Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Binəqədi rayonunda neft buruqlarının arasında qanunsuz tikili inşa edilir – FOTO/VİDEO
  • CƏMİYYƏT
  • VİDEO

Binəqədi rayonunda neft buruqlarının arasında qanunsuz tikili inşa edilir – FOTO/VİDEO

admin 26.03.2025
1742958870_1
Bəs İcra Hakimiyyəti və Arxitektura Komitəsi hara baxır və görəsən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev bu məsələyə münasibətdə hansı ampluadadır – yatıbmı, mürgüləyirmi, gözünün acısını alırmı, yoxsa, özünü görməzliyə vurub?..

Azərbaycanda miladi təqvimlə qeyd olunan dövlət bayramları hicri-qəməri təqvimlə qeyd olunan dini bayramlarla yanaşı və ya üst-üstə düşəndə Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə qərar verərək, onların yerini dəyişdirir, nəticədə təqvimdə bir həftə, on gün, bəzən hətta iki həftə çəkən tətil yaranır.

Qlobal.az nyus.az portalına istinadən xəbər verir ki, son illər belə tətillərdən fürsət kimi yararalananlar sırasında qanunsuz tikinti həyata keçirən işbazlar öndə gedir. “Dərə xəlvət, tülkü bəy” prinsipi ilə hərəkət edən belələri qanunsuz tikintini həyata keçirən sahibkar və tikinti işlərin qanuna uyğun olmasına cavabdehliklə vəzifələndirilmiş aidiyyəti dövlət qurumlarının məmurlarıdır. Aidiyyəti dövlət qurumları dedikdə isə, şəhər, rayon, şəhərlərdə rayon icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektira Komitəsi (Komitənin strukturuna daxil olan müvafiq təşkilat), Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, qanunsuz tikinti işlərinin aparıldığı sahə neft hasil olunan əraziyə təsadüf etdiyi hallarda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) nəzərdə tutulur.

Bu qurumların yerlərdəki nümayəndələrinin hər yerdə gözü var, demək olar yatmırlar. Onlardan icazəsiz daşı daş üstə qoymaq olmaz. Ancaq bəzən özlərini görməzliyə vururlar. Əlbəttə ki, hansısa maraqları naminə. Təqvimdə uzun sürən tətillər belələrinə “kor olmaq girəvəsi” verir.

Bakı şəhəri Binəqədi rayonu ərazisində, Xırdalan – Binəqədi şossesinin dəyirman yolu ilə kəsişməsində, “777” tikinti materialları mağazasının yaxınlığında nəhəng ölçüdə qanunsuz obyekt inşa olunur. Ərazidə aparılan video-çəkilişdən də görünür ki, tikinti faktiki işləyən neft quyularının yaxın həndəvərində həyata keçirilir. Az əvvəl Dövlət Neft Şirkətinin nümayəndələri sözügedən əraziyə gələrək qanunsuz tikilən hasarı sökdürüblərmiş. Lakin bir-birinə calanan bayram günləri başlayan kimi tikinti yenidən davam etdirilib. Bu cür həyasızlıq, özbaşınalıq isə yalnız “vur” deyənin olduğu halda “ayaq tutub yeriyir”.

Görəsən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev bu məsələyə münasibətdə hansı ampluadadır – yatıbmı, mürgüləyirmi, gözünün acısını alırmı, yoxsa, özünü görməzliyə vurubmu?

Əslində, bu halların heç biri onun məsuliyyətini azaltmır. Amma ola bilsin, gəlirlərini artırır. Çünki onun rayona başçılıq etdiyi son 7 ilə yaxın müddət ərzində Binəqədi ərazisində, o cümlədən, ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sayı artıb. Həm sayı, həm də qeyri-rəsmi icazə verilməsi üçün tələb olunan rüşvətin kəmiyyəti…

Qeyd edək ki, E.Allahverdiyevin təkcə bayram tətillərində deyil, hamının başı beynəlxalq miqyaslı iri dövlət tədbirlərinə qarışdığı hallarda da özbaşınalıqlara rəvac vermək təcrübəsi var. O, ötən ilin payızında keçirilən COP-29 tədbiri zamanı da özünü yuxululuğa vurmuş, rayon ərazisində xeyli qanunsuz tikinti işlərini görməzdən gəlmişdi.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Binəqədidə bu məktəbin bütün ətrafını SATIBLAR… – Hətta stadionunu belə…
Next: İlham Əliyev Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
whatsapp_image_2026-07-16_at_09.08.12 (1)
  • HADİSƏ
  • VİDEO

Bakıda “Arena Hall” hotelində yanğın oldu – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.