Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “AAAF Park”da nə baş verir? – Ulu Öndərin postamentini dayanacağa sürüşdürənlər yaşayış mərkəzini necə təhlükəyə atıblar?
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

“AAAF Park”da nə baş verir? – Ulu Öndərin postamentini dayanacağa sürüşdürənlər yaşayış mərkəzini necə təhlükəyə atıblar?

admin 21.02.2025
1740124538_5e601de005_mmmm

Vaxtilə “AAAF Park” yaşayış komleksi inşa edilərkən bu kompleksin bəlli bir planı var idi. Var idi ona görə yazırıq ki, artıq bu plandan əsər- əlamət qalmayıb. Ərazi başdan-başa restoran-kafe-dükan şəbəkəsinə çevrilib. Yaşayış komleksində olan bütün binaların ətrafı restoranlarla əhatələnib. Bir sözlə burada təhlükəsizlik qaydaları kobudcasına pozulub. On minlərlə insanın yaşadığı “AAAF Park” yaşayış komleksində hər hansı bir yanğın hadisəsi olsa, dəhşətli bir mənzərənin şahidi ola bilərik. Çünki işbazlar pul qazanmaq üçün binalar arasında keçidləri tamamilə bağlayaraq burada restoranlar tikiblər. Ciddi təhlükəsizlik problem ilə üz-üzə olan yaşayış kompleksi dövlət qurumları tərəfindən görməzdən gəlinir. 

Belə ki, ölkə mediası “AAAF Park”-da qanunsuz tikinti işlərinin aparıldığını yazır. Amma nədənsə dövlət qurumları bu tikinti ilə bağlı susqunluq nümayiş etdirirlər.

Mətbuatın gündəmdə saxladığı bu mövzu daha çox aktuallığını ona görə itirmir ki, ”AAAF Park” yaşayış kompleksinin girişində, bu ölkənin qurucusu, yoxdan bu ölkəni quran Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa ediblər. Bu tikintini iş adamı Vüqar Sədizadə tərəfindən aparıldığı ilə bağlı mütamadi məlumatlar yayılır. Ən maraqlısı odur ki, mətbuat yazsa da iş adamı Vüqar Sədizadə nəinki geri çəkildi, əksinə nümayişkaranə şəkildə bu tikintini başa çatdırdı. Ulu Öndər Heydər Əliyevin postamenti olan lövhə dağıdıldı və postamenti dayanacağa yerləşdirildi. Ulu Öndərin şəkli və dövlət atributlarımız olan sərginin yenidən bərpa edildiyini yazan “AAAF Park” rəhbərliyi nədənsə həmin xəbərdə onun qoyulduğu yeri göstərmək istəmirlər. Çünki özləri də bu sərginin avtomobil dayanacağının içərisinə sürüşdülməsinin mənəvi məsuliyyətini anlayırlar, fəqət tamah buna əməl etməyə imkan vermir.

Mütamadi olaraq mediamız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan tikintiylə bağlı sorğu ünvanlasa da cavablar eyni oldu.

Adıçəkilən qurumdan mediaya bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisinə baxış keçirilmiş, özbaşına tikinti işlərinin aparıldığı aşkar edilmişdir.

Sorğunun cavabında daha sonra deyilir:” Faktla bağlı akt tərtib edilərək tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət edilmiş və tikinti işləri dayandırılmışdır. Hazırda ərazi aidiyyəti qurumların nəzarəti altındadır, inşaat işləri aparılmır”.

Amma bu cavabı Ulu Öndər Heydər Əliyevin ruhuna sayğısılıq kimi dəyərləndirmək olar. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu açıqlamanı verərkən həmin ərazidə işlər davam edib və bu gün tam olaraq yekunlaşdırlıb.

Bir kasıbın tikdiyi evi qanunsuz deyib sökənlər, nədənsə Vüqar Sədizadənin apardığı işlərə göz yumurlar və ya “orada inşaat işi aparılmır” deyə ictimaiyyəti yanıldırlar. Halbuki hər gün orada yaşayanlar fərqli mənzərənin şahidi olurlar.

Onu da qeyd edək ki, Abşeron rayonu “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektlə bağlı Abşeron rayon icra hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Sorğumuza cavab ala bilmədiyimiz üçün onların mövqelərini dərc etmək imkanımız olmadı. Obyektivliyi nəzarə alıb Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mövqelərini də dərc etməyə hazırıq. (Azerbaycanrealligi.com)

 

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: DİM bu gün abituriyentlər üçün canlı yayım edəcək
Next: İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

OXŞAR MÖVZULAR

1780897553_screenshot-2026-06-08-094333
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…

admin 08.06.2026
img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026

XƏBƏR LENTİ

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib 1780898594_screenshot-2026-06-08-100038
  • İDMAN

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib

admin 08.06.2026
 Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə “ITF Juniors – J60 Baku” beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib. Yarış Bakı...
DAVAMI Read more about Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR… 1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026
Naxçıvan Dövlət Avtomobil Yolları Agentliyində maaşlar hər ay gecikir, işçilər isə kredit faizləri ilə üz-üzə qalırlar. Qurum...
DAVAMI Read more about İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…
Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR… 1780897553_screenshot-2026-06-08-094333
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…

admin 08.06.2026
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Megacity” yaşayış kompleksinin (MTK) sakinləri binanın idarəçiliyində yol verilən...
DAVAMI Read more about Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…
“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?” 1780900004_screenshot-2026-06-08-102441
  • CƏMİYYƏT

“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”

admin 08.06.2026
İxtisar dalğası SOCAR “Azərikimya” İstehsalat Birliyinə çatıb. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq...
DAVAMI Read more about “Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”
“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO 1780901638_48390be794_001
  • CƏMİYYƏT
  • VİDEO

“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO

admin 08.06.2026
Övadları ilə birgə yoxa çıxan azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı videomüraciət ünvanlayıb. “Qafqazinfo” xəbər...
DAVAMI Read more about “5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO

Bütün yazılar

1780898594_screenshot-2026-06-08-100038
  • İDMAN

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib

admin 08.06.2026
1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780897553_screenshot-2026-06-08-094333
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780900004_screenshot-2026-06-08-102441
  • CƏMİYYƏT

“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.