Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakı laboratoriya, insanlar da təcrübə siçanı deyil: AYNA-da görünənlər
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakı laboratoriya, insanlar da təcrübə siçanı deyil: AYNA-da görünənlər

admin 11.03.2025
1741678383_image_940x_67cedac1409e9

Aynaya baxanda nə görürsüz? Əlbəttə ki, özünüzü. Səliqə-sahman yaradırsız. Ayna eybləri göstərir,siz də onu aradan qaldırırsınız.

Amma bir ümumi AYNAmız da var…..
Bu AYNA o aynadan deyil. Bu ad Ayna ilə bağlı xoş təəssüratlarımızı alt-üst edən qurumun adıdır. Narazı olmayan çox az adam tapılar bu qurumdan. Uzaq olmayan keçmişdə qalstuklu müəllimlərin əlini-qolunu sallaya-sallaya bulvara velosiped sürməyə getməsi barədə hazırladıqları biabırçı videoçarxı yəqin ki, unutmamısız. Baxmayanlar mənim şəxsi “facebook”, “tiktok”, “instagram”, “youtube” platformalarımda “AYNA-nın Velosiped zolağı” başlıqlı detallı izahlı video ilə tanış ola bilərlər.

Bir qrup AYNA əməkdaşının “nümunə” olmaq üçün bulvara gedib velosiped sürməsi, yol hərəkəti qaydalarını pozaraq avtomobili qanunsuz park etməsi, yuyulub təmizlənmiş, AYNA əməkdaşlarından ibarət 2 nəfər sərnişinin əyləşdiyi avtobusu şəxsi xidməti avtomobili kimi istifadə edən iki nəfər qalstuklu rəsmi AYNA əməkdaşının velosiped sürməyə getməsi və sair gülünc kadrları ilə yaddaşlara həkk olan qurum niyə rəğbət qazana bilmir?

Çünki bizə velosiped sürməyi diktə edən AYNA rəhbəri hörmətli Anar Rzayevi bir dəfə də olsun velosipedlə işə gələn görmədik. Əməkdaşları belə hazırladıqları video çarxda şəhərdə süni tıxac yaradan velosiped zolaqlarında hərəkət etməyi özlərinə rəva bilmədilər. Bilmirlər də.
Bu zolaqlar nə üçündür? Bir küçədə başlayıb mənasız bir istiqamətdə yarımçıq qalan velosiped zolaqlarını çəkəndə yoların zamanında hansı sayda avtomobillərin intensivliyi üçün nəzərdə tutulduğu unudulub deyəsən. Axı, bu yollar çəkiləndə, küçələr salınanda nəinki avtobus heç velosiped zolağı da yada düşməmişdi. İndi avtomobil sayı da artıb. Küçələr isə yeni deyil. Dar küçələrdə  avtobus zolaqlarına dözmək olar. Amma əlavə olaraq bu velosiped zolağını niyə belə xaotik etmisiz? Nə əldə etmişik? Hansı əsaslı statistika var?

Velosiped zolaqlarında yalnız piyadalar gəzir. Görüntü xatirinə bu qədər insana zülm etməyə dəyərmi? Həqiqətən də bu zolaqlardan səmərəli formada niyə istifadə olunmur? Velosiped zolaqları çəkiləndə necə araşdırma aparılır və qərar verilir?

Əgər bir qurumun gördüyü iş əsaslı, köklü deyilsə, hər addımı səhvlərlə doludursa, sürücü və sərnişinlər niyə AYNA rəhbəliyinin məlum yanlış qərarlarından əziyyət çəkməlidirlər. Bu qurumda dövlətin inventarlarını, resurslarını xərcləyən şəxslərdən hesabat istəniləndə nə cavab verəcəklər? Hər gün bir qara ideya ilə şəhəri rəngləyən AYNA hansı istiqaməti hədəf götürüb? Neçə-neçə zolağın yararsız olduğunu görüb rəngləri silən AYNA dövlətə, vətəndaşa dəyən zərəri necə ödəyəcək?
Bu axı, qardaşının şirkətini rəhbərik etidyi qurumda daşımacılığa cəlb etmək qədər asan iş deyil. Yollarda əziyyət çəkən sürücülərə yazılan cərimələr, keçirdikləri stress, yaşanan gərginlikdən sonra bir sıra ərazilərdə zolaqları ləğv etmək fəaliyyətinizdə mövcud olan fəaliyyətsizliyin göstəricisidir. Siz, axı, paytaxtı laboratoriya, insanları da təcrübə siçanı hesab edə bilməzsiz.

Suallar çoxdur. Amma kim bu suallara cavab verəcək?
Suallara cavab verməli olan AYNA rəhbəri Anar müəllimin media ilə görüşü az qala bağlı qapılar arxasında keçir. Videoları da səssiz yayımlanır. İnterşumu belə söndürülər. Görüşüldü, danışıldı, müzakirə olundu və sair…

Anar müəllimdən müsahibə almaq xoşbəxtliyi mənə nəsib olmuşdu. Anar Rzayev DANX rəhbəri olanda müsahibə zamanı özünün rəhbərlik etdiyi qurumda qardaşına məxsus şirkətin fəaliyyətinə şərait yaradıldığını da etiraf etmişdi. Bu barədə səhv etmirəmsə brifinqlərin birində açıqlaması da olmuşdu. AYNA rəhbəri olaraq bizi yollarda sıxan müəllimin yalnız foto əksini görə bilirik. Suallar isə açıq olaraq qalır.(Ajans.az)

Cənab Rzayev, AYNAda əksiniz yaxşı görünür. Olduğunuz kimi görünürsüz. 

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Baş nazirdən Rəqabət Məcəlləsi ilə bağlı QƏRAR
Next: Bərdədən tükürpədici səs yazısı: “Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır” -DE-FAKTO

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.