Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR
  • CƏMİYYƏT

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

admin 20.02.2025
1740038718_iri-seher-su

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi 2025-ci ilin fevral ayının 18 günündə dəyəri milyon manatdan çox olan 4 satınalma müqaviləsi bağlayıb. İlk baxışdan adı satınalma müqaviləsinə oxşayır. Amma bir az diqqətlə araşdırdıqda nə qədər qanun pozuntusuna yol verildiyi dərhal görsənir.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” polad fitinqlərin satın alınması üzrə “BORUAVADANLIG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.284.102,9 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 06.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.900.496,79  manat müəyyən edilib.

Generatorların əsaslı təmir və servis olunmasının satın alınması üzrə “SENTRA” MMC ilə 1.011.815,78 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 10.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 2.085.313,70  manat müəyyən edilib.

Tikinti sahəsi və yol döşəməsi üçün lazım olan mal-materialların satın alınması üzrə “DİRECT LİNE TRADİNG” MMC ilə 1.109.884,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 13.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.941.261,27  manat müəyyən edilib.

Nəqliyyat vasitələri üçün avtoşinlərin satın alınması üzrə “TS MOTORS”  MMC ilə 655.665,35  manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 17.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.230.957,18 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında 40-50 faiz fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş  “BORUAVADANLIG”, “SENTRA” “DİRECT LİNE TRADİNG”  “TS MOTORS” MMC-lərlə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Şirkətlərə gəlincə. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 50 faiz aşağı qiymətlə qalib olmuş “TS MOTORS”  MMC Almaniya və Amerikadan müxtəlif avtomobil idxalatçısı olaraq  ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. Elektron medianın 3-02-2025-ci ildə yaydığı məlumata  görə “TS Motors” şirkəti İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Avtomobil şirkəti ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. , “TS Motors” MMC-nin region üzrə rəhbəri Fərid Seyidov Asif oğludur.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 40 faiz aşağı qiymətlə qalib olmuş “DİRECT LİNE TRADİNG” MMC daha əvvəl “Azərsu”ASC ilə də işbirliyində olub. Şirkətin adı şübhəli satınalmalarda hallanır.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 30 faiz aşağı qiymətlə qalib olmuş “BORUAVADANLIG” MMC daha əvvəl “Azərsu”ASC ilə də işbirliyində olub. “Azərsu”ASC çirkətlə 2021-2023-cü illərdə ümumi dəyəri 4 milyon manatdan çox olan iki müqavilə bağlayıb. Mediada yer alan məlumatlara görə 2022-ci ildə MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib. Protokollara Suraxanı Rayon Məhkəməsində baxılıb.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 50 faiz aşağı qiymətlə qalib olmuş “SENTRA” MMC-nin rəsmi saytındakı məlumatlara görə 2011-ci ildə qurulan Sentra QSC Avtomatika İnformasiya Texnologiyaları və Neft Qaz qurğularının istehsalı sahəsində ölkəmizdə qabaqcıl şirkətlərdən biridir. Elektron mediada yayılan məlumatlara görə MMC vaxtılə Dövlət Neft Şirkətinin vitse-prezidenti və əsas fiqurlarından biri olmuş Mikayıl İsmayılova məxsusdur.

Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin satınalma müqaviləsi bağladığı şirkətlərin hər biri ayrı-ayrılıqda müxtəlif maliyyə pozuntularına yol vermişlər. Üstəlik qazandıqları tenderləri də ehtimal olunan qiymətlərdən dəfələrlə aşağı qiymətə udurlar.

Qeyd edək ki, bu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin keçirdiyi satınalmalarda yol verdiyi ilk hal deyil. Daha əvvəlllər də bu mövzuya toxunmuşduq və bir daha xatırlatmaq istərdik ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən energetika sahəsi üçün lazım olan mal-materialların və avadanlıqların satın alınması üzrə 01.10.2024-cü ildə başlanılmış açıq tenderə yekun vurulub və “DELUXE ELECTRİC AZERBAİJAN”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.493.349,64 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat dövlət satınalmalarının vahid internet portalında 01.11.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş mal-materialların və avadanlıqların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 2.444.151,46  manat müəyyən edilib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən tikinti mal-materiallarının satın alınması üzrə 13.09.2024-cü ildə başlanılmış açıq tenderə yekun vurulub və “GRAVİTY LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 639.999,31 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 15.11.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş mal-materialların və avadanlıqların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.181.789,63 manat müəyyən edilib.

Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin bağladığı satınalma müqavilələrinin əksəriyyətində ciddi qanun pozuntularına yol verilir. Təbii ki, malların və xidmətlərin satın alınması zamanı dövlət vəsaitlərinə qənaət etmək əsas şərtlərdən biridir. Lakin qanunda göstərildiyi kimi bu 20-25 faizdən aşağı olduqda alınan malların keyfiyyətində ciddi şübhələr yaradır. Burada suallar yaranır.  “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” dövlət vəsaitinə qənaət edir, yoxsa keyfiyyətsiz mal alıb, keyfiyyətsiz işlər görür?(aktualinfo.org)

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma… – DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR
Next: Azərbaycan nefti bahalaşıb

OXŞAR MÖVZULAR

1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026
1780647755_1
  • CƏMİYYƏT

Nazirin vəzifə payladığı şəxslər haqda ŞOK faktlar – milyonlar dost-tanışa gedir…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.