Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Yevlax sakini sağlamlıq problemi olan oğlunun qanunsuz olaraq hərbi xidmətə aparıldığını iddia edir – ŞİKAYƏT
  • CƏMİYYƏT

Yevlax sakini sağlamlıq problemi olan oğlunun qanunsuz olaraq hərbi xidmətə aparıldığını iddia edir – ŞİKAYƏT

admin 30.05.2025
yevlax

Yevlax rayon sakini, Qarabağ qazisi İsmayılov Qurban Paşa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edir:

“Cənab Zakir Həsənov!

Mən, İsmayılov Qurban Paşa oğlu, yazaraq sizdən kömək istəyirəm.

Özüm Qarabağ qazisiyəm. Oğlumla bağlı sizə müraciət edirəm. Oğlum Kənan hərbi xidmətə yararsız olduğu halda, onu hərbiyə aparıblar.

Bildirim ki, anadangəlmə biləklərində çıxma və kistalar var. Gözü zəif, qulağı isə yaxşı eşitmir. Güclü qan azlığından əziyyət çəkir. Əlimizdə həkimlərdən aldığımız sənədlər var. Bu xəstəlikləri olan adamı hərbi komissarlıq hərbiyə göndərdi.

Hərbi hissədə 20 günü tamam olanda DSX hospitalı yoxlayıb, deyib ki, fiziki işdən azad olmalıdır, 2 ay sonra yenidən müayinə edəcəklər. Çox maraqlıdır, müalicə almayan insanı 2 ay sonra yoxlayanda nə deyişəcək ki? Anadangəlmə olan xəstəliklər sağalmır.

Özüm 3 il döyüşdə olmuşam. 2 övladım hərbçidir. 3-cü oğlum isə bu vəziyyətdədir. Haqsızlıq baş alıb gedir.

Kənddə adamlar tanıyıram, hərbi biletə yararsız yazdırıb, “at oynadırlar”. Pullarını verib, indi də evlərində oturublar. Mənim əlimdə həqiqətən oğlumun xəstəliklərini təsdiq edən sənəd olsa da, baxan yoxdur.

Mən və digər iki oğlum hər zaman vətənin keşiyində durmaq üçün hazırıq. Lakin xəstə uşağın hazırda hərbi xidmətdə olmağı heç düzgün hal deyil. Sənədlərdə 65 C maddəsi ilə hərbiyə yararsız yazıblar. İndi isə deyirlər qərar dəyişilib.

Əgər anadangəlmə olan xəstəlikləri sağalıbsa, o zaman sağlıq kağızı niyə vermirlər? Belə çıxır ki, kiminsə yerinə aparıblar. Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər. Saxtakarlıqla məşğul olurlar”.

Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin sorğumuz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı çəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.

 


Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran…
Next: Azərbaycan XİN Danimarkanı təbrik etdi

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.