Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Adil Kərimlinin üz-üzə qaldığı XAOS – BACARACAQMI?
  • CƏMİYYƏT

Adil Kərimlinin üz-üzə qaldığı XAOS – BACARACAQMI?

admin 24.06.2025
neqliyyat

Azərbaycan mədəniyyətində son illərdə ardıcıl şəkildə müşahidə olunan narazılıqlar və sistemsizlik artıq ciddi ictimai narahatlığa çevrilib.

Xatırladaq ki, sabiq Mədəniyyət naziri Anar Kərimovun fəaliyyəti dövründə bu sahədəki narazılıqlar pik həddə çatmışdı. Aparılan yoxlamalar, mediada tirajlanan faktlar və ictimai reaksiyalar fonunda onun vəzifədən uzaqlaşdırılması cəmiyyətin gözləri qarşısında baş verdi. Lakin daha sonra Anar Kərimovun məsuliyyətdən yayınaraq başqa vəzifəyə təyinat alması bir çox suallar doğurdu və cəzasızlıq hissini daha da gücləndirdi.

Ardınca Adil Kərimlinin Mədəniyyət naziri təyin olunması ictimaiyyət tərəfindən birmənalı qarşılanmasa da, sonradan həyata keçirdiyi islahatlar, aradan qaldırılan nöqsanlar və bəzi rəhbərlərin vəzifədən uzaqlaşdırılması onun fəaliyyətinə müəyyən ümidlər formalaşdırdı.

Lakin bu ümidlər bu gün yenidən sınaq qarşısındadır.

Dövlət teatrında dava, rayonlarda “kağız” mədəniyyəti

Son zamanlar Akademik Milli Dram Teatrında ardıcıl baş verən davalar, rayon mədəniyyət evlərində və kitabxanalarda “adı var, özü yox” olan işçilərin mövcudluğu, illərlə bağlı qapı arxasında “kağız üzərində fəaliyyət göstərən” müəssisələr və şəxsi ambisiyalarını vəzifəyə daşıyan mədəniyyət işçiləri sahədəki xaosun dərinliyini göstərir.

“DoğruXeber.az” dəfələrlə bu hallara diqqət çəkib. Misal üçün, İmişli rayon Mədəniyyət Evində adı işdə, özü bazarda olan, maaşını isə iddialara görə regional idarənin rəhbərliyi ilə bölüşdürən şəxslərin varlığı barədə məlumat vermişdik. Həmçinin, İmişli Rəsm Qalereyasının illərlə fəaliyyət göstərmədiyi, lakin rəsmi olaraq bir neçə işçisinin olduğu və həmin şəxslərin maaşlarının kimlər tərəfindən alındığı bəlli olmadığı barədə faktları ictimaiyyətlə bölüşmüşdük. Bu faktlardan sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdirinin işdən çıxarılması Adil Kərimlinin şəffaflıq yolunda atdığı addımlardan biri kimi dəyərləndirilsə də, bəs digər qanunsuzluqlar necə? Onlar aradan qaldırılıbmı? – sualı hələ də cavabsızdır.

Şəki hadisəsi: Hamilə qadın işdən çıxarıldı – intriqa, yoxsa qanun pozuntusu?

Məsələ bununla bitmir. Təxminən iki həftə əvvəl Şəki şəhər sakini, keçmiş mədəniyyət işçisi Günel Vahabova “DoğruXeber.az” redaksiyasına müraciət edərək və daha sonra “Kanal14”ün canlı yayımında bu sahədəki özbaşınalıqlarla bağlı faktları ictimaiyyətlə bölüşmüşdü.

O, şəxsi intriqa zəminində, Şəki şəhər Mərkəzi Kitabxanasının direktor əvəzi Kəmalə adlı şəxs tərəfindən işdən uzaqlaşdırıldığını və həmin şəxsin müxtəlif qanun pozuntularına yol verdiyini bildirmişdi. Müraciət əsasında Mədəniyyət Nazirliyinə rəsmi sorğu göndərildi. Qısa müddətdə verilən reaksiya təqdirəlayiqdir: əldə etdiyimiz məlumata görə, Kəmalə xanım artıq vəzifəsindən azad edilib.

Lakin burada başqa bir ziddiyyət ortaya çıxır: iki azyaşlı övladı olan və üçüncü uşağına hamilə olan Günel Vahabova əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə – işə uyğun gəlməmə əsasına görə – işdən çıxarılıb. Onun vəziyyəti isə hələ də açıq qalır. Hüquqi və humanist aspektdən yanaşdıqda, bu qərar yenidən nəzərdən keçirilməli, xanımın işə bərpası təmin olunmalıdır.

Qeyd: Günel Vahabovanın məsələsi ilə bağlı qarşıdakı günlərdə daha ətraflı məlumatları dərc edəcəyik.

“DoğruXeber.az” bildirir ki, mədəniyyət sahəsində şəffaflıq və ədalət təmin olunmadıqca bu sahədəki islahatlar, atılan addımlar davamlı olmayacaq. Nazirlik sadəcə idarəçiləri dəyişməklə deyil, bütün struktur boyunca ciddi monitorinqlər aparmalı, ictimai nəzarəti dəstəkləməli və konkret nəticələrə yönəlməlidir.

“DoğruXeber.az”


Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: BİZİM TƏQVİM: 24 iyunda baş vermiş TARİXİ HADİSƏLƏR
Next: Şəkidə Baş Göynük kəndinin “Sənətkarlar evi” nədən yanıb və niyə təmir olunmur -DETALLAR

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.