Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İlqar Abbasov Şirvan şəhərini belə “yaşıllaşdırır” – Bir nəfərə məxsus müxtəlif MMC-lərlə
  • CƏMİYYƏT

İlqar Abbasov Şirvan şəhərini belə “yaşıllaşdırır” – Bir nəfərə məxsus müxtəlif MMC-lərlə

admin 07.03.2025
1741328987_ilqar-sirvan

Uzun müdət Bakının Suraxanı və Nərimanov kimi böyük rayonlarının icra başçısı olmuş  İlqar Abbasov artıq 6 ilə yaxındır ki,  Şirvan şəhər İcra Hakimiyyətinin başçısıdır. İnternet axtarış sistemlərinə onun ad və soyadını yazmaq kifayətdir ki,  Şirvan şəhər sakinlərinin saysız-hesabsız şikayətləri ortaya çıxsın. Bu şikayətlərdə narazılıqlar ən çox İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri barədədi.

Aktualinfo.org İlqar Abbasovun kadrlarından sayılan, Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi Ağalar Soltanovun rəhbərlik etdiyi qurumun dövlət satınalmalarında işbirliyi qurduğu  şirkətlər ətrafında araşdırma aparıb. Araşdırmalarda Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası tərəfindən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi, keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə ciddi qanun pozuntularına yol verildiyi məlum olmuşdur. Bunlar nələrdən ibarətdir?

Əkin materiallarının satın alınması üzrə 09.05.2024-cü ildə başlamış müsabiqədə “KRİSTAL-LM” MMC  qalib seçilmiş və 6.467,58 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 12.07.2024-cü ildə dərc edilmişdir.

Xüsusi geyim və təsərrüfat alətlərinin satın alınması üzrə 06.04.2024-cü ildə başlamış müsabiqədə “KRİSTAL-LM” MMC  qalib seçilmiş və 6.875,15 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 12.07.2024-cü ildə dərc edilmişdir.

Nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə bir mənbədən satınalma metodu olə keçirilmiş  müsabiqədə “KRİSTAL-LM” MMC  qalib seçilmiş və 11.186,4  manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 05.11.2024-cü ildə dərc edilmişdir.

Sürtkü materiallarının satın alınması üzrə bir mənbədən satınalma metodu olə keçirilmiş  müsabiqədə “KRİSTAL-LM” MMC  qalib seçilmiş və 2.736,42 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 05.11.2024-cü ildə dərc edilmişdir.

Qeyd edək ki, “KRİSTAL-LM” MMC 2024-cü ildə Şirvan şəhərində bir neçə dövlət qurumları tərəfindən keçirilmiş ayrı ayrı lotlar üzrə 9 müqavilə bağlamışdır. Bu da MMC-nin müvafiq sahədə peşəkarlığında, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, təcrübəsində, bir sıra şübhəli məqamların olduğu ehtimalı artırır.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “KRİSTAL-LM” MMC (VÖEN 2100694871 ) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 13.01.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı  ŞİRVAN ŞƏHƏRİ, 1 MAY, ev 112 A -da yerləşir. MMC-nin qanuni təmsilçisi İbrəhimova Könül Balaeyvaz qızıdır. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Rütəmov Əlibala Cəfər oğlu olub.

Qeyd edək ki, Rütəmov Əlibala Cəfər oğlu həm də Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin 2023-cü ildə satınalma müqaviləsi bağladığı “TƏCHİZAT-24” MMC-nin qanuni təmsilçisidir.

Bundan əlavə Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin 2022-ci ildə iki satınalma müqaviləsi bağladığı “TƏCHİZAT CİTY” MMC Şirvan şəhərində  “KRİSTAL-LM” MMC ilə eyni ünvanda 1 MAY, ev 112 A -da yerləşir ki, bu MMC-lərin də bir nəfər, Rütəmov Əlibala Cəfər oğlu tərəfindən idarə olunması ehtimalını artırır.

Göründüyü kimi Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası 2022-ci ildən sonra dövlət satınalmalarında Şirvan şəhərində bir nəfər tərəfindən idarə olunan MMC-ləri qalib seçmişdir. Bu isə satınalmadan çox işbirliyi anlamına gəlir. Belə ki, Təsərrüfat İdarə kotirovka sorğularının keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, MMC-lərin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və ödəmə qabiliyyətini, etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bu şübhələrin başında da təbii ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dayanır. Çünki, Rütəmov Əlibala Cəfər oğlunun qanuni təmsilçiləri olan bir neçə MMC-yə Şirvan şəhərində keç kim eninə-boluna şərait yaratmazdı. Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi Ağalar Soltanova buradan nə qədər pay çatır baş mühasibi Oqtay Əliyev daha yaxşı bilər. Çünki, maliyyə işlərinə o baxır. Qurumun Satınalma Komissiyasının rəhbəri kimi mətbuatın sorğusuna da cavab verməyi lüzum bilmir. (Aktualinfo.org)

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “AZERGOLD”un çətiri altında TENDER ŞOUSU… – Dövlətin malı dəniz… yeməyən…
Next: “Azəravtoyol”un idarəsində kütləvi ixtisarın anonsu… – Əvəz Qocayevin adamları işçilərə nə deyib?

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.