Skip to content
24.04.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycana İrandan PUA vasitəsilə narkotik keçirməyə cəhd edilib: Saxlanılanlar var
  • ARAŞDIRMA
  • VİDEO

Azərbaycana İrandan PUA vasitəsilə narkotik keçirməyə cəhd edilib: Saxlanılanlar var

admin 24.03.2025
Ae8c2tz0WTIS8eBOPpJ6iq4c9yBf85l85NT40eTi_1200

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Soztv.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumata görə, martın 21-də DSX Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub:

“Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb, Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü İlqar Nuhbala oğlu Qurbanov və 1985-ci il təvəllüdlü Nemət Mollağa oğlu Məhərrəmov şübhəli şəxs qismində saxlanılıblar.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi də “QHT İşi” üzrə istintaqa cəlb edildi
Next: Mövlud Mirəliyevə komitədə vəzifə verildi

OXŞAR MÖVZULAR

1776945492_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin 23.04.2026 0
1776876877_1
  • GÜNDƏM
  • VİDEO

Dövlətin ayırdığı ərzaqlar hara gedir? 16 saylı bağçada ciddi iddialar

admin 23.04.2026 0
1776661870_1
  • CƏMİYYƏT
  • VİDEO

Səhiyyə Nazirliyinin xəstə uşağa biganəliyi… Azyaşlı üçün dövlət xəstəxanasında analiz verə bilmirlər VİDEO

admin 20.04.2026 0

SON YAZILAR

1776945492_1
ARAŞDIRMA GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin
23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin
23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin
23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin
23.04.2026 0

Bütün yazılar

1776945492_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin 23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
  • DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin 23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
  • ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin 23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.