Skip to content
09.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zaur Mikayılovun ‘islahat paketi’ daha bir idarədə gərginlik yaradıb – “Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki…”
  • İQTİSADİYYAT

Zaur Mikayılovun ‘islahat paketi’ daha bir idarədə gərginlik yaradıb – “Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki…”

admin 21.02.2025
1740110610_1
Naxçıvan Sukanalizasiya İdarəsi Bakıya birləşdirildikdən sonra idarənin xeyli əməkdaşı işsiz qalıb. Onlar prosedura uyğun olaraq ləğv edilən qurumdan çıxmaq üçün ərizə yazıb, yeni idarəyə qəbul edilmək üçün müraciət ediblər. Lakin bəzi əməkdaşlar yeni işlə təmin olunsa da, bir çoxlarının ərizəsinə baxılmır.

İşsiz qalanlar əsasən idarədə rəhbər vəzifələrdə çalışmış şəxslərdir. Onların iddiasına görə, yeni rəhbərlik onların yerinə rüşvət müqabilində başqa işçilər götürmək istəyir.

Mia.az-ın məlumatına görə, təhlükəsizlik səbəbilə adının çəkilməsini istəməyən şikayətçilərdən biri “Gündəlik Naxçıvan”a bildirib ki, bu məsələ ilə bağlı yerli Əmək Müfəttişliyinə müraciət etsələr də, nəticə əldə olunmayıb:

“Yeni müdir Samir Baxşəliyev bizi qəbul etmək istəmir. Tələb edir ki, işdən imtina ərizəsi yazaq. Deyir ki, hara istəyirsinizsə, şikayət edin. Əmək Müfəttişliyinə və Həmkarlar İttifaqına müraciət etmişik, amma heç bir nəticəsi yoxdur. Eşitdiyimizə görə, bizim yerimizə rüşvət qarşılığında adam axtarırlar. Biz hamımız ixtisaslı əməkdaşlarıq, illərlə burada işləmişik. İdarəni biz ayaqda saxlamışıq. İşimizə bərpa olunmasaq, nə edəcəyimizi bilmirik. Hamımızın banklara borcu var, haqqımızı tələb edirik”.

İdarənin bəzi əməkdaşları isə vəzifələrinin əsassız olaraq aşağı salındığını bildirirlər: “Heç bir səbəb göstərmədən vəzifəmizi endiriblər. Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki, işdən çıxararıq. Hara müraciət ediriksə, xeyri olmur.”

Əmək Müfəttişliyindən “Gündəlik Naxçıvan”a bildirilib ki, işçilərin onlara ərizə ilə müraciət etdiyi təsdiqlənir. Lakin yeni idarə müfəttişliyin bu məsələ ilə bağlı sorğusuna gec cavab verdiyi üçün müraciətlərin araşdırılması hələlik yekunlaşmayıb.

Qeyd edək ki, Naxçıvan Sukanalizasiya İdarəsi ötən ilin sonlarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bu Agentliyin rəhbəri isə iki qudasını yüksək vzəifəyə təyin edən Zaur Mikayılov rəhbərlik edir.

Z.Mikayılovun təyinatından sonra isə onun və qudalarının kadrları Bakı, Abşeron, Kürdəmir və bir çox ərazilər üzrə idarələrdə tətbiq etdikləri islahat paketi ilə böyük narazılıqlar yaradıblar.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qlobal bazarlarda geosiyasi gərginlik davam edir
Next: “KFC” bağlanır

OXŞAR MÖVZULAR

1780993909_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Bitki yağları KƏSKİN BAHALAŞDI – Son dörd ilin REKORD GÖSTƏRİCİSİ

admin 09.06.2026
1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
1780485865_screenshot-2026-06-03-152256
  • İQTİSADİYYAT

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək

admin 03.06.2026

XƏBƏR LENTİ

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib 1781018991_screenshot_20260609_192426_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

admin 09.06.2026
Niderlandın İrandakı səfirliyi fəaliyyətini bərpa edib. Bu barədə Niderlandın Bakıdakı səfirliyi məlumat yayıb. Bildirilib ki, müvəqqəti olaraq...
DAVAMI Read more about Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib
Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA 1781014250_screenshot_20260609_175956_com_android_chrome_chrometabbedactivity
  • ÖLKƏ

Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA

admin 09.06.2026
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra qurumda genişmiqyaslı yoxlamalar davam etdirilir....
DAVAMI Read more about Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA
Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı 598800357_1552603153165367_6108120687354799824_n
  • ARAŞDIRMA

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

admin 09.06.2026
Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası azaldılıb. Bu barədə “Qafqazinfo”ya onun vəkili Yaqub...
DAVAMI Read more about Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı
Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT whatsapp_image_2026-06-09_at_15.32.01
  • ARAŞDIRMA

Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT

admin 09.06.2026
Bakının Səbail rayonunda hәkim-ginekoloq Günel Nəcəfovanın xidməti otağından oğurluqda ittiham olunan Arif Əliyevin məhkəməsi başa çatıb. 1968-ci...
DAVAMI Read more about Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT
“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib? 1781011008_screenshot_20260609_170600_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?

admin 09.06.2026
Binəqədi rayonu ərazisində qanunsuz tikinti işləri davam etdirilir. Bu barədə XALQ-a daxil olan məlumatlarda bildirilir ki, sözügedən...
DAVAMI Read more about “Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?

Bütün yazılar

1781018991_screenshot_20260609_192426_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

admin 09.06.2026
1781014250_screenshot_20260609_175956_com_android_chrome_chrometabbedactivity
  • ÖLKƏ

Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA

admin 09.06.2026
598800357_1552603153165367_6108120687354799824_n
  • ARAŞDIRMA

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

admin 09.06.2026
whatsapp_image_2026-06-09_at_15.32.01
  • ARAŞDIRMA

Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT

admin 09.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.