Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Fransa müstəmləkələrindən olan media nümayəndələri Mətbuat Şurasında olublar
  • SİYASƏT

Fransa müstəmləkələrindən olan media nümayəndələri Mətbuat Şurasında olublar

admin 25.02.2025
DS8ReOyzYu1L0kzE170082OLxP8SiswFfH546tcw_1200

Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Azərbaycan Mətbuat Şurasında görüş keçirilib.

Soztv.Az “Report”a istinadən xəbər verir ki, əcnəbi media nümayəndələrinin Bakıya səfəri və görüşləri Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA) və BTQ-nin idarə heyətlərinin üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Mətbuat Şurası Azərbaycan mətbuatı ilə hökuməti arasında körpü rolunu oynayır:

“Qurumun başlıca missiyası media ilə bağlı şikayətləri araşdırmaqdır. Bu zaman “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nı əsas götürürük. Yəni qaydalar pozulubsa, bununla bağlı media orqanlarına tövsiyələr ünvanlayırıq. Azərbaycanda media fəaliyyətinə hər zaman böyük önəm verilib”.

Onun sözlərinə görə, Mətbuat Şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyası və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvüdür:

“Eyni zamanda Mətbuat Şurası dünyanın bir çox jurnalist qurumları ilə də aktiv əməkdaşlıq şəraitində çalışaraq onların qabaqcıl təcrübəsini Azərbaycana gətirməyə səy göstərir”.

R.Məcid söyləyib ki, son dövrlər qlobal medianın Azərbaycana qarşı da ədalətsizliyi müşahidə olunur:

“Mətbuat Şurası fəaliyyətini həm də beynəlxalq medianın Azərbaycana qarşı yol verdiyi xoşagəlməz hallara reaksiya verməklə qurur, bəyanatlar yayaraq dünyanın media ictimaiyyətinin diqqətinə əsl həqiqətləri çatdırır. Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri olaraq sizlər də beynəlxalq ədalətsizliklərlə üz-üzəsiniz. Bu mənada da bizləri birləşdirən ortaq nöqtələr var və bunu da birgə əməkdaşlıq fazasında birləşdirməliyik. Çünki məqsədimiz haqq və ədalətə töhfə verməkdir”.

MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, Azərbaycan mətbuatı üçün bu il çox əhəmiyyətlidir:

“Biz Azərbaycan milli mətbuatın yaranmasının 150-ci ildönümünü qeyd edirik. Hazırda Azərbaycanda 10 televiziya kanalı fəaliyyət göstərir. Onların içərisində ingilis və rus dilində yayım aparanları da var. Azərbaycanda fəaliyyət göstərən dörd informasiya agentliyi isə 10-a yaxın dildə informasiyalar çatdırır. MEDİA jurnalistlərin peşəkarlığının artırılmasına, eyni zamanda media orqanlarının iqtisadi müstəqilliyinə dəstək göstərir”.

BTQ-nin İdarə Heyətinin sədri Abbas Abbasov qeyd edib ki, dənizaşırı ada dövlətlərinin media mənsublarının Azərbaycan mətbuatının peşəkarları ilə görüşü təcrübə və fikir mübadiləsi baxımından uğurlu olacaq.

Daha sonra Rəşad Məcid, Natiq Məmmədli və Abbas Abbasov əcnəbi media nümayəndələrinin suallarını cavablandırıblar.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezident Sabir İlyasovu TƏLTİF ETDİ
Next: Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ: Külək güclənəcək

OXŞAR MÖVZULAR

1784102225_screenshot-2026-07-15-114105
  • GÜNDƏM
  • SİYASƏT

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

admin 15.07.2026
ilham_aliyev_erdogan_150723
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb

admin 15.07.2026
1784024584_screenshot-2026-07-14-142048
  • SİYASƏT

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.