Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İstanbulda yoxa çıxdıqdan günlər sonra meşədə sağ tapılan qadın öldü: Ritual, ya iş yerində təzyiq?
  • DÜNYA

İstanbulda yoxa çıxdıqdan günlər sonra meşədə sağ tapılan qadın öldü: Ritual, ya iş yerində təzyiq?

admin 07.03.2025
BItSz5nKzm3zBCcFYyJuwRKhQaRILBY2Vreum18N_1200

Türkiyənin İstanbul şəhərində Belqrad meşəsinə getdikdən sonra yoxa çıxan və günlər sonra sağ tapılan 36 yaşlı memar Ece Gürel dünyasını dəyişib.

Bu barədə Soztv.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, Ece Gürel martın 2-si Belqrad meşəsində gəzinti adı ilə evindən çıxıb və daha sonra ondan xəbər alınmayıb. Martın 4-də axtarış qrupları Belqrad meşəsində qadının mobil telefonunu və bəzi şəxsi əşyalarını tapıblar. 4 gün sonra isə o, gecə saatlarında meşəlik ərazidə tapılıb.

Ece Gürel uzun müddət soyuq havada qaldığı üçün hipotermiya keçirib. Xəstəxanaya yerləşdirilən qadının ürəyi bir müddət dayanıb. Həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılan Ece Gürel intubasiya edilərək reanimasiya şöbəsində yerləşdirilib. Lakin bütün müdaxilələrə baxmayaraq, gənc memarın həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

Ece Gürelin meşəyə məhz hansı səbəbdən getdiyi və ölüm səbəbi isə hələ də sirr olaraq qalır.

Gənc qadının telefonunu və əşyalarını qoyub meşənin dərinliyinə getdiyi təxmin edilir. Gəzinti yollarının olduğu Belqrad meşəsində isə müəyyən marşrutlardan kənara çıxılmadığı təqdirdə itmək elə də asan deyil.

Üstəlik, Gürel meşəçilik fakültəsini bitirib və daha sonra landşaft memarı kimi fəaliyyət göstərib. Tələbəlik illərindən bölgəni yaxşı tanıyırdı və daim bu meşədə gəzir, fotolar çəkirdi. Qadının həyat yoldaşı ilə birlikdə meşədə bəzi səs rituallarına qatıldığı, rəqəmlərin sirri ilə maraqlandığı, stres atmaq məqsədilə meşədə “qışqırıq terapiyası” etdiyi də bildirilir. Və onun bunlardan birini etdiyi zaman azdığı da ehtimal edilir. Gürelin həyat yoldaşı isə bu mövzuda heç bir açıqlama verməyib.

Eyni zamanda Ece Gürelin numerologiya, astrologiya, Tarot falı ilə də maraqlandığı, hətta “Instagram”da “Tarotun Ecesi” adlı hesabı olduğu da məlum olub. Və qadının yoxa çıxmasından bir gün əvvəl bu “Instagram” hesabında etdiyi son paylaşım da diqqət çəkib.

“Özünü sevməyi öyrənən insan öz səylərinin dəyərini bilərsə, daha çox balanslı bir həyat yaşayar. Hər kəsin müəyyən sərhədləri var və hörmətə layiqdir”, – deyə o, paylaşımda bildirib.

Eyni zamanda Gürelin yoxa çıxmamışdan əvvəl iş yerində həmkarları tərəfindən zorakılığa məruz qaldığı, işdən çıxdığı, daha sonra yenidən işə qayıtmaq istəsə də, müsbət cavab ala bilmədiyi iddia edilir.

Hüquq firmasında katibə işləyən Ece Gürelin qohumlarından olan Yusuf Beştepe bu barədə danışıb və qadının istefa ərizəsini yazmağa məcbur edildiyini deyib.

“Onu 4-5 vəkillə bir otağa salıblar. Orada hansı psixoloji təzyiqlər edilib, nə baş verib, bilmirik”, – deyə Yusuf Beştepe qeyd edib.

İş yerindən isə bu xəbər təkzib edilib və qadının işdən çıxmadığı iddia edilib.

“Ecenin itməsinin iş yeri ilə heç bir əlaqəsi yoxdur. İşdən çıxmayıb. Ece işləyirdi. Hələ işdən çıxarılmayıb. Sadəcə, qərara aldıq ki, müəyyən müddətə tərəflərə vaxt verək, hər kəs özünü toparlasın”, – deyə iş yerindən bildirilib.

 

 

 

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: SAXAL Qəzza sektoruna yeni hücum planını təsdiqləyib
Next: Cənubi Koreya prezidenti həbsdən azad edilib

OXŞAR MÖVZULAR

14
  • DÜNYA

Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketini bloklayıb

admin 16.07.2026
1784181351_screenshot-2026-07-16-095518
  • DÜNYA

Casusluqda ittiham olunurdu – İrandan çıxmasına icazə verildi

admin 16.07.2026
18
  • DÜNYA

Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.