Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sumqayıt məktəblərindən şikayətlərin ardı kəsilmir – İndidə 16 nömrəli məktəbdən şikayətlər gəlir
  • GÜNDƏM

Sumqayıt məktəblərindən şikayətlərin ardı kəsilmir – İndidə 16 nömrəli məktəbdən şikayətlər gəlir

admin 03.03.2025
1740895037_1
Son günlər Sumqayıt şəhərində yerləşən 16 nömrəli məktəblə bağlı sosial mediada bir sıra şikayətlər yayılıb. Valideynlər və şagirdlər məktəbdə təhsil mühitinin pisləşdiyini, rüşvət və kommersiya fəaliyyətlərinin artdığını iddia edirlər.
İddiaları təqdim edirik:
Sinif otaqlarının icarəyə verilməsi: Bəzi valideynlər bildirir ki, məktəbin sinif otaqları müəyyən şəxslərə icarəyə verilir. Bu səbəbdən şagirdlər hər gün fərqli sinif otaqlarına köçürülməyə məcbur olur. Bu isə onların təhsil keyfiyyətinə mənfi təsir göstərir və qeyri-sabit mühit yaradır.
Pul yığımı və maliyyə problemləri: Şagirdlərin valideynlərindən müxtəlif adlarla pul yığıldığı iddia edilir. Valideynlərdən birinin rəyinə görə, əgər müəllimlərə verilən pullar yığılsa, bu məbləğ bir avtomobil almağa kifayət edər.
Şikayətlərin nəzərə alınmaması: Şagirdlər və valideynlər tərəfindən edilən şikayətlərə baxılmadığı iddia edilir. Rəylərdə vurğulanan əsas məqam odur ki, təhsil müəssisəsində problemlərin həll olunması əvəzinə, məsələnin ört-basdır edilməsinə çalışılır.
Təzyiq və qorxu: Bəzi valideynlər bildirirlər ki, məktəbdəki problemlər haqqında açıq danışanlar müəyyən təzyiqlərlə üzləşirlər. Bu səbəbdən çoxları narazılıqlarını açıq şəkildə ifadə etməyə çəkinir.
Nəticə etibarı ilə Məktəbdə baş verən bu problemlər ictimai narazılığa səbəb olub. Valideynlər aidiyyəti qurumlardan araşdırma aparılmasını və məktəbdəki vəziyyətin yaxşılaşdırılmasını tələb edirlər. Təhsilin keyfiyyətinin qorunması və şagirdlərin hüquqlarının müdafiəsi üçün rəsmi qurumların bu məsələyə ciddi yanaşması vacibdir.
Məqalədə təqdim edilən iddialarla bağlı Abşeron – Xızı Regional Təhsil İdarəsinin sözcüsünün məsələyə münasibətini dinləməyə verəcəyi fikirlərin dərc edilməsinə hazırıq.(aknews.az)

***

Yenixeber.org olaraq xatırladaq ki, bu məktəblə bağlı zaman-zaman mediada təhsil adına yaraşmayan məlumatlar yer alıb. Bir müddət əvvəl də, Sosial şəbəkələrdə yayılan səs yazısı müzakirələrə səbəb olmuşdur. Səs yazısına görə, bu məktəbdə açıq-aşkar şəkildə şagirdlərdən pul tələb olunurdu.

Belə ki, müəllimə Hacıyeva Nəcibə Murtuz qızı “WhatsApp” qruplarından birinə 11-ci sinif şagirdlərindən attestat haqqı və digər xərcləri tələb edən səsyazısı göndərib.

Abşeron-Xızı regional təhsil dairəsindən bildirilmişdir ki, hazırda idarə əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılır.

Qeyd edək ki, Sumqayıt şəhər 16 saylı tam orta məktəbin direktoru Sevil Behbudbəylidir. Bildirildiyinə görə, Sevil xanımın Abşeron-Xızı Regional Təhsil İdairəsinin müdiri İlhamə Abdullayeva ilə qohumluq əlaqəsi də var. Və bu səbəbdən də, xanım direktora “gözün üstə qaşın var” deyən yoxdur.

Yenixeber.org

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Xanım bloggerdən ittiham: “Balım Uşaq Bağçası” pulumu aldı, 2 yaşlı uşağıma baxmadı – VİDEO
Next: Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Tamerlan Qarayev geri çağırıldı 17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. “32gun.az”ın əldə...
DAVAMI Read more about Tamerlan Qarayev geri çağırıldı
Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a 17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
Şamaxı Rayon İcra Hakimiyyəti Aİ-95 markalı yanacağın satın alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. 32gun.az-ın məlumatına görə,...
DAVAMI Read more about Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a
Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

Bütün yazılar

17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.