaya qoyması, Prezident İlham Əliyevin qlobal arenada liderliyinin qəbulu və ən müxtəlif beynəlxalq kürsülərdən etirafı sizi beləmi narahat edir? Başa düşürük, siz axı öyrəşmisiniz böyük Rusiyanın zorla öz ərasizinə daxil etdiyi xalqlar üzərində hökmranlığına…

İstər Çar Rusiyası dövründə olsun, istərsə də İttifaq dönəmində ali irq rus xalqı idi, azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər və digər millətlərin nümayəndələri hər zaman ikinci dərəcəli xalq kimi qəbul olunub və bu gün hər iki imperiya tarixin zibilliyinə atılsa da düşüncə dəyişməyib, ənənə davam edir. Bir zamanlar Stalin başını qaldırıb azadlıq tələb edəni NKVD-nin əli ilə yox edirdi, bu gün isə Putin haqqını tələb edəni OMON-nun əli ilə yox edir. Necə deyərlər, davam edir 37, daha kəskin, daha ciddi…

Amma görəsən rəsmi Kreml və konkret Rusiya Prezidenti Vladimir Putin anlayırmı ki, artıq 37-ci il deyil, 2025-ci ildir və bir zamanlar İttifaqın tərkibində olan dövlətlər də 30 ildən çoxdur ki, müstəqildirlər. Anlayırmı ki, tarixdə heç nə unudulmur? Nə Stalin dövrünün repressiyası, hansı ki, Azərbaycan xalqının düşünən başları kəsildi, nə 20 Yanvar hadisəsi, nə Xocalı soyqırmı, nə Azərbaycan torpaqlarının işğalı və 30 il bu torpaqların işğal altında qalması – hansı ki, üzdə Ermənistanın, altda isə birbaşa Rusiyanın əli ilə bu xalqa yaşadıldı. Bəli, məhz Rusiyanın… 30 illik dönəmdə öz əsəri olan Qarabağ probleminin həllinə imkan verməyən və bu illər ərzində də Azərbaycanın məhz Qarabağ damarını basmaqla biz min bir əziyyət verən, əsəblərimizlə, milli qürurumuzla oynayan Rusiya Qarabağ problemi həll olununca gücünü ölkəsində yaşayan azərbaycanlılara göstərir”.

R.Məmmədov daha sonra növbəti süjeti nümayiş etdirib və bildirib:

“Buyurun, baxın… OMON xüsusi təyinatlı dəstəsi Yekaterinburqda məhz azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirir, Səfərovlar ailəsinə edilən basqında dinc sakinlər vəhşicəsinə döyülərək öldürür, sağ qalanlar isə həbsxanaya salınır və bu vəhşilik azərbaycanlılara münasibətdə nə ilkdir, nə də son… Bu zorakılıqlar məhz Qarabağ zəfərindən sonra Rusiyanın azərbaycanlılara qarşı davam edən və daha da azğınlaşan şovinist siyasətinin, bir növ qisas əməliyyatının davamıdır. İndi də Rusiya tərəfi bildirir ki, hadisə araşdırılır. Nə araşdırılacaq? Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin məhz Rusiya səmasında raketlə vurulmasının səbəbləri araşdırıldımı? Hansı ki, 38 nəfər həlak oldu… Rusiya tərəfi faciədən ötən müddət ərzində bir dəfə də olsun açıq şəkildə rəsmən üzr istəməyi də bacarmadı, yaxud özünə sığışdırmadı. Eləcə də azərbaycanlı millət vəkili Moskva hava limanında saxlanılır və heç bir səbəb göstərilmədən ölkəyə girişinə icazə verilmir. Eləcə də çoxsaylı kiberhücumlar, hansı ki, birbaşa Rusiyadan gəlir, eləcə də Solovyov kimi ünsürlərin Azərbaycan xalqına ünvanladığı təhriqlər, hədələr… Özü də hansısa Yutub kanalında deyil, Rusiyanın dövlət kanalında…

Və bütün bunlar da azmış kimi, Rusiyanın Teleqram kanalları da Azərbaycanın üzərinə hücuma keçir, İsrail-İran münaqişəsində ölkəmizin iştirakı barədə dezinformasiyalar yayır. Təsadüfdürmü? Əlbəttə ki, xeyr… Kampaniyadır. Və bu kampaniyanın da başında birbaşa rəsmi Kreml, birbaşa Rusiya Prezidenti Vladimir Putin durur. Niyə əminliklə deyirik? Ona görə ki:

1. Azərbaycana qarşı hücumlar kütləvidir, sistemlidir və birbaşa rəsmi mənbələrin iştirakı ilə həyata keçirilir;

2. Bütün bu proseslərdə Rus Pravoslav Kilsəsinin də iştirakı, nəinki iştirakı, birbaşa qızışdırıcı yer tutması, ideoloji təxribatları əsaslandırması, hüquq-mühafizə orqanlarının vəhşiliyinə haqq qazandırması;

3. Baş vermiş hadisələrlə bağlı Rusiya tərəfinin ən azı qonşuluq prinsiplərinə uyğun Azərbaycanı məlumatlandırmaması, rəsmi açıqlama verməməsi…

Hər bir halda bu gün Yekaterinburqda yaşananlar humanizmdən, sağlam əməkdaşlıqdan, dostluqdan dəm vuran Rusiya dövlətinin və rus xalqının faciəsidir. Baş verənlər Azərbaycan – Rusiya münasibətlərinə çox ciddi zərbədir. Yaşananlar regional təhlükəsizliyə və sabitliyə təhdiddir və nəyin nə üçün baş verdiyini gözəl anlayan Azərbaycan tərəfi də Rusiyaya konkret mesajlar göndərir ki, münasibətləri gərginləşdirmək heç bir tərəfin xeyrinə deyil”.

AzTV sədri həmçinin qeyd edib ki, Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə rəsmi Bakının gözləntilərini qarşı tərəfin diqqətinə çatdırılıb:

“Nəticəsi olacaqmı? Ümid edirik ki, olacaq… Lakin sonra da düşünürsən ki, Rusiya dili, dini eyni olan slavyan xalqına, konkret Ukraynaya nələr yaşatdı…”

AzTV-nin Vladimir Putinin adını çəkərək Kremlin siyasətini tənqid edən süjetlərini təqdim edirik:

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Silahlı Qüvvələr Gününə həsr olunan kütləvi qaçış yarışı keçiriləcək
Next: Voronejdə azərbaycanlılara qarşı reydlərə başlanıldı

OXŞAR MÖVZULAR

14
  • DÜNYA

Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketini bloklayıb

admin 16.07.2026
1784181351_screenshot-2026-07-16-095518
  • DÜNYA

Casusluqda ittiham olunurdu – İrandan çıxmasına icazə verildi

admin 16.07.2026
18
  • DÜNYA

Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.