Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanda axtarışda olan biznesmen danışdı – “Mahmudovlar bir neçə milyonu…”
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Azərbaycanda axtarışda olan biznesmen danışdı – “Mahmudovlar bir neçə milyonu…”

admin 26.03.2025
1742916525_1
General Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən, xüsusi xidmət generallarının səs-küylü korrupsiya işi və MTN-in ləğvindən sonra iş adamı və İT şirkətlərinin sahibi Ayaz Kərimov da cinayət məsuliyyətinə cəlb edilib.

Musavat.com xatırladır ki, onun barəsində 2015-ci ildə cinayət işi açılıb və barəsində İnterpol xətti ilə axtarış elan olunub. İstintaq orqanlarının məlumatına görə, Ayaz Kərimov E.Mahmudovun oğlu Anar Mahmudovun şəriki olub. O vaxtkı Rabitə Nazirliyinin keçirdiyi bir neçə tenderin qalibi olmuş “Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.

Rabitə Nazirliyində baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə Ayaz Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, “Harley Devidson” markalı motosiklet 12.500 manat, “AKEY” MMC-nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

İş adamı Ayaz Kərimov uzun illər sonra sükutu pozub. O, Mahmudovların fəaliyyəti və onların ofşor şirkətlər vasitəsilə ölkədən milyardlarla vəsait oğurlanması sxemindən xəbərdar biridir.

Haqqın.az-ın əməkdaşı Azərbaycanda hələ də barəsində cinayət işi olan Ayaz Kərimovla Bolqarıstanın paytaxtı Sofiyada görüşüb. A.Kərimov 2002-ci ildən Kanada vətəndaşıdır.

Bakıda anadan olan biznesmen rus dilində keçən müsahibədə bəzi ilginc iddialar səsləndirib. Məsələn, deyib ki, İnterpol hələ 2018-ci ildə onun barəsində axtarış qərarını ləğv edib, onun indi sərbəst hərəkət etməsi üçün xüsusi çətinlik yoxdur. Amma onu Azərbaycanda hələ də axtarırlar və barəsindəki cinayət işinə xitam verilməyib.

Biznesmen deyib ki, əslində təhdid yolu ilə Mahmudovları onun “Caspian Telekommunications” şirkətinə şərik ediblər. Belə məlum olub ki, biznesmen onun oğlu vasitəsilə o vaxt MTN rəhbəri olan atasına bahalı hədiyyələr də göndərib. Bunlar isə rəsm əsərləri və xalçalar olub.

Onun dediyinə görə, Azərbaycanda şərikli işlətdikləri restorana görə vergi borcu Mahmudovun oğlunun onu aldatmasına görə yaranıb, belə ki, onun verdiyi pulları dövlətə ödəməyib. Keçmiş şəriki indi heç bir əlaqələri qalmayan generalın oğlunun ən çox yatırımlarının İspaniya olduğu barədə xəbərləri təsdiqləyib. Onun təxminlərinə görə, Mahmudovlar ölkədən bir neçə yüz milyonu qanunsuz olaraq ölkədən çıxarıblar.

Ayaz Kərimov onu da deyib ki, Eldar Mahmudov vəzifədən çıxarıldıqdan bir neçə il sonra oğlu ilə münasibətləri ilə pisləşib. Onun iddiasına görə, Eldar Mahmodovun oğlu günlərin birində onu Kiprdə hətta döymək də istəyib.

Barəsində hələ də cinayət işi və axtarış qərarı olan A.Kərimov Azərbaycana qayıdıb Mahmudovlar haqda gerçəkləri danışmaq istədiyini də istisna etməyib.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Təməlinə haram qatılmış “Körpü-Bina Tikinti” -yoxsa elmin, təhsilin xarabalıqları üzərində hegamoniyanın binasını inşa etdirən İlhamə Abdullayeva?!
Next: Binəqədidə bu məktəbin bütün ətrafını SATIBLAR… – Hətta stadionunu belə…

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO
Qurban Qurbanovla Emin Əmrullayevin fərqi… 1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
Avroliqada uğurlu iştirakına görə, “Qarabağ” FK UEFA-dan bu il 65 milyon avro mükafat aldı. Bu məbləğ bizim...
DAVAMI Read more about Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…
Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü 1784881596_screenshot-2026-07-24-122451
  • CƏMİYYƏT
  • ÖLKƏ

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

admin 24.07.2026
Azərbaycanın vaxtilə ən böyük tikinti şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisi̇ya Korporasiyasi” ASC-nin 2025-ci il üzrə maliyyə...
DAVAMI Read more about Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

Bütün yazılar

1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.