Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB

admin 03.03.2025
1740984329_1
Bir zamanlar, “Hələ mən deputat ola-ola bir qapı açmaq üçün icra başçısı məndən 30 min manat rüşvət istəyirsə, gör vətəndaşlar nə çəkir” deyə, mətbuata gileylənən Adil Əliyev barəsində narazılıqlar bu gün davam edir. Amma biraz fərqli formada.

Adil Əliyev indi özü də icra başçısıdır və bir neçə vətəndaşlar tikinti aparmağa icazə vermək üçün Suraxanı icra hakimiyyəti əməkdaşlarının onlardan rüşvət tələb etdiyini deyirlər.

“DogruXeber.az” xatırladır ki, tikinti apara bilməsi üçün yerli icra hakimiyyəti işçisinin ondan rüşvət tələb etdiyini, bir neçə il əvvəl tikdirdiyi hasarı, “qanunsuzdur” deyə, icra hakimiyyətinin uçurtduğunu deyən şəhid qardaşı İlqar Şahmurovun və bu kimi problemlər içində çırpınan digər Suraxanı sakinlərinin məlumatlarını yayımlamışdıq.

Təəssüf ki, narazı Suraxanı sakinlərinin çoxu da da ailə başçısı olmayan qadınlar, eləcə də qazi və şəhid ailələrindən ibarətdir.

Yuxarıda şəhid qardaşı – Suraxanı sakini İlqar Şahmurovun adını çəkdik.

Xatırlayırsınızsa, İlqar Şahmurov mediada yayılan səs yazısında 2016-cı ildə 18 min manat pul ödəyərək satın aldığı və ətrafını üst-üstə qoyulmuş tikinti daşları ilə hasara aldığını, Adil Əliyev sözügedən rayona icra başçısı təyin edildikdən sonra onun torpağının əlindən alındığını və hasarının dağıdıldığını iddia edirdi. Bu səs yazısı yayıldıqdan sonra o, icra hakimiyyəti tərəfindən torpağının özünə qaytarıldığını, hətta tikinti üçün qum və daş köməkliyi olunduğunu dedi. Amma, nə hikmətsə Suraxanı icra hakimiyyəti onun bu sevincini yenə qursağında qoydu. O, jurnalist Veysəl Əylisli ilə telefonla danışarkən, yenə tikintisinin qarşısının alındığını deyib.

Onu da vurğulayaq ki, şəhid qardaşı onun icra hakimiyyəti tərəfindən əlindən alınan torpaq sahəsinin Adil Əliyevin dayısının istifadəsində olduğunu bildirib.

Yeri gəlmişkən, jurnalist Veysəl Əylisli özü də Suraxanı rayonunda tikinti aparmaq istədikdə İcra hakimiyyəti işçisinin ondan 12 min manat pul tələb etdiyini iddia edir. Hətta, bildirir ki, buna etiraz etdiyinə, sosial platformada yayımladığına görə Adil Əliyev onu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Qeyd edək ki, Adil Əliyevin onu məhkəməyə verdiyini deyən daha bir suraxanı sakini də qazi Ceyhun Ağayevdir. Ceyhun Ağayev isə iddia edir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində apardığı tikintisi pul vermədiyinə görə Suraxanı rayon icra hakimiyyəti tərəfindən dağıdılıb. Halbuki, həmin ərazidə hazırda 10-larla tikintilər aparılmaqdadır.

Qazinin sözlərinə görə, o, həmin tikintilərin də görüntüsünü şəxsi sosial hesabında paylaşdıqdan sonra Adil Əliyev onun da barəsində xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıb.

Belə yerdə deyiblər, “oğru elə bağırdı, doğrunun bağrı yarıldı”.

Gördüyünüz kimi, Adil Əliyevin adını çəkmək kifayət edir ki, Suraxanı sakinlərinin dərdi açılsın. Elə, adlarını qeyd etdiyimiz Veysəl Əylisli və Ceyhun Ağayevin Adil Əliyev barəsində paylaşdlqları videoların şərh bölməsində yazan istifadəçilər də müxtəlif məlumatlar qeyd ediblər.

Kimisi Adil Əliyevin Hövsan qəsəbəsində də xeyli ərazini zəbt etdiyini, kimisi Bülbülədə yaşıllıq ərazini məhv edərək, özü üçün şərait yaratdığını, kimisi də Binə qəsəbəsində ev tikməyə icazə verməsi üçün hər kəsin yerli icra hakimiyyətinə 7000 (yeddi min) manat rüşvət verdiyini və sair qeyd ediblər.




Heyrətləndirən məqamlardan biri də budur ki, yazanlar arasında “Suraxanının tası 20 mindir”, “Sənə hörmət edib 12 min deyiblər, orda ev tikmək 20 mindir” deyə cümlələr qeyd ediblər.

Hətta, şərh bölməsində müxtəlif şəxslər tərəfindən “qoçular idarəçiliyi”nə də toxunulub ki, bu da təsadüfi deyil. Adil Əliyev idarəçiliyindən narazı olan Veysəl Əylisli də, Ceyhun Ağayev də, İlqar Şahmurov da paylaşılan videoçıxışlarında “qoçular”la təhdid edildiklərini deyirlər.

“Qoçu” mövzusu da illərdir Adil Əliyevdən bəhs edən məlumatların demək olar ki, sujet xəttini təşkil edir.

P.S: Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində aparılan qanunsuz tikintilərlə bağlı göndərdiyimiz rəsmi sorğular nə Suraxanı rayonu icra hakimiyyəti, nə Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, nə də Şəhərsalma və Arxitektura komitəsi tərəfindən bugünə qədər də cavablandırılmayıb, hər hansı bir qanuni tədbir görülüb-görülmədiyinə dair redaksiyamıza heç bir məlumat verilməyib.

Mövzunu davam etdirəcəyik.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Direktorun otağında görüş keçirmək etik sayılmaz” – Deputatdan həmkarına SƏRT REAKSİYA
Next: Türkanın ölümü ilginc faktları açdı — Xəstəxananın yüksək vəzifəli məmurla nə əlaqəsi?

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.