Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Talassemiya Mərkəzində KORRUPSİYA İDDİASI – QHT sədri konfransa NİYƏ BURAXILMADI?
  • CƏMİYYƏT

Talassemiya Mərkəzində KORRUPSİYA İDDİASI – QHT sədri konfransa NİYƏ BURAXILMADI?

admin 14.03.2025
d31ad4c8-e163-4c11-a76a-cfcee7a197da_850
“8 fevralda Talassemiya Mərkəzində “Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib. Keçirilən bu tədbir mərkəzin rəhbərliyi Səhər İsmayılova və Səidə Babazadə tərəfindən gizli şəkildə planlanıb. Çünki oraya digər qan xəstəlikləri ilə bağlı QHT rəhbərləri, Ayaz Hüseynov, ABŞ-də yaşayan və talassemiyalıların adından külli miqdarda pullar yığan və mənimsəyən Nailə Quliyeva dəvət edilsə də, 20 il öncə o dəyirmi masanın təşəbbüskarlarından olan “Savab Dünyası Talassemiya Assosiasiyası” dəvət edilməmişdir”.

Bunu Yenicag.az-a açıqlamasında “Savab Dünyası Talassemiya Assosiasiyası”nın sədri Seymur Bağbanlı deyib.

O, sosial şəbəkələrdə yayılan videogörüntülərdə konfransa buraxılmamasının səbəblərini izah edib.

S. Bağbanlının sözlərinə görə, həmçinin “Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” adlı konfransa talassemiyalı şəxslər və ailələr də dəvət edilməmiş, əvəzində isə Səhər İsmayılova tərəfindən özlərinə yaxın olan və onları hər yerdə tərif edəcək Nargilə Səmədova, Esmira Rəsulova, Gülgün Abbasova adlı şəxslər dəvət edilmişdir:

“Videoda gördüyünüz şəxslər və “Savab Dünyası Talassemiya Assosiasiyası”nın rəhbərliyi dəvət edilməsələr belə, o konfransda iştirak etmək üçün oraya getdilər. Lakin konfrans zalının qapıları bizim üzümüzə bağlandı və bizə qarşı hörmətsiz rəftar edildi. Daha sonra Səhər İsmayılova çıxıb narazı kütləyə öz fikrini izah edərkən əsas gətirdi ki, bu konfrans elmi konfransdır və ancaq həkimlər var. Amma videoda da görünür ki, Səhər İsmayılovanın yalanı üzə çıxır. Amma oraya heç bir aidiyyəti olmayan şəxslərin və QHT rəhbərlərinin adı çəkilir və sual edilir ki, necə olur bütün hər kəs dəvətli olur, “lakin Savab Dünyası Talassemiya Assosiasiyası”nın rəhbərliyi dəvət edilmir?”

“Təbii ki, Səhər İsmayılova buna cavab verə bilmir, çünki səbəb bəllidir. Səbəb isə budur ki, “Savab Dünyası Talassemiya Assosiasiyası” olaraq bizim əlimizdə Səhər İsmayılovanın və onun komandasının korrupsiya faktları var. Əlavə olaraq biz bütün qanunsuz fəaliyyəti bilirik və bunu deməyə çəkinmirik. Digər şəxslər – hansılar ki, o konfransda iştirak edib və ya ora ilə əlaqələri yox idi – sadəcə reklam xatirinə dəvət edilmişdirlər, ya da sadəcə Səhər İsmayılova özünə yaxın olan və öz mənfəətləri üçün onları tərif edəcək talassemiyalı valideynləri oraya dəvət etmişdi”, – deyə o, əlavə edib.

Həmsöhbətimizin iddiasına görə, N. Quliyevanın oğlu talassemiyalı olub və 15 ildən çoxdur Azərbaycan səhiyyəsini bəyənmədiyi üçün ABŞ-də yaşamağa başlayıb:

“Hazırda Nailə Quliyeva özü də ABŞ-də yaşayır və oradan buraya müdaxilə edərək müxtəlif ödəniş terminalları vasitəsilə hesabatı ictimaiyyətə məlum olmayan talassemiyalılara dəstək adı ilə pullar toplayır. Lakin heç bir fəaliyyət ortada yoxdur və sadəcə mərkəz rəhbərliyini tərif etməklə və talassemiya adından istifadə edərək özlərini reklamla məşğuldurlar. Həmçinin Nailə Quliyevanın ABŞ-dən Bakıya uçuş və geri dönüş xərcləri də konfrans tərəfindən qarşılanıb”.

Seymur Bağbanlı əlavə edib ki, pasiyentlərdən 4-6 min rüşvət tələb edərək yatış şöbəsinə qəbul edirlər:

“Bəzi dərman preparatları həkimlərin sifarişi ilə gətirilir. Tanış xəstələrini qeydiyyatdan kənar qəbul edirlər. Mərkəzi laboratoriya müdiri Mirşahin Musayev ilə baş həkim Səhər İsmayılova isə əvvəldən “kök hüceyrə biznesi” qurublar. Qanuni şəkildə talassemiya mərkəzlərində kök hüceyrə xidməti tətbiq edilə bilməz. Bunun üçün onlara xüsusi lisenziya lazımdır. Amma bu şəxslər təyin olunandan sonra kənardan özləri üçün müştəri cəlb edir. Palata şəraitində cərrahi əməliyyatlar aparırlar. Yatış şöbənin müdiri Samirə Həsənova dəfələrlə etiraz etsə də, onu işdən çıxması ilə hədələyirlər”.

Xatırladaq ki, görüntülərdə Seymur Bağbanlı Səhər İsmayılova ilə konfliktində laboratoriyada qeyri-qanuni üsulla saxta şəkildə düzəlmiş qan analizinin yoxlanılması faktını da qeyd edib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Fish home” restoranında mənşəyi məlum olmayan qida məhsulları aşkarlandı
Next: Emsan Azərbaycandan alış-veriş etdilər ƏDV GERİ ALA BİLMƏDİLƏR

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.