Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir – Şirkət rəhbəri də dindirildi
  • CƏMİYYƏT

“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir – Şirkət rəhbəri də dindirildi

admin 20.02.2025
1740047953_1740038027_0001

Nərimanov rayonu, Faiq Yusifov küçəsində çoxmərtəbəli bina tikən “Gold Məkan” MMC ilə vətəndaşlar arasında daha bir problem yaşanıb. Bu dəfə narazı olan sakinlərdən biri küt alətlə xəsarət aldığını iddia edib.

MMC tərəfindən qeyd edilən binada tikinti işləri aparılan zaman köhnə binaların söküntüsü həyata keçirilir. Bu zaman sakinlərlə şirkət arasında bir neçə səbəbə görə problemlər yaşanıb. Ya sakinlər kompensasiya ilə razılaşmayıb, ya da sakinlərə yeni tikiləcək binadan veriləcək mənzillərin yerləşmə və mənzərəsinə görə problemlər yaranıb. Bəzi sakinlər ümumiyyətlə şirkətlə razılaşmayaraq evlərini tərk etməyiblər. Bu zaman da müxtəlif problemlər üzə çıxıb. Sakinlərin su xətti, qaz xətti zədələnib.

Qeyd edilən problemlərlə bağlı sakinlərin onlarla müraciəti, şikayəti yerli mediada dərc edilib.

Bu problemlərdən biri də bu yaxınlarda yaşanıb. Tikinti şirkəti üçün qaz xəttinin yerini dəyişən “Azəriqaz”ın podratçı şirkətinin əməkdaşları ilə sakinlər arasında insident yaşanıb. İnsident zamanı sakinlərdən biri xəsarət alıb.

Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusif küçəsi 43 saylı binanın həyətində “Azəriqaz”ın podratçı şirkətinin əməkdaşı Vüqar Mamedov qaz xəttinin yerini dəyişdirən zaman sakinlərdən Adilə adlı qadınla mübahisə edib. Sakin qaz xəttinin yerinin dəyişdirilməsinə etiraz edib. Mübahisə zamanı Vüqar Mamedov əlində olan dəmir alətlə sakinə xəsarət yetirib.

Vüqar Mamedov dindirilən zaman sakinə xəsarət yetirmədiyini deyib. O, “Azəriqaz”ın keçmiş müdiri Ruslan Əliyevin göstərişi ilə qeyd edilən ünvanda işlər gördüklərini deyib:

“Qaz xətti söküntü ərazisinə düşürdü. Biz də yerini dəyişdirəcəkdik. İşləyən zaman Adilə xanım gəlib işləri dayandırmağımızı tələb etdi. Mən MMC-yə deməsini xahiş etdim. Amma məhəl qoymadı. Kobud şəkildə danışmağa, telefonla çəkiliş etməyə başladı. Qaynaq aparatını generatordan ayırdı. Mən gedib yenidən generatoru işə saldım. O, yenə söndürdü. Bu hal bir neçə dəfə təkrarlandı. Məni təhrik edirdi ki, mübahisə yaransın. Sonra məndən sənəd tələb etdi. Yenə generatoru söndürmək istəyəndə ona tərəf getdim. Söndürməməsini tələb etdim, oradan kənarlaşdırdım. Həmin vaxt telefonu yerə düşdü, ekranı sındı. Sonra səs-küy salıb guya onu vurduğumu dedi. Səsə camaat toplaşdı”.

Vüqar Mamedov qadına əlində olan küt alətlə vurmadığını, onun telefonunu yerə çırpmadığını deyib.

Məhkəmədə dindirilən zərərçəkmiş qadın ifadəsində şirkətdən narazılığını dilə gətirib:

“Tikinti şirkəti mənim mənzilimin və qeyri-yaşayış sahəmin yerləşdiyi binaları sökərək yerində çoxmərtəbəli binalar tikmək istəyir. Buna görə ərazini hasarlayıb. Lakin mülkiyyətçiləri ilə danışıqlar aparılmayıb, razılıq əldə edilməyib. Binaların ətrafının hasarlanması nəticəsində həyətə giriş-çıxış məhdudlaşıb. Narazılıqdan sonra giriş hissə qismən açıldı.

Həmin gün qonşumuz Fuad zəng edərək yaşadığımız binaya müdaxilə edildiyini dedi. Binaya qazın verilməsi də dayandırıldı. İş görən şəxslərdən sənəd tələb etdik. Sənəd vermədilər. Biz də “Azəriqaz”la əlaqə saxladıq. Dedilər ki, guya ərazidə qəza olduğu üçün iş görülür”.

Zərərçəkmiş qadın əlavə edib ki, etiraz edən zaman V.Mamaedov onun əlindən çəkiclə vurub, sonra da yerə düşən telefonunu sındırıb. O, şikayətçi olduğunu deyib.

Məhkəmədə zərərçəkmiş qadının qonşuları da dindirilib. Onlar qonşularını müdafiə edən ifadələr veriblər.

“Gold Məkan” MMC şirkətinin rəhbəri Mahir Eyvazov və şirkətin digər işçisi isə dindirilən zaman V.Mamedovu müdafiə edən ifadə veriblər. Deyiblər ki, V.Mamedov qadına xəsarət yetirməyib.

Məhkəməyə şirkətin nümayəndəsinin istəyi ilə dəvət edilən şahidlər isə zərərçəkmiş Adilə adlı qadının əleyhinə ifadə veriblər. Həmin şahidlər də bina sakini olub. Onlar deyiblər ki, V.Mamedov qadını vurmayıb. Əksinə, qadın və digər qonşular Vüqarı vurub.

Ərazidə olan kamera görüntüsünə baxış zamanı tərəflərin mübahisə etdiyi müşahidə edilir. Lakin tərəflərin bir-birinə xəsarət yetirməsi görünmür. Mübahisə zamanı Adilə adlı qadının telefonun əlindən düşdüyü görüntülərdə yer alıb.

Məhkəmə V.Mamedovu bir il islah işlərinə cəlb edib.(Musavat.com)

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir – “Bir neçə nəfər stress keçirib və ölüb”
Next: Azərbaycanda məktəb direktoru qəza törətdi – VİDEO

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.