Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • SAHİBSİZ QALAN BİNƏQƏDİ… – BU NƏDİ BELƏ?..
  • BAXIŞ BUCAĞI

SAHİBSİZ QALAN BİNƏQƏDİ… – BU NƏDİ BELƏ?..

admin 26.03.2025
1742905398_1
Azərbaycanda miladi təqvimlə qeyd olunan dövlət bayramları hicri-qəməri təqvimlə qeyd olunan dini bayramlarla yanaşı və ya üst-üstə düşəndə Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə qərar verərək, onların yerini dəyişdirir, nəticədə təqvimdə bir həftə, on gün, bəzən hətta iki həftə çəkən tətil yaranır.

“DİA-AZ” nyus.az portalına istinadən xəbər verir ki, son illər belə tətillərdən fürsət kimi yararalananlar sırasında qanunsuz tikinti həyata keçirən işbazlar öndə gedir. “Dərə xəlvət, tülkü bəy” prinsipi ilə hərəkət edən belələri qanunsuz tikintini həyata keçirən sahibkar və tikinti işlərin qanuna uyğun olmasına cavabdehliklə vəzifələndirilmiş aidiyyəti dövlət qurumlarının məmurlarıdır. Aidiyyəti dövlət qurumları dedikdə isə, şəhər, rayon, şəhərlərdə rayon icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektira Komitəsi (Komitənin strukturuna daxil olan müvafiq təşkilat), Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, qanunsuz tikinti işlərinin aparıldığı sahə neft hasil olunan əraziyə təsadüf etdiyi hallarda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) nəzərdə tutulur.

Bu qurumların yerlərdəki nümayəndələrinin hər yerdə gözü var, demək olar yatmırlar. Onlardan icazəsiz daşı daş üstə qoymaq olmaz. Ancaq bəzən özlərini görməzliyə vururlar. Əlbəttə ki, hansısa maraqları naminə. Təqvimdə uzun sürən tətillər belələrinə “kor olmaq girəvəsi” verir.

Bakı şəhəri Binəqədi rayonu ərazisində, Xırdalan – Binəqədi şossesinin dəyirman yolu ilə kəsişməsində, “777” tikinti materialları mağazasının yaxınlığında nəhəng ölçüdə qanunsuz obyekt inşa olunur. Ərazidə aparılan video-çəkilişdən də görünür ki, tikinti faktiki işləyən neft quyularının yaxın həndəvərində həyata keçirilir. Az əvvəl Dövlət Neft Şirkətinin nümayəndələri sözügedən əraziyə gələrək qanunsuz tikilən hasarı sökdürüblərmiş. Lakin bir-birinə calanan bayram günləri başlayan kimi tikinti yenidən davam etdirilib. Bu cür həyasızlıq, özbaşınalıq isə yalnız “vur” deyənin olduğu halda “ayaq tutub yeriyir”.

Görəsən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev bu məsələyə münasibətdə hansı ampluadadır – yatıbmı, mürgüləyirmi, gözünün acısını alırmı, yoxsa, özünü görməzliyə vurubmu?

Əslində, bu halların heç biri onun məsuliyyətini azaltmır. Amma ola bilsin, gəlirlərini artırır. Çünki onun rayona başçılıq etdiyi son 7 ilə yaxın müddət ərzində Binəqədi ərazisində, o cümlədən, ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sayı artıb. Həm sayı, həm də qeyri-rəsmi icazə verilməsi üçün tələb olunan rüşvətin kəmiyyəti…

Qeyd edək ki, E.Allahverdiyevin təkcə bayram tətillərində deyil, hamının başı beynəlxalq miqyaslı iri dövlət tədbirlərinə qarışdığı hallarda da özbaşınalıqlara rəvac vermək təcrübəsi var. O, ötən ilin payızında keçirilən COP-29 tədbiri zamanı da özünü yuxululuğa vurmuş, rayon ərazisində xeyli qanunsuz tikinti işlərini görməzdən gəlmişdi.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azərlotereya” ASC-nin rəhbərliyinin məlumatlarını saytdan niyə bağladılar?
Next: Təməlinə haram qatılmış “Körpü-Bina Tikinti” -yoxsa elmin, təhsilin xarabalıqları üzərində hegamoniyanın binasını inşa etdirən İlhamə Abdullayeva?!

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784882323_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

admin 24.07.2026
1784864291_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR – DƏLİXANADIR, VALLAH…

admin 24.07.2026

XƏBƏR LENTİ

Tamerlan Qarayev geri çağırıldı 17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. “32gun.az”ın əldə...
DAVAMI Read more about Tamerlan Qarayev geri çağırıldı
Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a 17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
Şamaxı Rayon İcra Hakimiyyəti Aİ-95 markalı yanacağın satın alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. 32gun.az-ın məlumatına görə,...
DAVAMI Read more about Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a
Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

Bütün yazılar

17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.