Skip to content
24.04.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ramazan ayının başlaması ilə bağlı fətva verildi
  • CƏMİYYƏT

Ramazan ayının başlaması ilə bağlı fətva verildi

admin 27.02.2025
IUpGsptw4UlfeHtjBCo1HinmJOmbwWa9U15t8dyD_1200

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.

Soztv.Az xəbər verir ki, fətvada deyilir:

“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, uca Allah-taaladan müqəddəs orucluq ayında ibadətlərimizin qəbula yetməsini diləyir.

Qazılar Şurası builki Ramazan fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək.

Ərəfəsində olduğumuz on bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Şükürlər olsun ki, Qarabağ fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq.

Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, bərpa edilmiş məscidlərimizdə azanların verilməsi, bayram namazlarının qılınması naminə fövqəladə uğurlara imza atmış dövlət başçısı Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük ilahi nemət olan cansağlığı diləyirik. Bu möhtəşəm Zəfərin təcəllası naminə canından keçən bütün şəhidlərimizə uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfaət və səadət arzulayırıq.

Əziz müsəlman qardaş və bacılar! Builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək. Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki islamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin rəbbül-aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindəndir.

Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarilə Novruz adətləri ilə eynidir.

Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin, QMİ-nin hazırladığı moizə və xütbə kitablarına əsaslanaraq dindarlarımıza Ramazanda mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və dövlətçiliyə sədaqət məfkurəsi təbliğ olunsun. Xüsusi olaraq bir daha dindarlarımıza və din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə süfrə açılması Allahın hökmü, peyğəmbərin əmri ilə şəri baxımdan qəbul edilməyən böyük günahdır.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim idarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq, Eydül-Fitr – Ramazan bayramının hilalın görünüşünə görə 30 mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcək”.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb
Next: Həkimdən Teymur Musayevə sərt etiraz: “Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?”

OXŞAR MÖVZULAR

1777001352_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

admin 24.04.2026 0
1777001507_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: “Baku Electronics” niyə qapanıb?

admin 24.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0

SON YAZILAR

1777001352_1
CƏMİYYƏT ÖLKƏ

“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

admin
24.04.2026 0
1777001507_1
BAXIŞ BUCAĞI CƏMİYYƏT

Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: “Baku Electronics” niyə qapanıb?

admin
24.04.2026 0
media-72-ahvkmq
GÜNDƏM

AAYDA-nın 54 saylı idarəsinin rəisi Məzahir Səlimov 300 min manatlıq maşında gəzir?

admin
24.04.2026 0
1777003683_1
BAXIŞ BUCAĞI GÜNDƏM

“İnex” şirkəti ilə lazeroloqlar arasında qalmaqal – Şirkət Taleh Heydərovun adını hallandırır

admin
24.04.2026 0

Bütün yazılar

1777001352_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

admin 24.04.2026 0
1777001507_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: “Baku Electronics” niyə qapanıb?

admin 24.04.2026 0
media-72-ahvkmq
  • GÜNDƏM

AAYDA-nın 54 saylı idarəsinin rəisi Məzahir Səlimov 300 min manatlıq maşında gəzir?

admin 24.04.2026 0
1777003683_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“İnex” şirkəti ilə lazeroloqlar arasında qalmaqal – Şirkət Taleh Heydərovun adını hallandırır

admin 24.04.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.