Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Göyçayda səhiyyə sistemi `GÜL VURUR`… – BU NƏDİ BELƏ?..
  • CƏMİYYƏT

Göyçayda səhiyyə sistemi `GÜL VURUR`… – BU NƏDİ BELƏ?..

admin 28.02.2025
1740719491_1
Göyçay rayonu Şəhadət kənd sakini Ələkbərov Vüsal Əlimuxtar oğlunun Baş Prokurorluğa və aidiyyəti orqanlara ünvanladığını yazılı ərizənin bir surətini də “Facebook” üzərindən “DİA-AZ” olaraq təqdim edirik. Müraciətdə deyilir:

“Mən Ələkbərov Vüsal Əlimuxtar oğlu Göyçay rayonu Şəhadət kəndində yaşayıram. Kənd təsərrüfatı ilə məşğul olaraq ailəmin maddi ehtiyaclarını qarşılayırdım. 24 fevral 2025-ci il tarixdə günün birinci yarısı həyətyanı torpaq sahəmizdə quraşdırdığım istixana (parnik) üçün elektrik mişarı (motopila) ilə odun doğrayırdım. Anidən idarəetməni itirdim, elektrik mişarı (motopila) sol ayağımın pəncəsini ağır yaraladı. Dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin Təcili Yardım Bölməsinə (Acil bölmə) üz tutdum. İlkin tibbi yardım göstərildikdən sonra həkim-uşaq cərrahı Vüqar Davudov məni əməliyyat etdi. Elə həmin gün evə gəldim, lakin şiddətli ağrılardan qıvrıla-qıvrıla qalmışdım. Növbəti gün yenidən xəstəxanaya getdim. Sarğı otağında idim, həkim-travmatoloq-ortoped Vüqar Bəkirov gəldi. Ona dəhşətli ağrılar hiss etdiyimi bildirdim. Sonra həkim-uşaq cərrahı Vüqar Davudov özü gəldi. O, hər şeyin qaydasında olduğunu dedi, ancaq mən həyatımda ilk dəfə idi belə şiddətli ağrılar yaşayırdım. Ağrıya-ağrıya evə qayıtdım. Fevral ayının 26-sı həkim-cərrah-ortoped Ziyad Kərimov sol ayağımın pəncəsindəki sarğını açaraq məni yenidən əməliyyat etdi. Beləliklə şiddətli ağrılarım azaldı. Cəmi bir gecə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsində yatdım, sonra məni evə buraxdılar. Hazırda vəziyyətim əvvəlkinə nisbətən daha yaxşıdır.

Sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdan və aidiyyəti qurumlardan xahiş edirəm, həkim-uşaq cərrahı Vüqar Davudov barəsində qanunamüvafiq tədbirlər götürülsün. Az qala onun səhvi ücbatından ömürlük şikəst qalacaqdım. Həmçinin, son zamanlar Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqşin İsayev haqqında yazılan əsassız tərifləri sərt tənqid edirəm. Sonda isə tövsiyəm budur ki, Aqşin İsayev, üzərimdə tibbi təcrübə aparan həkim-uşaq cərrahı Vüqar Davudov kimi şəxslərin xidməti fəaliyyətinə ciddi nəzarət etsin.”

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb – ARAŞDIRMA
Next:  Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu – DETALLAR

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.