Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Qaçqınkom”da Səbuhi Əhmədovdan hamı narazıdır, bəs Rövşən Rzayev necə…
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Qaçqınkom”da Səbuhi Əhmədovdan hamı narazıdır, bəs Rövşən Rzayev necə…

admin 05.03.2025
1741158296_rzayev-rovsen

Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin edilməsinin yeddinci ili aprel ayında başa çatacaq. Onun bu vəzifəyə təyinatından sonra məcburi köçkünlər Komitədə illərlə yığılıb qalan problemlərin nəhayət öz həllini tapacağını düşünürdü. Lakin ən böyük problemi Elə Prezident İlham Əliyev özü 44 günlük Vətən müharibəsində həll etdi. Artıq 30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin yurd-yuvalarına qayıdışına başlanılıb.

Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ən başlıca funksiyası doğma torpaqlarını tərk etmiş məcburi köçkünlərin ata-baba yurduna qaytarılmasını təşkil etməkdir. Bununla belə müxtəlif bölgələrə səpələnmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam edir. Bu işlərə əsas cavabdeh qurum  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentidir. Sözügedən bu qurumda vaxtı ilə çox ciddi qanun pozuntularına yol verilməsi barədə sosial şəbəkələrdə və elektron mediada kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi, millət vəkili Rövşən Rzayevin 2018-ci ilin aprel ayında sözügedən quruma rəhbər təyin edilməsindən sonra burada köklü dəyişikliklərin olacağı gözlənilsə də, bu baş vermədi.

Əksinə Rövşən Rzayevin Departamentə direktor təyin etdiyi Səbuhi Əhmədov narazılıqları daha da artırdı. Qeyd edək ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Rövşən Rzayevin Dövlət Komitəsinə sədri təyin edilməsindən az sonra vəzifə başına gətirdiyi şəxslərdən biri də məhz Səbuhi Əhmədov olub.

Məlum olduğu kimi uzun müddətdir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayrılıb. Yeni mənzillərin tikintisindən tutmuş, fərdi yaşayış evlərinin təmiri üçün ayrılan vəsaitlərin məbləğini rəsmi dövlət qurumlarından başqa kimsə bilməz. Səbuhi Əhmədov isə oturduğu kreslodan və sədrin ona etibarından sui-istifadə edərək ayrılan bu dövlət vəsaitlərindən şəxsi məqsədləri üçün istifadə etməyə başlayıb. Ortada, yəni Komitədə, Rövşən Rzayevin digər kadrları arasında narazılıq da bundan sonra başlayıb.

Əldə etdiyimiz məlumatlara görə hazırda Səbuhi Əhmədovun kreslosu silkələnir. Yəni Dövlət Komitəsinin digər şöbə və departament rəhbərləri Səbuhi Əhmədovun atdığı hər addımı dərhal Rövşən Rzayevə çatdırırlar. Bu da təbii ki, Komitə sədrinin xoşuna gəlmir və Səbuhi Əhmədovun işini xeyli çətinləşdirir. Bəs bu narazılıqlar haradan qaynaqlanır?

Məlum olduğu kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər il milyonlarla manat dövlət vəsaiti ayrılır. Səbuhi Əhmədovun rəhbərlik etdiyi qurum isə fərdi yaşayış evlərinin təmirinə, yolların təmirinə və digər məqsədlər üçün ayrılan vəsaitin çoxunu şişirdilmiş qiymətlərlə özünə yaxın şirkətlər vasitəsi ilə “həyata keçirir”. Bu zaman onun əldə etdiklərini Komitənin digər şöbə və departament rəhbərləri həzm edə bilmirlər və onun yerini tutmağa çalışırlar. Sözügedən Departament tərəfindən son illər keçirilmiş tenderlər ətrafında apardığımız araşdırmalar burada hər şeyin heç də şəffaf olmadığını göstərir və mövzuya yaxın günlərdə ayrıca qayıdacağıq.

Rəhbərlik etdiyi Departamentdə satınalmalardan qazandığı azmış kimi, Səbuhi Əhmədov köçkünlərin hesabına daha çox qazanmaq üçün müxtəlif yollara da baş vurur. Belə ki, Bakı şəhərində məcburi köçkünlər üçün tikilən çoxmənzilli binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə tanışlarının əli ilə satır. Yəni ticarət obyekti kimi işlətmək üçün saxta sənədlərlə kənar şəxslərə verir. Məlumatlara görə Səbuhi Əhmədov və adamları artıq boşaldılan həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Şuşa şəhərciyində vətəndaşdan 40 kv metr bir yerdə iaşə obyektinin tikintisinə rəsmi qurumun möhürü ilə təsdiqlənmiş, Səbuhi Əhmədovun imzası ilə saxta sənəd verən vətəndaş ödədiyi 13 min manatı hələ ala blməyən vətəndaşın şikayəti də buna bir misaldır. Məlumatlara görə Səbuhi Əhmədov hətta qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.

Butün bu kimi hallar isə Komitənin digər şöbə və departament rəhbərlərinin gözündən qaçmır və dərhal Rövşən Rzayevə çatdırılır. Odur ki, “Qaçqınkom”da Komitə sədrinin sadiq kadrı Səbuhi Əhmədov haqqında verəcəyi son qərarı gözləyənlər çoxdur.

Aktualinfo.org

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Kəmaləddin Heydərov yanğın yerinə getdi
Next: Abşeron təhsilinin şefi ilə bağlı ŞOK İDDİALAR – BU NƏDİ BELƏ?..

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.