Skip to content
06.03.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakıda hoteldə DƏHŞƏT: Keçmiş arvadını çağırıb GÜLLƏLƏDİ
  • ARAŞDIRMA
  • GÜNDƏM

Bakıda hoteldə DƏHŞƏT: Keçmiş arvadını çağırıb GÜLLƏLƏDİ

admin 19.02.2025
bJN223H55hUB3pxHcrqhUaUIr8y1NqlJpzygGFJz_1200

2024-cü il yanvarın 16-da Bakının Səbail rayonunda yerləşən hotellərdən birində güllələnmə hadisəsi olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, hadisə Salyan yolunun 14-cü km-də yerləşən “Sahil” hotelinin 609 nömrəli otağında baş verib.

Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Rəşad Əsədzadə 41-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb.

Anket məlumatlarına əsasən, o, 2019-cu ildə rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 2020-ci ildə həmin məhkəmənin hökmü ilə CM-nin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum olunub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cəmilə Məmmədovanın aldığı xəsarətlər ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin itirilməsi ilə nəticələnib.

Soztv.Az xəbər verir ki, Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Rəşad Əsədzadə əvvəllər rəsmi nikah bağlanmadan ər-arvad münasibətində olduğu Cəmilə Məmmədovanı qısqanıb. Belə ki, qadın ondan ayrılıb və faktiki ayrı yaşayıblar. R. Əsədzadə əsaslı dəlillər olmadan keçmiş arvadının digər şəxslərlə görüşməsini zənn edib və bunu özü üçün qəbuledilməz hal hesab edib. Qadını öldürmək qərarına gələn Əsədzadə yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində, ov tüfənginin lüləsini kustar üsulla kəsib qısaldaraq, silahın ilkin təyinatını dəyişdirib. Daha sonra cinayətkar niyyətini həyata keçirmək üçün Bakıya gəlib. Qız övladına baxması üçün pul verəcəyi adı ilə aldadıb Cəmilə Məmmədovanı görüşə dəvət edib. Yanvarın 16-ı saat 23 radələrində Salyan yolunun, 14-cü km-də yerləşən hotelin 2-ci mərtəbəsində yerləşən 609 nömrəli otağında odlu silahdan yaxın məsafədən qadının döş qəfəsinə atəş açıb. Atəş səsinə gələn hotel işçilərinin hadisəyə müdaxilə etməsindən, habelə vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş tibbi yardım nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş Rəşad Əsədzadə bildirib ki, Cəmilə Məmmədova ilə qeyri-rəsmi 2010-cu ildən 2016-cı ilin axırlarına kimi yaşayıb. 2011-ci ildə qız övladları anadan olub:

“Cəmilə ilə ayrılandan sonra 2018-ci ildən başqa qadınla ər-arvad münasibətində olduq, iki oğlan övladım dünyaya gəldi. 2024-cü ilin yanvar ayında mərhum babamdan qalan sənədsiz tüfəngin təyinatını dəyişdirərək, rayondan Bakıya gəldim. Ayın 15-də günorta taksi ilə Bərdədən Bakıya gələrkən yolboyu spirtli içki qəbul etdim. Yolda istifadəmdə olan telefondan keçmiş arvadıma zəng edərək, görüşmək istədiyimi dedim.

Lakin o, mənimlə görüşmək istəmədiyini söylədi. Saat 19 radələrində Salyan şossesində yerləşən hotelə gəlib, 35 manat pul ödəməklə nömrə götürdüm. Növbəti gün saat 20 radələrində Cəmiləyə zəng edib bu dəfə ona nikahımızdan olan övladıma baxması üçün 1 000 manat pul verəcəyimi vəd edib aldadaraq hotelə çağırdım. Qadın razılaşaraq, 1-2 saata ora gələcəyini dedi. Gözlədiyim müddətdə onu öldürmək məqsədi ilə rayondan gətirdiyim silahı yataq otağında çarpayının altına qoydum”.

Saat 23 radələrində Cəmilə içəri daxil olub, işi olduğunu və pul vəsaitini alıb gedəcəyini deyib:

“Cavab olaraq, ona bildirdim ki, yüngül həyat tərzinə son qoysun, yoxsa onun üçün pis olacaq. Cəmilə məndən boşandığını və istədiyi tərzdə yaşayacağını dedi. Qadına hamam otağına keçməsini və söz verdiyi məbləğin çantamda olmasını söylədim. Cəmilə inanıb hamama keçəndə, əlimdə silahla arxadan onu çağırdım. Qadın mənə tərəf çevirilib qışqırdı. Ürək nahiyəsini nişan alıb atəş açmaq istəyəndə Cəmilə əli ilə silahın lüləsini kənara itələdi. Bu zaman atəş açıldı, güllə qadının sağ qoluna dəydi. Cəmilə yerə yıxıldı. Növbəti atəşi açmaq istəyəndə, hotelin işçiləri otağa girib qadını öldürməyimə mane oldular”.

Zərərçəkmiş Cəmilə Məmmədova ifadəsində göstərib ki, hadisədən təxminən 6 ay əvvəl anası Validə Firudinova Rəşad Əsədzadə ilə mal-qara saxlamaq üçün birlikdə işə başlayıblar:

“Keçmiş yoldaşımla anam arasında olan şifahi razılaşmaya əsasən Rəşad ödəməli olduğu 8 000-9 000 manat məbləğində aliment borcu əvəzinə, təmənnasız anama məxsus olan mal-qaraya rayonda yerləşən fermasında baxmasını öhdəsinə götürmüşdü. 2023-cü ilin dekabr ayında Rəşadla qonşuluqda yaşayan Talıb adlı şəxs mənə zəng edərək anama məxsus heyvanların Rəşad tərəfindən satıldığını xəbər verdi. Bundan sonra aramızda mübahisə yarandı. Yanvarın 16-da hotelə gələndə Rəşadın sərxoş vəziyyətdə olduğunu və masanın üzərində spirtli içki olduğunu gördüm. Söhbət zamanı keçmiş ərim Bərdə rayonunda işlətdiyi qumarxananın polislər tərəfindən ifşa olunduğunu və bu səbəbdən Bakıya gəldiyini dedi. Ona tələsdiyimi və vəd etdiyi pul vəsaitini verməsini xahiş edəndə, aramızda mübahisə yarandı.

Həmin vaxt hotelin işçilərindən biri iki dəfə otağa gələrək, səs-küyə görə bizə iradını bildirdi. Hamam otağında Rəşad tüfənginin lüləsini sinəmə istiqamətləndirib məni öldürəcəyini dedi. Silahdan atəş açılandan sonra yerə yıxıldım. İçəri girən hotelin işçilərindən biri Rəşadın belində olan bıçağı götürərək, kənara tulladı. Köməklik edərək, sağ qolumu iplə bağladılar ki, çox qan itirməyim”.

Hotel işçiləri Təcili Tibbi Yardıma və polisə məlumat veriblər. Təxminən 10 dəqiqədən sonra hotelin işçiləri qadını anasının idarə etdiyi avtomobilə mindirərək Kliniki Tibbi Mərkəzə yola salıblar.

Məhkəmə iclasında Rəşad Əsədzadə ittiham üzrə özünü təqsirli bilməyib. Zərərçəkmiş Cəmilə Məmmədova qeyd edib ki, təqsirləndirilən şəxsin onu qısqanclıq zəmnində öldürmək istəməsi tamamilə yalandır:

“Çünki 10 ilə yaxındır ki, bir yerdə yaşamırıq. Həmçinin bu günədək övladı üçün bir manat da olsun aliment pulu ödəməyib. Rəşad Əsədzadə ilə barışmamışam və onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edirəm”.

Təqsirləndirilən şəxs məhkəmədən heç bir xahişi olmamasını bildirib.

Məhkəmə hesab edib ki, Rəşad Əsədzadənin təqsirli olması özünün qismən etirafedici, zərərçəkmiş və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər iş materialları ilə tam sübuta yetirilib. Odur ki o, Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rəşad Əsədzadə 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Kürdəmirin sabiq icra başçısı AZADLIĞA BURAXILDI
Next: Sabiq deputat Mahir Abbaszadənin fəaliyyəti ARAŞDIRILA BİLƏR

OXŞAR MÖVZULAR

fidan-arakci
  • GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin 04.03.2026 0
tranp
  • GÜNDƏM

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

admin 04.03.2026 0
zaur
  • CƏMİYYƏT
  • GÜNDƏM

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

admin 04.03.2026 0

SON YAZILAR

fidan-arakci
GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin
04.03.2026 0
hava
CƏMİYYƏT

Növbəti 2 gün hava necə olacaq?

admin
04.03.2026 0
vens
DÜNYA

Vensin İranla bağlı susqunluğu suallar yaradır – KİV

admin
04.03.2026 0
serencam
SİYASƏT

Prezident onlara xüsusi təqaüdlər verdi

admin
04.03.2026 0

Bütün yazılar

fidan-arakci
  • GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin 04.03.2026 0
hava
  • CƏMİYYƏT

Növbəti 2 gün hava necə olacaq?

admin 04.03.2026 0
vens
  • DÜNYA

Vensin İranla bağlı susqunluğu suallar yaradır – KİV

admin 04.03.2026 0
serencam
  • SİYASƏT

Prezident onlara xüsusi təqaüdlər verdi

admin 04.03.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.