Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • MEHDİYEVDƏN SONRAKI USUBOV – 77 yaşlı general-polkovnik həm istirahətdə, həm də vəzifədədir…
  • GÜNDƏM

MEHDİYEVDƏN SONRAKI USUBOV – 77 yaşlı general-polkovnik həm istirahətdə, həm də vəzifədədir…

admin 12.03.2025
1741761005_1
25 il ərzində (1994-2019) Azərbaycanın daxili işlər nazir postunu tutmuş 77 yaşlı general-polkovnik Ramil Usubov 5 ildən artıqdır fəaliyyətini yeni vəzifədə davam etdirir.

Prezident İlham Əliyev onu nazir vəzifəsindən azad etdikdən dərhal sonra (20 iyun 20219-cu il) Prezident yanında Təhlukəsizlik Şurasının (TŞ) katibi təyin edib. Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra Prezident Administrasiyasının səlahiyyətlərinə əl gəzdirilib. Bu qurumun rəhbəri daha həm də Təhlükəsizlik Şurasının katibi postunu tutmur. Ramil Usubov bu rəhbər vəzifəyə təyin edilən ilk məmur olub. 2023-cü ilin 18 noyabr tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi Mədət Quliyev ona müavin təyin edilib.

TŞ 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb, o Prezidentin yanında məşvərətçi orqandır.

Şura vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Təhlükəsizlik Şurasına aşağıdakı vəzifəli şəxslər daxildir:

Milli Məclisin sədri

Baş nazir Prezident Administrasiyasının rəhbəri

Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri

Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi

Baş prokuror

Xarici işlər naziri

Müdafiə naziri

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

Daxili işlər naziri.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. TŞ katibi qurumun fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Təhlükəsizlik Şurasının katibinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.

Usubovun yeni vəzifəsindəki iş yükü əvvəlki vəzifəsi ilə müqayisə olunmayacaq dərəcədə azdır. Son 5 ildə TŞ-nin cəmi iki iclası keçirilib. Belə ki, hər iki iclas 2020-ci ildə olub, onların biri 13 iyulda Ermənistanın təcavüzkar davranışlarına həsr olunub, digəri də 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinə təsadüf edib.

Sonrakı illərdə Prezident bu qurumun iclaslarının keçirilməsinə ehtiyac duymayıb, TŞ katibi Ramil Usubovun ictimailəşən əsas fəaliyyəti isə xarici səfərlərdən ibarətdir. Belə ki, o, MDB təhlükəsizlik şuraları başçılarının toplantılarında Azərbaycanı təmsil edib, bir dəfə isə Türk Dövlətləri Təşkilatlarının eyni məzmunlu iclasına qatılıb. Usubov daha çox Rusiya hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar əlaqələr saxlayıb, MDB-dən olan digər həmkarlar ilə bir araya gəlib. Daha sonra Usubovun İrana, Gürcüstana və İsrailə səfərləri də həyata keçirilib. Bu təmaslarda bəzən o Prezidentin xüsusi tapşırıqlarını icra edən səfir vəzifəsini icra edib. Bu dövrdə onun Avropa ölkələrinə, ABŞ-yə səfərlər etməməsi, Türkiyə ilə əlaqələrinin zəif olması da diqqət çəkir.

Ramil Usubov Prezident İlham Əliyev tərəfindən “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. Onun övladları Emil və Raul Usubovların hər ikisi daxili işlər orqanarında çalışır. General-mayor Emil Usubov DİN-nin Baş İstintaq və Tədqiqat İdarəsinin rəisidir, Raul isə əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəis müavini olub, 2019-cu ildə nazir Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad edilərək Qaradağ Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib.

Ramil Usubov da Azərbaycan hakimiyyətindəki digər yüksək çinli məmurlar kimi biznesə baş vurub. Yerli mediada onun paytaxtın vaxtı ilə ən dəbdəbəli hesab olunan restoranlar şəbəkəsinə himayədarlıq etdiyi barədə dəfələrlə yazılıb. Bu sırada “Xan Bağı”, “Şuşa”, “Çanaqqala”, “Xan qızı”, “Xarı bülbül” və sair kimi restoranların adını çəkmək olar. Nərimanov rayonu, Təbriz küçəsində yerləşən məşhur “Şuşa” restoranı bu il yanvarın əvvəlində sökülüb, onun ərazisinin ADA Universitetinə verildiyi bildirilir. Mülkiyətçi tərəfindən söküntüyə etirazlar bildirilsə də, sonradan bu hadisə gündəmdən çıxdı.

“Şuşa”-nın sökülməsi mediada həm də “köhnə qvardiya”nın görkəmli nümayəndələrindən olan Ramil Usubovun hakimiyyətdə qürub çağının olması kimi yozulur. Əlbəttə, TŞ katibi əvvəllər dəfələrlə iqtidardaxili intriqalarıdan mövqeyini möhkəmləndirərək qalib çıxmış kifayət qədər təcrübəli məmurdu. Usubov hakimiyyət rəhbərliyinin etimadını qazanaraq 25 il ölkənin əsas güc strukturuna rəhbərlik edib, istefaya çıxdıqdan sonra yenə Prezident yanında ali məşvərətçi quruma katiblik edir. Bəzən qonşu dövlətlərlə Azərbaycan arasında problemlər yaranarkən ölkə başçısı onun xidmətlərindən və təcrübəsindən istifadə edir…

Necə deyərlər, 77 yaşlı general-polkovnik bu vəzifədə özünü çox yaxşı hiss edir – həm istirahətdir, həm də vəzifədə. Onun öz taleyini vaxtilə hakimiyyətdə ən yaxın münasibətdə olduğu Ramiz Mehdiyevin taleyindən ayıra bilməsi isə siyasətdə, dövlət işində nə qədər mahir usta olduğunun növbəti nümayişi idi…

“AzPolitika.info”

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Abşeronun icra başçısının QUMAR SEVDASI – BU NƏDİ BELƏ?
Next: Abşeron təhsilində MALİYYƏ BÖHRANI – MAAŞLARI KİM ‘BUDAYIB’?

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Tamerlan Qarayev geri çağırıldı 17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. “32gun.az”ın əldə...
DAVAMI Read more about Tamerlan Qarayev geri çağırıldı
Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a 17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
Şamaxı Rayon İcra Hakimiyyəti Aİ-95 markalı yanacağın satın alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. 32gun.az-ın məlumatına görə,...
DAVAMI Read more about Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a
Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

Bütün yazılar

17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.