Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR…” – ÖZBAŞINALIQ!
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR…” – ÖZBAŞINALIQ!

admin 04.03.2025
1741080323_1741068549_0001

“Uzun müddət çalışdığımız İnstitutda illərlə baş verən haqsızlıqlarla qarşılaşib, ümidsizlikdən Sizə müraciət etməyə məcburuq.

Yəni bizim Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda illərlə həm keçmiş, həm yeni rəhbərlik tərəfindən qanunların pozulmağına, korrupsiya əməllərinə şərait yaradılıb və davam edir. Biz yorulmuşuq bunlarla mübarizə aparmaqdan, bizə kömək edin!”
Azərbaycan Respublikasının Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu Publik Hüquqi Şəxsin elmi işçilərinin Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Heydər oğlu Əliyevə, Azərbaycan Respublikasının Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, surətini əlaqədar qurumlara – Səhiyyə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladıqları şikayət ərizəsi məhz bu sözlərlə başlayır. Alimlər “Gündəm Xəbər Qəzeti Redaksiyası” və eyni adlı gundemxeber.az saytının redaksiyasına müraciət edərək şikayətlərində ehtiva olunan problemin ictimailəşdirilməsini xahiş ediblər.
Yazırlar ki, səhiyyədə geniş şaxəli əlaqələrə ümüd edən, bir ildir İnstituta Baş direktor vəzifəsinə təyin olunan tibb elmləri doktoru Mətanət Əfəndiyeva qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilmir: “İnstitutu idarə etməkdə özünə “yaxın” hesab etdiyi şəxslər köməklik edirlər: Baş həkim Nurlana Əliyeva, Artroloqiya bölməsinin rəhbəri Sevinc Kərimova, Stasionar Tibbi reabilitasiya şöbəsinin müdiri Pərviz Axundov, sabiq Baş həkimi Nizami Nəbiyev (dövlət büdcəsini mənimsəməsinə ğörə azad olunmuş), Neyrofiziologiya laboratoriyanın müdiri Elşanə Mustafayeva, icbari sığorta şöbəsinin müdiri Lalə Əliyeva, qəbul şöbəsinin həkimi Samirə Abasova… Hələ bu Direktora yaxın olan işçilərin tam siyahısı deyil, və bu şəxslər direktora arxalanıb, İnstitutumuzun əsl aparıcı həkimlərinin işini məhdudlaşdırmağa çalışırlar”.
Şikayətçilər qeyd edirlıər ki, Mətanət xanım işçiləri yalnız şəxsi münasibətləri əsas tutaraq kabinetinə buraxır: “Dəfələrlə direktora təkliflərimizi, iradlarımızı şifahi və yazılı şəkildə bildirməyə çalışmışıq. Heç bir müraciətimizə baxılmır, – üzərinə “insan resurslarına” yazıb, Əfəndiyeva özündən rədd edir, insan resursları isə günlərlə, aylarla məsələyə “hüquqşünasa yönəltmişəm” deyir, hüqüqşünas isə işdə tapılmır, sərbəst qrafiklə işə gəlir, nəticədə bəzi işçilər aylarla gözləyir məsələnin “qanuni” həllini, bəziləri isə direktorun şəxsi təqdimatı ilə rahat şəkildə qısa müddətdə qeyri-qanuni olaraq işlərini düzəldir. Öz haqlarını tələb edənlərə təzyiq ğöstərilir, işimiz dondurulur. Təbii ki, tabeliyində olan işçilərə qarşı belə nəzakətsiz və qərəzli münasibət bizi fiziki və emosional tükənmə vəziyyətinə gətirir, psixi sağlamlığımız üçün real təhlükə yaranır və təbii olaraq peşə məhsuldarlığının azalmasına gətirib çıxaracaq, xəstələrimizə mənfi təsir göstərəcək”.
Şikayətçilər İnstitutda baş verən pozuntuların qismən siyahısını da təqdim ediblər:
1. Elmi – Tədqiqat Tibbi Bərpa İnstitutu olmasına baxmayaraq, Elmi Katib vəzifəsi 1 ildir ki vakantdır, bu da o deməkdir ki, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulur;
2. Etik Komitənin fəaliyyətinə də süni məhdudiyyətlər qoyulur, belə ki, üzvlər qeyri-qanuni seçilib, onların şəxsi işləri təqdim edilməyib, onların müvafiq komitəyə üzv olmaq üçün yetərincə sertifikatı və sənədi yoxdur, bəzi üzvlərsə ümumiyyətlə rəhbər vəzifələrdə olduqları üçün üzv seçilə bilməzlər. Bunları mövcud rəhbərliyə və elmi işlər üzrə müavinə dəfələrlə bildirsək də, faydası olmamışdır, onlar, farm-şirkətlərlə iş birliyini davam etdirərək etik komitədən işləri yayındırmışlar, xəstələr üzərində qeyri-qanuni yolla tədqiqat aparmışlar, institutun etik komitəsi olduğu halda o sənədlərin təqdim edilməsindən yayınmışlar.
3. Elmi Tədqqiqat İnstitutunun rəhbəri 1 il institutun mətbəxinə vaxt ayırıb, orda yenidənqurma işləri hesabat və sonunda da yenə də yeyinti ilə üzləşirik. Necə olur ki, düzəltmək əvəzinə daha da çox yeyinti olur, baxmayaraq ki, bu sahəyə, yəni mətbəxə, Elmi Tədqiqat İnstitutunda çox böyük maraq və vaxt sərf olunmuşdur. Nəticə etibarı ilə mətbəxdə normal yemək verilmir. Qazilərimizə ayrılan xüsusi menyu yeməkləri verilmir, onlar acından məcburən gedib ciblərindən pul xərcləyib kafe və restoranlarda yemək yeyirlər və alternativ qidalar axtarır kənarda, sonra da institutda bunu aktlaşdırıb güya “qazilər qaydaları pozur” kimi təqdim edir stasionar şöbə müdiri və rəhbərlik, hətta “biz daha qaziləri və Qarabağ müharibəsi əlillərini instituta buraxmayacayıq, onlar çox problem yaşadır” deyə həkimlərə məlumat verirlər. Necə yəni buraxmayacayıq? Bu necə ola bilər ki, Vətən uğrunda canını, sağlamlığını qoyan qəhrəman ordumuzun qazilərindən ölkənin ən mötəbər müalicə və bərpa müəssisəsi öz xidmətini əsirgəsin? Özü də vəzifəsindən sui-istifadə edən institut rəhbərliyinin qərarı ilə? Cənab Prezidentin fərmanlarına, göstərişlərinə zidd çıxaraq? Buna sübut çoxsaylı qazilərin şikayətləridir. Rəhbərliyin göstərişi ilə bu institutdan olan bütün şikayətlər Səhiyyə Nazirliyində qutuya atıldıqdan sonra cırılır və heç qeydiyyata düşmədən cavabsız qalır. Necə olur ki, institutun direktoru və baş həkimi Səhiyyə Nairliyinin qəbul şöbəsini idarə edir?
4. Elmin durğunluğu yaşanır, yeni heç bir elmi iş, ya da elmi tədqiqat aparılmır, elmi işçilər tərəfindən təqdim olunan yeni elmi işlərin planlarına imtina olunur, büdcə ayrılmır, öz hesabına təqdim olunan tədqiqatlara imtina edilir. Köhnə məqalələrin məzmunu və mətni bir qədər dəyişdirilib, yenidən çapa verilir – plagiata və elmi dələduzluğa yol verilir.
5. Naftalan nefti ilə bağlı tədqiqat aparılır adı ilə bütün digər planlaşdırılan elmi tədqiqatlar və tədqiqatçılar uzaqlaşdırılır, hətta institutun görkəmli alimləri, bu sahənin ustadları və elmi şuranın üzvləri uzaqlaşdırılır (çox həfif söz idi – işdən öz ərizələri yazdırılmaqla çıxarılır). Naftalan nefti haqqında ən çox biliyi olan kadrlar və elmi şurada onun tərkibini öyrənmək üçün müraciət edən elmi işçilər müxtəlif səbəblərlə uzaqlaşdırılır. Naftalan şəhərinə ezamiyyətə isə yalnız rəhbərlik gedir, heç bir hesabat verilmir institutun iclasında, çünki iclas belə aparılmır, sonuncu elmi şurada isə bütün elmi işçiləri verdikləri suallara görə qeyri-etik formada susduran və həmkarları yanında alçaldan rəhbərin görəsən məqsədi nədir?
6. Güya kameralar qoyulub hər yerdə, lakin bu kameralar nədənsə xəstəlik tarixçəsinə edilən müdaxilələri görmür, institutda pullar oğurlanır, xəstə rəhmətə gedir, qazilər alçaldılır, amma ki bunları şəffaf kameralar görməzdən gəlir… Əksinə rəhbərlik institutun işçilərini qəbul edəndə onların sanki prokurorluqdakı kimi telefonlarını alaraq səsyazmadan qorxur, görəsən niyə? Bəs göndərdiyi baş həkim və şöbə müdirləri (Nurlana Əliyeva, Pərviz Axundov, Sevinc Kərimova) isə bütün işçilərə kompromat toplamaq məqsədi ilə səs yazmaları axşamlar saat 4-5 dən sonra kiçik iclaslarda qulaq asıb qərarlar qəbul edirlər işçilərə qarşı, töhmətlər, xəbərdarlıqlar, “inkvizisiya” qayıdıb? Amma nədənsə adı “xəbərdarlıq” olan heç işçiyə xəbər verilmədən şəxsi işinə tikilir… Töhmət verilməsi qaydası həmkarlar komitəsi, intizam komissiyası iştirakı olmadan və kollektiv müqavilənin maddələrinə zidd aparılır.
7. İşçilər daim aşağlanır, alçaldılır, onların şəxsi həyatı ortaya qoyularaq həmkarları gözü önündə ümumi müzakirəyə çıxarılır, onların nüfuzu xəstələrin yanında endirilir, bu da özünə məxsus manipulasiya növüdür, dövlət qulluqçusu və ali həkim peşəsinə zidd olan qeyri-etik davranışlar artıq bizi çox yorub.”(GundemXeber.Az)
Yazıda adıçəkilən və ittiham olunan şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Davamı olacaq.

 

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: BMT-nin proseslərə müdaxiləsi son dövrlərdə xeyli zəifləyib – Altun
Next: Azərbaycan nefti cüzi ucuzlaşıb

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.