Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  •  Gömrükdə qanunsuz şirkətlərə qarşı həqiqi mübarizə, yoxsa görüntü? – NƏ BAŞ VERİR?
  • GÜNDƏM
  • ÖLKƏ

 Gömrükdə qanunsuz şirkətlərə qarşı həqiqi mübarizə, yoxsa görüntü? – NƏ BAŞ VERİR?

admin 10.03.2025
1741589740_1
Uzun illərdir ölkənin gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı mübarizəyə start verildiyi iddia edilir.

Bizimxeber.az -a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi və Azər Məmmədovun rəhbərlik etdiyi İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi uzun illər boyu fəaliyyət göstərən, DSMF ödəmələri etməyən, anbarı olmayan, vergi ödəməyən şirkətlərə qarşı tədbirlər görməyə başlayıb.

Qeyd olunur ki, son günlər gömrükdə bir dəfəlik əməliyyalar üçün yaradılan şirkətlərin, gömrük işindən xəbərsiz olan fiziki şəxslərin adına olan VÖEN-lə gətirilmiş yüklər saxlanılır, onlardan əlavə sənədlər tələb edilir, qanuni tələblərə əməl etmələri istənilir. Eyni zamanda ardıcıl fərqli məlumatlar gəlir və bütün bunlar məqsədin tamamilə başqa olduğunu ortaya qoyur.

Belə ki, illərdir ölkə mətbuatında gömrükdə fəaliyyət göstərən qanunsuz şirkətlərin adı çəkilir və onların əsl sahiblərinin yüksək çinli məmurlar olduğu qeyd olunur. Bu şirkətlər əsl sahiblərinə böyük mənfəətlər qazandırır, dövlət bürcəsinə böyük ziyan vurur, vergidən yayınır və DSMF ödəmələri etmir.
Lakin, belə bir vəziyyətin uzun müddət ərzində necə görməzlikdən gəlindiyi və yalnız indi bu şirkətlərə qarşı mübarizəyə başlanması böyük suallar yaradır.

Nə baş verir? Həqiqətənmi, Gömrük Komitəsi və İdxal-İxrac İdarəsi bu şirkətlərə qarşı mübarizəyə start verib və məqsəd qanuni fəaliyyət göstərən şirkətlərin, sahibkarların önünü açmaqla büdcəyə böyük gəlirlər gətirmək, belə qanunsuz şirkətlərin dövlətə vurduğu ziyanın qarşısını almaqdır? Yoxsa, bu hansısa məqamlara və məqsədlərə hesablanmış, görüntü yaratmaq məqsədilə həyata keçirilən bir addımdır?

Bu addımların əsas məqsədi qanunsuz şirkətlərin fəaliyyətini zərərsizləşdirmək, dövlət büdcəsinə gəlir gətirmək və əsasən Qarabağın dirçəlməsinə töhfə vermək olduğu iddia edilərkən, əslində daha çox süni sıxlıq, narazılıq yaratmağa və nəticədə hansısa maraqları qorumağa çox oxşayır.

Məlumata görə, bu cür tədbirlər vasitəsilə görüntü yaradılaraq, guya ciddi islahatlar həyata keçirilir və “işləyirik, mübarizəyə start verdik” kimi bir imic formalaşdırıla, görüntü yaradıla bilər. Bununla da qanunsuz fəaliyyət göstərən şirkətlərin gələcək fəaliyyətinə bəzi qanuni “don” geyindirilə, fəaliyyətlərini davam etdirmələri üçün müəyyən yollar tapıla bilər. Yəni, nə şiş yansın, nə də kabab… Ümumiyyətlə, bu gün qurumların əksəriyyətində eyni vəziyyət hökm sürür.

Özlərini uzun illərdən bəri qalmış problemləri guya həll edirmişlər kimi göstərmək, fotolar, videolar hazırlamaq… Əsas odur ki, yuxarı instansiyalara “belə hallarla mübarizənin çətin olmasına baxmayaraq, işləyirik, mübarizə aparırıq” görüntüsü yaratmaq və göstərmək…

Buna misal olaraq, illər əvvəl yükdaşımalarda baş verən “VÖEN qalmaqalı”nı göstərmək olar. O zaman da müəyyən qadağalar tətbiq etməklə “narazı sahibkarlar” ordusu yaradılmışdı və nəticə olaraq heç nə dəyişməmişdi. Bir müddət sonra yenə eyni fəaliyyətə davam dedilər.

Bütün bunların fonunda bu yeni addımların da əvvəlki praktikalardan fərqli olmayacağına dair narahatlıqları ortaya çıxarır. Problemlər yerində qalacaq, sadəcə olaraq, onların yerini dəyişdirmək məqsədi ilə yeni yollar tapılacaq?

Məlumatlara görə, guya bu yeni addımların məqsədi, gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətləri aradan qaldırmaqla dövlət büdcəsinə gəlir artırmaq və belə qanunsuz şirkətləri vergilərə cəlb etməkdir.

Lakin, illərdir bu məsələyə qarşı hər hansı ciddi addımlar atılmaması suallar doğurur. Niyə illər ərzində bu məsələlər gözardı olunub və indi bir anda ciddi islahatlar həyata keçirilməyə başlanıb? Əgər bu qədər illər ərzində gömrükdə fəaliyyət göstərən, dövlət büdcəsinə böyük məbləğdə ziyan vuran bu şirkətlər indi gözə çarpırsa, bu, ciddi şübhələrə yol açmırmı?

Gömrükdə fəaliyyət göstərən bu qanunsuz şirkətlərin əsas gəlir mənbələrindən biri də ƏDV maxinasiyalarıdır. Bu şirkətlər müxtəlif yollarla idxal edilən malların dəyərini şişirdir, saxta sənədlər tərtib edir və vergidən yayınırlar. Hətta bəzi hallarda mallar tamamilə kağız üzərində “idxal” edilərək ƏDV-nin qaytarılması mexanizmi vasitəsilə dövlət büdcəsindən milyonlarla manat vəsait çıxarılır. Uzun illər bu sxemlər hər kəsə məlum olsa da, heç bir ciddi tədbir görülməyib.

Gömrük orqanlarının, vergi qurumlarının və digər aidiyyəti dövlət strukturları həqiqətənmi, bu hallardan xəbərsiz olub? Bu, yalnız konkret şəxsləri və ya şirkətləri sıxışdırmaq üçün nəzərdə tutulmuş müvəqqəti bir kampaniyadır, yoxsa həqiqətən də sistemli dəyişikliklərə başlanılıb? Həqiqətənmi, bu qurumlar indi ayılıb ki, bu şirkətlər dövlətə böyük ziyan vurur? Yoxsa bu, sadəcə yeni bir sistemin tətbiqi və köhnə problemlərin üstünü örtmək üçün bir “oyun”dur?

Bu sualların cavabı yaxın gələcəkdə aydın olacaq. Əgər məqsəd qanunsuz fəaliyyətin dayandırılması və vergi ödəmələrinin artmasıdırsa, o zaman bu prosesdə həqiqətən ciddi islahatlar edilməli, arxasında dayanan şəxslər məsuliyyətə cəlb edilməli və sistem kökündən dəyişdirilməlidir.

Bu məsələni diqqətlə izləmək lazımdır, çünki gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərlə mübarizə yalnız görüntü xatirinədirsə, heç bir real nəticə əldə edilməyəcək. İslahatların gerçəkliyi zamanla daha da aydın olacaq.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qanun yazmaq əvəzinə qanunların üstündən hoppanmağın DƏRSİNİ KEÇİR – BU DA FAKT!
Next: Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –ŞOK SƏS YAZILARI

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.