Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Melissa Grup” vandallıqda tək deyil – MTK rəhbərləri mafioza çevriliblər… video
  • CƏMİYYƏT
  • GÜNDƏM

“Melissa Grup” vandallıqda tək deyil – MTK rəhbərləri mafioza çevriliblər… video

admin 28.03.2025
1743142003_1
Dünəndən sosial şəbəkənin Azərbaycan seqmenti “Melissa Grup” şirkətinin də, onun əmrini icra edən ekskovatorçunun vandallığını lənətləməkdədir.
Anaxeber.info yazır ki, hamı həmrəydir – şirkət vəhşilik edib, qanunları ayaqlar altına alıb, sürücü isə 3-5 manata görə o barbarlığa yol verib. Söhbət ondan gedir ki, günün günortçağı vətəndaşın evini yaşadığı vaxt başına uçurmaq təsadüf, yaxud səhv ola bilməzdi. Bu, qəsdən törədilən, ailəni evdən çıxmağa məcburetməyə hesablanmış qudurğanlıq idi. Çünki Bakıda belə hallar olub, yəni mülk sahibi kompensasiyanın məbləği ilə razılaşmayanda işığını, suyunu kəsir, başına evini uçururlar. Amma bu dəfə “Melissa Grup” və onun rəhbəri Qalib Məmmədov “yaman yerdə axşamladı”. Faktla bağlı cinayət işi açıldı, sürücü saxlandı, ictimai qəzəb də göz qabağındadır. İndi şirkəti möhkəm cərimə gözləyir, üstəlik, həmin ailəyə dəymiş zərəri də ödəməlidirlər, əgər köçürülmə təklifi varsa, əmlak sahibinin istədiyi kompensasiyanı ödəməli olacaqlar.
Sadəcə, söhbət ondan gedir ki, ölkədə özbaşınalıq, harınlıq edən təkcə bu tikinti şirkəti deyil. Onlarla belə fakt göstərmək olar ki, hansısa MTK yaşıllığı məhv edir, hansısa tikinti firması vətəndaşları mənzil satışında aldadır, bir başqası qanunsuz şəkildə ərazi zəbt edir, yaxud icazəsiz iş aparır, digəri illərlə mənzilləri təhvil vermir, sakinlər kirayələrdə qalır… Yəni yaz-yaz bitmək bilməz. Media resurslarında, sosial şəbəkələrdə yüzlərlə belə nümunələr var. Onlardan biri də “Sahil – S İnşaat” firmasının sahibi Taley Alaverdiyevlə şərik olmuş Pənah Kərimov idi. Məhz Pənah Kərimov şirkətə gəldikdən sonra bir mənzilin bir neçə şəxsə satılmasına, dələduzluğa yol verilməsinə başlandı. Bu günə qədər də vətəndaşlar arasında zərər çəkən, problemlə üzləşənlər var. Öz növbəsində isə Pənah Kərimov hakim Elnur Nuriyevlə necə anlaşdisa, cinayətə yol vermiş şəxs ev dustaqlığına buraxıldı. Həbsdən çıxandan sonra da sakinləri təhdid etməyə davam eləmişdi. Yəni bu kimi faktlar göstərir ki, MTK rəhbərləri vətəndaşlarına başlarına oyun açırlar və bunun səbəbi də qanunların tam işlək olmaması, bəzi dövlət qurumlarının zamanında sərt reaksiya verməməsi, bəzi strukturların isə MTK-larla işbirliyində olması, rüşvət alıb hər bir özbaşınalığa şərait yaratmasıdır. Ona görə də “Melissa Grup” kimi tanınan şirkət şəhərin mərkəzində belə vandallıq edir. İndi görün şəhərin bir qədər kənar ərazilərində nələr baş verir. Xüsusən də yaşıllıqların tikililərə qurban verilməsinə icra orqanları və digər qurumlar göz yumurlar. Ümumilikdə isə tikinti firmaları ilə bağlı ciddi nəzarət mexanizmi olmalıdır, paytaxta ucdantutma harda gəldi bina inşa edilməsinin qarşısı alınmalıdır. Artıq tikinti bumu dayanmalıdır.
Onu da deyək ki, “Melissa Grup” sahibi əslən Masallıdandır və biznes imperiyası var. O, “Performance Center” şirkətinin prezidentidir. “Performance Center” şirkəti 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Qalib Məmmədov paytaxt Bakıda “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkətlərinin sahibidir. Eyni zamanda, “Collezione Italia” şirkəti də Qalib Məmmədova məxsusdur. Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir.

Qalib Məmmədovun doğulduğu Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” yanacaqdoldurma əntəqəsini, avtoservisi, elektrik və elektronik məhsulları satışı mağazasını, çörək zavodunu, şirniyyat sexini misal göstərmək olar.

Azər Talıbov
Anaxeber.info

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu – Foto
Next: Deputat və oğlu NƏDƏ ittiham olunur

OXŞAR MÖVZULAR

media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
1780862546_1
  • CƏMİYYƏT
  • VİDEO

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO

admin 08.06.2026

XƏBƏR LENTİ

“Any Unboxing” piramidasının ifşası media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
Son aylarda Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında anyunboxing.com adlı layihənin reklamları geniş yayılıb. Platforma...
DAVAMI Read more about “Any Unboxing” piramidasının ifşası
“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO 9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Həkim İstanbulda yerləşən Marmara Universitetinin əməliyyat və...
DAVAMI Read more about “1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala”...
DAVAMI Read more about Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı
Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO 1780862546_1
  • CƏMİYYƏT
  • VİDEO

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO

admin 08.06.2026
Əslən Ağdamdan olan, hazırda Göygöl rayonunda məskunlaşan Həsənovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edib. Ailə anadangəlmə...
DAVAMI Read more about Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO
“Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT 1780906946_screenshot-2026-06-08-122123
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT

admin 08.06.2026
“Mən uzun illər Rusiya Federasiyasının İjevsk şəhərində yaşamışam. 2023-cü ilin aprel ayının 4-də İjevsk şəhərində ağır beyin...
DAVAMI Read more about “Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT

Bütün yazılar

media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
1780862546_1
  • CƏMİYYƏT
  • VİDEO

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.