Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bərdədən tükürpədici səs yazısı: “Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır” -DE-FAKTO
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bərdədən tükürpədici səs yazısı: “Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır” -DE-FAKTO

admin 28.02.2025
1740728358_481123790_2766911570148385_7488986405080582374_n

Bərdə şəhəri məmur özbaşınalığı altında inildəməkdədir. Özünü şəhərin hökmdarı kimi aparan icra başçısı Vidadi İsayev və ətrafındakılar əhalinin gününü “göy əskiyə büküb”.

Son zamanlar isə icra başçısının qohum-əqrəbası, Mənzil İstismar İdarəsində (JEK) və digər təsərrüfatlarda vəzifə tutan yaxınları adamları haqda kütləvi şikayətlər gəlməkdədir. Xüsusən də “JEK”də rəis müavini olan İldırım Quliyev,” Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov barəsində narazılıqlar var ki, bu da Bərdədə ciddi gərginliyə səbəb olur. Son olaraq Bərdə sakini Sevinc Hüseynovanın Anaxeber.info-a etdiyi müraciətdə və özünün səs yazısında tükürpədici faktlar açıqlanıb, bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Sevinc Hüseynova saytımıza deyib ki, 2021-ci ildən Dost İş mərkəzində çalışıb və bu idarə “JEK”ə tabedir. Onun sözlərinə görə, 2024-cü ildən işə getdiyi halda maaşı kəsilməyə başlayıb. Bununla əlaqədar şikayət etdikdə “JEK” müdirinin müavini İldırım Quliyevin təhdidləri, təhqirləri ilə üzləşib. Şikayətçi bildirib ki, hamının gözü qarşısında ona nalayiq sözlər deyilib, İldırım Quliyev isə baş verən davanın videosunu çəkib, sonra qadını tutdurub. Sevinc Hüseynova 9 sutka inzibati həbs cəzası alıb. Onun sözlərinə görə, Bərdədə belə haqsızlıqlar baş verir və bütün bunlara icra başçısı Vidadi İsayevin adamları tərəfindən yol verilir. O, çıxışında əlavə edib ki, səsini çıxaranı əzirlər, sındırırlar, müxtəlif təhdid və təhqirlərə məruz qoyurlar. S. Hüseynova işçilərin gah icra başçısının bağında, gah həyətində qul kimi işlədildiyini açıqlayıb. O, işdən çıxarıldığını bildirib. Deyib ki, kim onların xoşuna gəlməyən söz deyəndə təzyiqə məruz qalır, amma məmurların, başçının həyətində işləməyə razı olanlara, yaltaqlıq edənlərə toxunmurlar. S. Hüseynova qeyd edib ki, 4 aydır maaş almadıqları üçün bir dəfə şikayətə gediblər. Bundan sonra Vidadi İsayev onların üstünə PPX maşınları göndərib və onları idarəyə aparıblar: “O vaxt rəis İlqar Məmmədov idi. Dedi, nə məsələdir? Qayıtdım ki, 4 aydır acıq, ölürük, soruşan yoxdur. Maaşımız verilmir. Rəis özü məəttəl qalmışdı, dedi, çıxın gedin. Yəni Vidadi İsayev və adamları bu işlərə əl atırlar. 2019-cu ildə də bizi polisə apartmışdı. Biz artıq burda yaşaya, dözə bilmirik. Bizə bir sığınacaq verilsin, çıxaq gedək”. Anaxeber.info həmin səs yazısını sizə təqdim edir:(anaxeber.info)

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR
Next: Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir – FOTOFAKT

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
1780661934_screenshot-2026-06-05-161752
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr… – Ali Məhkəməyə üz tutdu

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.