Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İran hökumətinin sözçüsü “ana dilində təhsil” haqqında əvvəlki açıqlamalarını təkzib edib
  • DÜNYA

İran hökumətinin sözçüsü “ana dilində təhsil” haqqında əvvəlki açıqlamalarını təkzib edib

admin 10.03.2025
1741547772_1
İran hökumətinin sözçüsü Fatimə Mühacirani ana dilində təhsil ilə bağlı layihə üzərində çalışdığına dair əvvəlki açıqlamalarını təkzib edərək, sözlərinin “düzgün əks olunmadığını” və bunun “yanlış təfsirlərə yol açdığını” bildirib. O, daha əvvəl martın 4-də keçirdiyi mətbuat konfransında məktəblərdə “ana dilində təhsil”ə dair hökumətin qanun layihəsindən danışaraq, onun parlamentə təqdim olunacağını vəd etmişdi.

Mühacirani 7 mart tarixində “X” hesabında yazıb ki, “hökumətin müdafiə etdiyi prinsip Konstitusiyanın 15-ci maddəsinin dəqiq icrası, yerli və ana dilinin (rəsmi və milli vasitəçi dil olan fars dili ilə yanaşı) tədrisidir, ana dilində təhsil deyil.”

O əlavə edib ki, “fars dilində ümumi tədris, yerli və ana dillərin və ədəbiyyatlarının tədrisi hüququ ilə (konstitusiyanın icrası, ədalət və milli həmrəyliyin gücləndirilməsi gərəkliliyi) ziddiyyət təşkil etmir.”

Bu açıqlamalar Mühaciraninin daha əvvəl mətbuat konfransında dəfələrlə “ana dilində təhsil” ifadəsini işlətməsi və martın 4-də X hesabında paylaşımından sonra verilib.

“Hökumət ana dilləri ilə bağlı geniş bir qanun layihəsini parlamentə təqdim edəcək. Ana dili və ana dilində təhsil hökumətin önəm verdiyi əsas mövzulardandır”, o, paylaşımında bildirmişdi.

8 mart tarixində rəsmi dövlət xəbər agentliyi İRNA-da yayımlanan müsahibəsində o, fars dilini “ölkənin ərazi bütövlüyünün sipəri” adlandıraraq, “hökumət həmişə rəsmi dilin həm təhsil sistemində, həm universitetlərdə, həm də dövlət idarələrindəki əhəmiyyətini vurğulayıb” deyə bildirib.

İranın rəsmi dövlət xəbər agentliyi bu müsahibədə hökumət sözçüsünün əvvəlki açıqlamalarının “yanlış anlaşılmalara səbəb olduğunu” qeyd edib.

Fatimə Mühacirani həmin müsahibəsində deyib ki, “hökumət digər dilləri rəsmi dil kimi tanımaq niyyətində deyil, lakin ana dillərinin ədəbiyyatına ölkənin mədəni irsinin bir hissəsi kimi diqqət yetirilməlidir.”

Mühaciraninin “ana dilində təhsil”lə bağlı açıqlamalarından sonra İranda bu hüququn əleyhdarları sosial mediada “Fars dili sipərdir” məzmununda həştəqlər ilə kampaniya başladaraq hökumətin bu planlarına etiraz ediblər.

İran hökumət sözçüsü Fatimə Mühacirani (Foto: Etemadonline)
SEE ALSO:
İran hökumətinin sözçüsü: Hökumət ana dilində təhsillə bağlı parlamentə qanun layihəsi təqdim etməyi planlaşdırır
Hökumət sözçüsünün 4 martda ana dilində təhsillə bağlı əvvəlki açıqlamalarını təkzib etməsi eyni zamanda onun ifadə səhvinə yol verdiyi və hökumətin əslində belə bir planının olmadığı kimi də dəyərləndirilib. Halbuki o, çıxışında ana dilində təhsillə ana dilinin tədrisinin fərqli olduğunu vurğulamış və iki dilli bölgələrdə dərslərin fars dilində keçirilməsinin təhsil uğursuzluğuna səbəb olduğunu bildirmişdi.

Lakin hökumət sözçüsünün bu barədə rəsmi dövlət agentliyinə verdiyi müsahibədə həmin həştəqdən istifadə etməsi və fars dilini “sipər” adlandırması, hökumətin qeyri-fars bölgələrdə bu hüququ tanımaq əvəzinə əleyhdarların təzyiqi qarşısında geri çəkildiyi kimi qiymətləndirilib.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ABŞ-ın Ukraynada müharibəyə son qoymaq səyləri – Hadson İnstitutunun eksperti Lyuk Koffi şərh edir VİDEO
Next: Cənubi Koreya prezidenti Yun məhkəmənin həbs orderini ləğv etməsindən sonra sərbəst buraxılıb

OXŞAR MÖVZULAR

14
  • DÜNYA

Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketini bloklayıb

admin 16.07.2026
1784181351_screenshot-2026-07-16-095518
  • DÜNYA

Casusluqda ittiham olunurdu – İrandan çıxmasına icazə verildi

admin 16.07.2026
18
  • DÜNYA

Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.