Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ARTİ MDPİM niyə belə edir? Müəllimləri alçaltmaq məqsədi niyə var?
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

ARTİ MDPİM niyə belə edir? Müəllimləri alçaltmaq məqsədi niyə var?

admin 13.03.2025
1741866171_1741763745_1741696473_57bdd935-a1ac-4d38-a0aa-9ccfb27f6fb2_met1

Metodbirləşmə-metodist-müasir metodist-…..

Bu belə də davam edəcək… 18 ildir ölkədə yeni təhsil sisteminə keçid etmişik. ARTİ müəllimlərdə metodiki səriştəlilik formalaşdıra bilmir. Açıq-aydın ortadadır ki, heç bir metodiki səriştəlilik formalaşdıra bilməmişdir. Müəllimləri normal, sadə şəkildə maarifləndirmək əvəzinə yeyinti üçün bir çox yollara əl atması həm müəllimlərdə ikrah hissi yaradır, həm də bu oyun, yersiz rəqabət yeni bir ədalətsizliyin əsasını qoyur.

Metodbirləşmələrin iş fəaliyyətini gördük, sonra onları ləğv edib metodist layihəsi yaratdılar. Metodist layihəsində müəllimləri öyrətdikləri material çox gülünc idi. Materialı alıb əlimizə oxuduqda bir daha gördük ki, təhsil başdan – başa ayrıseçkilik, dayday, pul prinsipi ilə idarə olunur. İndi də müasir metodist layihəsinə keçid ediblər.

Əgər əvvəlki iki plan işə yaramadısa, sadəcə ad dəyişdirməklə üçüncü dəfə eyni şeyi eləmək nə dərəcə düzgündür?

Bir qurum ki, 18 ildir bu qədər peşəkar, ali savadlı, (hətta ARTİ işçilərinin də müəllimləridir onlar) , peşəkar kadra yeni sistemi öyrədə bilmir, indi yenidən tək tək heç bir metodiki təhsili olmayanlara öyrədə biləcək?

Metodikadan təhsil almayan, araşdırma etməyən, əvvəllini, indini, niyəni bilməyənlərə Metodist adı verib məktəbdə ədavət yaratmaq, bu adı vermək nə dərəcə düzgündür?

Təlim tədris hissə müdiri tədris planı işinə baxırsa, müəllimlərin fəaliyyət planını niyə verə bilmir??? Buna görə biz niyə əlavə nələrəsə ehtiyac duyuruq? Birbaşa direktor müavinlərinə təlim keçib onlarda bu səriştəliliyi formalaşdırmaq daha düzgün və ədalətli olmazmı???

Müəllimləri davamlı alçaltmaq, hissləri ilə oynamaq, manipulyasiya etməklə məşğul olan ARTİ, bəs özü metodikanı nə dərəcə bilir? Biz bunu MİQ imtahan izahlarında görmədikmi?

18 ildir səriştə formalaşdıra bilmədiklərində görmədikmi?

İllərdir təlim keçirik deyə yola verəndə və müəllimlər öz pulları ilə kənarda metodika müəllimlərinə qoşulub öyrənəndə görmədikmi?

İllərlə işəqbəbulda “o olmasın, bu olsun, evdəkilər sağ olsun prinsipi ilə yanaşanda” görmədikmi?

Dərsliklər, yaş səviyyəsinə uyğun olmayan sistem, qoşulduğumuz Sinqapur təhsili, davamlı sonuncu yerlər, yersiz layihə, monitorinq və yarışlarda görmədikmi???

Daha nəyi təhlil edirik? Nəyi danışırıq?
ARTİ nə vaxt kitab nəşr etdirdi müəllimlər oxumadı?
ARTİ nə vaxt metodika müəllimləri kimi başdan sona proqramı tədris edən videoçarxlar çıxartdı biz izləməkdik?
ARTİ nə vaxt canlı açıb nəyi başa düşmürsünüz soruşun, öyrənin, bu təhsilimiz üçün vacibdi dedi biz görmədik?
ARTİ nə vaxt vatsap nömrəsi verib nə probleminiz oldu yazın, kömək edin dedi görmədik?

Öyrətmək istəyən ÖYRƏDƏR! Fırlatmaq, dolamaq, ələ salmaq, oyun oynamaq bunlar hamısı Müəllimləri alçaltmaq, yeyinti, mədəni soyğunçuludur. Ən əsası müəllimləri alçaltmaqdır. Bir dəyişiklik edib müəllimləri əllərində dolamaq, onları əllərində oynatmaq, ələ salmaq, ancaq ikrah hissi yaradır.

ARTİ özü direktorlara hər dəfə fərqli məlumat göndərir. Bütün direktorlar da dediyimizi təsdiq edərlər. Direktorlar özləri beziblər. Deyirlər səhər yerindən duran eyni şeyi hər dəfə başqa cür tələb edir. Bəs bu necə idarəetmə, necə sistem, necə yanaşmadır? ARTİ-nin işçilərinin özlərinə əvvəl dərs keçmək lazımdır. Sonra baxarıq, nəsə öyrədə bilərlər ya yox?!

Metodika bütün müəllimlərə lazımdır. Dəyişdirilibsə, heç kimdən asılı olmadan müəllimlərə bu biliklər öyrəndilməli və nə yolla olur olsun bacarığa çevrilməlidir. Yalanlara, oyunlara ehtiyac yoxdur. Birbaşa öyrətməlisiniz. Axı siz təhsil institutusunuz. Necə müəllimlərdən tələb edirsiniz ki, istəsəniz hər uşağa öyrədə bilərsiniz. Deməli, siz də hər müəllimə öyrədə bilərsinuz. Müəllimdən 1 ildə gözlədiyinizi, özünüz 18 ildir etmirsiniz. Təbii bu işdə MDPİM – Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi ən böyük günahkardır. Uşağa soska verərmişcəsinə problemləri həll etmək, müəllimləri alçaltmaq, yeni yeyinti sahəsi yaratmaq onların işidir. Əsas odur kimsə öyrənməsin, bizdən asılı olsun, bunu yeyinti yeri yedək, amma guya öyrədirmişik kimi də şərait yaradaq. Kitab işini, test işinu də sataq, şikayət edənlərə hədə-qorxu gələk. Qoy ömür boyu çörəyimiz olsun. Kim neynir müəllimlərin savadlanmasını… Onlara lazımdı, öyrədirmiş kimi görünsünlər və bilmədikləri yerdən həmişə vurub pullarını alsınlar.

Mirzə Ələkbər Sabir demiş:

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karım,
Dünyavü cahan ac olur olsun nə işim var?!

Tehsilmedia.az

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycanın kapital bazarında ötən il rekord sayda emissiya prospekti təsdiq edilib
Next: Azərbaycanda plastik cərrahi əməliyyatlar bahalaşıb? – AÇIQLAMA

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.