Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Karaca”da endirim kompaniyası, yoxsa… -ŞİKAYƏT
  • CƏMİYYƏT

“Karaca”da endirim kompaniyası, yoxsa… -ŞİKAYƏT

admin 27.02.2025
1740635018_1740590639_34a6c468-9749-455a-b2be-c496b595035f

Mağazaların “endirim”strategiyası hər kəsə məlumdur. Çox nadir hallarda tək-tük mağazalarda ədalətli endirim kampaniyaları olur. Bəs bu “endirim” kampaniyaları nə dərəcədə ədalətlidir? İstehlakçılar bu hallarla rastlaşdıqda nə etməlidir?
Görünən odur ki, endirim kampaniyaları istehlakçını qapıdan içəri salmaq üçün tələdir.Bu cür“kampaniyalar” zamanı istehlakçı hüquqları daha çox pozulur.

“Karaca” mağazası istehlakçı hüquqlarını pozur

Bu günlərdə redaksiyamıza müraciət edən vətəndaş (Əliyeva.K) istehlakçı hüququnun kobud şəkildə pozulmasından şikayətlənmişdir. Vətəndaş bildirir ki, o, 2025-ci il yanvarın 13-də “Karaca” mağazalar şəbəkəsinin paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsi 20 A ünvanında fəaliyyət göstərən “Xalqlar Dostluğu” filialından  əsasən qab-qacaq dəstlərindən ibarət cehizlik əşyalar almış, malların qiymətini təşkil edən 792,42 manat pulu təmassız qaydada kartla ödəmişdir. Qeyd edir ki, onu həmin mağazaya aparıb çıxaran səbəb orada 70 faiz endirim kampaniyasının güclü reklam edilməsi olmuşdur.
Lakin pulu qabaqcadan alınsa da, ilk bir həftə ərzində mal vəd edildiyi kimi, ona çatdırılmamışdır. Bu müddət ərzində müştəri həmin malların qiymətinin başqa mağazalarda hətta endirimsiz daha ucuz olduğunu müşahidə etmiş, aldadıldığını başa düşmüşdür: “Təsəvvür edin ki, 70 faiz endirimdən sonra 150 manata bizə verdikləri qab başqa mağazada 45 manatadır”. Bundan sonra o, filial rəhbərliyinə müraciəıt edərək, haqlı iradını bildirmiş, onsuz da ona çatdırılmayan malı almaqdan imtina etmiş, pulunun geri ödənilməsini tələb etmişdir. Di gəl, mağaza müdiriyyəti ona halal pulunu qaytarmağı hər vəchlə ləngidir. Deyiblər ki, geri ödəniş bir ay ərzində yalnız bank vasitəsilə həyata keçirilə bilər. İndi isə fevral ayı bitir, daha vətəndaşın telefon zənglərini belə qaldırmırlar.
Məlumat üçün bildirək ki, hazırda Gəncəli İsmayılovun təsisçisi olduğu “Evfemiya” MMC məşhur brend qab-qacaqlarının satışını həyata keçirən “Karaca” mağazalar şəbəkəsini idarə edir. “Evfemiya” adının özü də Çexiyanın məşhur qab-qacaq şirkətinin adından götürülüb. Bu məhsullar da “Karaca”da satılır.
İnternet üzərindən araşdırma aparıb gördük ki, ötən il sentyabr ayında Nəsimi rayonu Mir Cəlal 10  ünvanında yaşayan bir başqa vətəndaş da Bakı şəhər Nəsimi rayon filialı, Azadliq 99 ünvanında  yerləşən “Karaca” magazasında eyni problemlə üzləşməsini mediada ictimailəşdirib. Ona da əvvəlcə 30 günlük, daha sonra isə 60 günlük vəd veriblərmiş. Axırda polisə müraciət edib. Mübahisələrinin sonrakı gedişatı bəlli deyil.
Həmin vaxt jurnalist həmkarlarımız məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun münasibətini öyrənmiş, ekspert isə məlum hadisəni istehlakçı aldadılması və hüququnun pozulması kimi dəyərləndirmişdi: “Bu gün ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. İstehlakçı hüquqlarına dair qanun 1995-ci ildə qəbul olunub. Ondan sonra olan bütün dəyişikliklər istehlakçının zərərlərinə səbəb  olub. Qaldı ki, “Karaca” mağazalar şəbəkəsinə, bu şirkətdən çoxsaylı şikayətlər gəlir. Bu şirkət də digər biznes qurumları kimi “pulunu ver, itil cəhənnəmə” prinsipi ilə işləyir. Pulunu alandan sonra istehlakçı onların qapısını açıb, geri dönə bilmir. Karta ödəniş olarsa və geri qaytarma baş verərsə, istehlakçının pulu 15 gün müddətində geri qaytarılmalıdır. Tövsiyəm budur ki, şikayətçi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsin”.(mediatv.az)

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Jurnalistə yeni vəzifə VERİLDİ
Next: Neftimiz bahalaşdı

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.