Skip to content
06.03.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AZƏRBAYCANDAKI “YENİLMƏZ” RUSİYA ŞƏBƏKƏSİ – Onun sıraları Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşırmı?
  • GÜNDƏM
  • ÖLKƏ

AZƏRBAYCANDAKI “YENİLMƏZ” RUSİYA ŞƏBƏKƏSİ – Onun sıraları Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşırmı?

admin 18.02.2025
1-kopiya
Bakıdakı “Rus Evi”-nin bağlanması və Azərbaycan-Rusiya münasibətlərində məlum səbəblərdən yaranan gərginlik fonunda mediamızda Azərbaycandakı Rusiya şəbəkəsinə dair məlumatlar yayımlandı. Həmin məlumatlarda qeyd edilirdi ki, çox yüksək ranqlı məmurlardan ibarət olan şəbəkə üzvləri vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışaraq, yeyib-içmək məclisləri təşkil edib, toplantılar keçiriblər.

Yenixeber.org: Hətta şəbəkənin Moskvadan təyin olunmuş və tez-tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunduğu da qeyd edilib. Şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi, onun üzvləri arasında sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun olduğu iddia edilir.


Bu məlumatın ətrafında yaşanan müzakirələrdə önə çəkilən faktorlardan biri sözügedən şəbəkənin yalnız yuxarıda adı keçən şəxslərlə məhdudlaşmaması, daha geniş tərkibdə olmasıdır. Onun tərkibində Baş nazirin müavini Yaqub Eyyubov başda olmaqla, bir çox iri ranqlı məmurların və deputatların olduğu iddia edilir. Təbii ki, bu iddialar əsassız və məntiqsiz sayıla bilməz. Bəziləri hətta siyahıda yalnız Ramiz Mehdiyev və bir neçə sabiq nazirin adının çəkilməsini hazırda vəzifədə olan və olmayan digər şəbəkə üzvlərinin diqqətdən kənarda saxlanmasına, yayındırılmasına xidmət etdiyini iddia edirlər. Əslində, bu iddia da məntiqsiz görünmür

Hazırda vəzifədə olan, yaxud sabiq yüksək ranqlı məmurların Rusiya şəbəkəsilə əlaqələrini şərtləndirən əsas göstəricilərdən biri bu şəxslərin təkcə Rusiya elitasındakı siyasi və digər əlaqələri, Kremlin onları mükafatlandırması, orden-medal verməsi və s. deyil, həm də onların Rusiyada iri bizneslərinin, iqtisadi maraqlarının olmasıdır.

Bu baxımdan diqqət cəlb edən şəxslərdən biri də Azərbaycan parlamentinin sabiq sədri Oqtay Əsədovdur. Onun da zaman-zaman Rusiya ilə əlaqələrinə dair mediada müxtəlif iddialar yer alıb. Həmçinin, O.Əsədovun sabiq MTN naziri Eldar Mahmudovla sıx əlaəqdə olduğu, hətta onun şəxsi agentlərindən biri olduğu barədə iddialar var.


Qeyd edək ki, məhz Mahmudovun “vurulmasından” sonra Əsədovun da ulduzu sönməyə başladı və qısa müddət sonra onun da siyasi karyerası sona çatdı. Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsini tutub. 2000-ci ildə keçirilən növbədənkənar parlament seçkisin deputat mandatı qazansa da, sədr postuna seçilməyib.

Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçrilən növbədənkənar VII qurultayında İdarə Heyətinə də düşməyib. Həmçinin 1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkilərində hakim partiya tərəfindən namizədliyi irəli sürülməyib.

Lakin Əsədov Azərbaycanın siyasi elitasından uzaqlaşdırılsa da, böyük biznesləri, xüsusilə də Rusiyadakı biznesi, iqtisadi maraqları qalmaqdadır. Məlum olduğu kimi, Rusiyada Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın adına “Arizarum Qrup” adlı şirkət var. 3 il əvvəl mətbuatda gedən məlumatlardan aydın oldu ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Hətta Moskva polisinin “Kapriz” adlı həmin klubda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirildi. Bu klub Z.Əsədovanın adına olan “Arizarum Qrup”-un balansında olub.


Rəsmi mənbələrdə Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin (ООО “АРИЗАРУМ ГРУПП” – 7705176856) təkcə 2023-cü ildə əldə etdiyi gəlir 14 milyon 270 min rubl (260 min manat) göstərilir. Təbii ki, Rusiyadakı Azərbaycandan heç də geri qalmayan iqtisadi mühiti, korrupsiyalaşma səviyyəsini nəzərə alsaq, rəsmi gəlirlər real gəlirlərdən dəfələrlə az göstərilə bilər. Bu baxımdan təbii ki, Əsədovun Rusiyadakı iqtisadi maraqları, mülkiyyəti və gəlirləri rəsmi rəqəmlərdə qeyd olunanlardan qat-qat artıq ola bilər.


Ya da olsun hazırkı Baş nazirin müavini Yaqub Eyyubov. Hələ 2014-cü ildə onun Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasındakı çıxışını xatırladaq: “Yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək… Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək”.


Bunu hansısa rəsmi Kreml təbliğatçısı yox, 25 ildir Azərbaycanın Baş nazirinin müavini vəzifəsini tutan şəxs deyir. Bununla yanaşı, Eyyubovun bir çox dünya ölkələrində, o cümlədən Rusiyada biznesi və iqtisadi maraqlarının olması barədə mediada məlumatlar dərc edilib. Rusiyanın “Proyekt” nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkinin Yaqub Eyyubovla şəxsi əlaqələrinə dair araşdırma da dərc edib. Həmin materialda Narışkinin Eyyubovun Moskvada iri biznesi olan qudası – iş adamı Elman Bayramovla dostluq münasibətindən söz açılır…


Ümumiyyətlə, bir iri Azərbaycan məmurunun, hətta parlament sədri kimi yüksək strateji post tutan şəxsin xarici ölkədə, xüsusilə də Rusiya kimi bir ölkədə böyük biznesə sahib olması normal dövlətin təhlükəsizliyi üçün qəbuledilməzdir, nonsensdir. Məsələn, təsəvvür etmək olarmı ki, Türkiyə parlamentinin sədrinin Fransada, yaxud Yunanıstanda böyük biznesi olsun? Əlbəttə ki, yox!

Ancaq təəssüf ki, Azərbaycan reallıqları, Eldar Mahmudov kimisinin zamanında ölkəmizin milli təhlükəsizliyinə rəhbərlik etməsi fonunda bu cür anormal faktlar adi hal alıb.

Bir sözlə, ölkəmizdəki Rusiya şəbəkəsi, rus yumşaq gücü, təsir agenturası və s. əlbəttə ki, bir Ramiz Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşmır.


Onu da qeyd edək ki, elə indinin özündə də nəinki sabiq, hətta hazırda vəzifədə olan və Rusiyada böyük bizneslərə malik çoxlu sayda məmur və depuatat olmamış deyil. Bu isə həmin şəxsləri avtomatik olaraq Rusiya xüsusi xidmət orqanlarının “yeminə” və Azərbaycandakı Rusiya şəbəkəsinin potensial üzvünə çevirir. Onların Rusiyadakı iqtisadi maraqları və digər əlaqələrinə son qoyulmayınca, bu təhlükə qalacaq…(Azpolitika)

C.Məmmədov

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Yelo Bank” Arif Hacılının qardaşının evini əlindən alır – FOTO
Next: 17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir? – ARAŞDIRMA

OXŞAR MÖVZULAR

fidan-arakci
  • GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin 04.03.2026 0
tranp
  • GÜNDƏM

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

admin 04.03.2026 0
zaur
  • CƏMİYYƏT
  • GÜNDƏM

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

admin 04.03.2026 0

SON YAZILAR

fidan-arakci
GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin
04.03.2026 0
hava
CƏMİYYƏT

Növbəti 2 gün hava necə olacaq?

admin
04.03.2026 0
vens
DÜNYA

Vensin İranla bağlı susqunluğu suallar yaradır – KİV

admin
04.03.2026 0
serencam
SİYASƏT

Prezident onlara xüsusi təqaüdlər verdi

admin
04.03.2026 0

Bütün yazılar

fidan-arakci
  • GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin 04.03.2026 0
hava
  • CƏMİYYƏT

Növbəti 2 gün hava necə olacaq?

admin 04.03.2026 0
vens
  • DÜNYA

Vensin İranla bağlı susqunluğu suallar yaradır – KİV

admin 04.03.2026 0
serencam
  • SİYASƏT

Prezident onlara xüsusi təqaüdlər verdi

admin 04.03.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.