Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Taleh Ziyadov: “Ötən il Bakı Limanının konteyner daşımalarında 73%-lik artım olub”
  • İQTİSADİYYAT

Taleh Ziyadov: “Ötən il Bakı Limanının konteyner daşımalarında 73%-lik artım olub”

admin 24.02.2025
1740337585_1

Conference New Routes, New Markets: Global Gateway and Potential Markets along the ‘Middle Corridor’ Panel Discussion „Port and Logistics“ Moderation: Frank Busse, Partner, Hamburg Port Consulting GmbH •Taleh Ziyadov, CEO, Port of Baku •Friedrich Stuhrmann, CCO, HPA Hamburg Port Authority •Ainur Dingalieva, Leading specialist of the transportation logistics department, Port Aktau •Boris Balev, CEO, Port Burgas

Taleh Ziyadov: “Ötən il Bakı Limanının konteyner daşımalarında 73%-lik artım olub”
2024-cü ilin yekunlarına əsasən Bakı Limanının ümumi yük dövriyyəsi 7,6 milyon ton təşkil edib və konteyner daşımalarında 73%-lik kəskin artım müşahidə olunub.

İndex.az xəbər verir ki, bunu Bakı Limanının Baş Direktoru Taleh Ziyadov Hamburq Ticarət Palatasında keçirilən “Yeni marşrutlar, yeni bazarlar: Qlobal qapı və ‘Orta Dəhliz’ boyunca potensial bazarlar” konfransında çıxışında deyib.

T. Ziyadov limanın yük daşımaları, infrastrukturun genişləndirilməsi və dayanıqlılıq təşəbbüsləri sahəsində son nailiyyətlərini təqdim edib.

O bildirib ki, ötən il “Orta Dəhliz” çərçivəsində limandan 310 blok qatar keçib: “2025-ci ilin yanvar ayında isə artıq 40 blok qatar qəbul edilib. Bu göstəricilər, Bakı Limanının intermodal daşımalardakı əsas mərkəz rolunu daha da gücləndirir”.

Yük həcmlərinin davamlı artımı nəzərə alınaraq, Azərbaycan hökuməti tərəfindən Bakı Limanının illik yük dövriyyəsi gücünü yaxın illərdə 15 milyon tondan, 25 milyon tona, o cümlədən 500,000 TEU konteyner tutumuna qədər artırmağı nəzərdə tutan genişləndirmə planını açıqlayıb.

“Orta Dəhliz”-də artan yük axınını qarşılamaq məqsədilə Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanının Ələt terminalında yeni İntermodal yük terminalının inşası üçün birgə müəssisə yaradıb. Bu terminal, yük emalının səmərəliliyini artıracaq və “Orta Dəhliz”-in qlobal ticarətdəki rolunu daha da möhkəmləndirəcək.

Dayanıqlılıq sahəsində Bakı Limanı COP29 çərçivəsində beynəlxalq yaşıl enerji şirkəti ilə birgə unikal bir bərpa olunan enerji layihəsinə start verib. Bu təşəbbüs çərçivəsində 5,4 MVt gücündə günəş fotoelektrik sistemi və ona inteqrasiya olunmuş Akkumulyator Enerji Saxlama Sistemi (BESS) qurulacaq. Bu sistem Azərbaycanda ilk dəfə tətbiq ediləcək və günəş enerjisinin səmərəli istifadəsini təmin edərək, Bakı Limanının 2035-ci ilə qədər sıfır emissiya hədəfinə çatmasına töhfə verəcək.

Konfransda, “Orta Dəhliz”-in Avropa-Asiya ticarətindəki strateji rolu və onun gələcək inkişaf potensialı göstərilməklə yanaşı, Bakı Limanının intermodal daşımaların mərkəzi və müasir infrastruktur imkanlarına malik vacib nəqliyyat qovşağı kimi əhəmiyyəti, bir daha ön plana çıxarılıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ağlar günə qalan səhiyyəmiz…
Next: Azərbaycanın avtobus alışına çəkdiyi xərci 7 dəfə artıb – RƏSMİ

OXŞAR MÖVZULAR

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
media-InShot_20260716_100244406-kcrhit
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti artdı

admin 16.07.2026
1784094654_screenshot-2026-07-15-094843
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.