Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sumqayıt 15 nömrəli tam orta məktəb təhsil ocağı, yoxsa BİZNES mərkəzidir…? -İLGİNC
  • CƏMİYYƏT

Sumqayıt 15 nömrəli tam orta məktəb təhsil ocağı, yoxsa BİZNES mərkəzidir…? -İLGİNC

admin 18.02.2025
1739863133_1739389864_whatsapp-gorsel-2025-02-05-saat-22_37_37_61adc914

Son zamanlar Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbdə aparılan maliyyə yoxlamaları nəticəsində təsərrüfat işləri üzrə müavin və təlim-tərbiyə üzrə daha 3 müavin vəzifələrindən azad edilib. Lakin məktəbin direktoru Elmira Sabir qızı Yaqubovanın vəzifəsində qalması cəmiyyətdə suallar doğurur. Məktəbdə dərs bölgüsü və digər səlahiyyətlərin birbaşa direktorun nəzarətində olduğu nəzərə alınarsa, onun yoxlama nəticələrindən kənarda qalması təəccüb doğurur.

Əldə edilən məlumatlara görə, məktəbdə hazırda da qanunsuz fəaliyyətlər davam edir. Belə ki, məktəbin səhər növbəsindən sonrakı növbədə yuxarı mərtəbələrdə demək olar ki, dərs keçirilmir. Qaydalara görə 2,3,4,5,6,7-ci siniflər 2-ci növbəyə salınmalı olduğu halda bəzi vip siniflər maddi maraq qarşılığında 1-ci növbəyə keçirilib. Nəticədə 2-ci növbədə yuxarı mərtəbələrdə boş siniflər yaranıb ki, həmin mərtəbələrdə kənar məktəb şagirdləri ilə yanaşı, məktəbin şagirdlərinin hazırlıq məşğələlərinə cəlb edən müəllimlərə həmin siniflər icarəyə verilir. Hər gün məktəbin 2-ci və 3-cü mərtəbələrində icarəyə verilmiş siniflərdə məktəbdə işləyən və işləməyən müəllimlər tərəfindən məktəbdə oxuyan və oxumayan şagirdlərlə hazırlıq məşğələləri (repetitorluq) həyata keçirilir.
Bundan əlavə, məktəbdə məktəbə aidiyyatı olmayan, hazırlığa gələn yuxarı sinif şagirdinin azyaşlı uşağa elektron qəlyan çəkməyə məcbur etməsi kimi hadisələr də baş verib və bu, böyük səs-küyə səbəb olub.
Bütün bu neqativ halları nəzərə aldıqda, maliyyə yoxlamasının bu qədər pozuntuları aşkar etdiyi halda, Elmira Yaqubovanın vəzifədə saxlanılması sual doğurur.
Ekspert rəyləri: Təhsil sahəsi üzrə ekspertlər bildirirlər ki, belə halların qarşısının alınması üçün ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir. Məktəb rəhbərliyinin fəaliyyətinə dair şikayətlər dərhal və obyektiv şəkildə araşdırılmalı, qanunsuz fəaliyyətlərə yol verən şəxslər məsuliyyətə cəlb edilməlidir.
Hüquqşünaslar isə qeyd edirlər ki, təhsil müəssisələrində qanunsuz fəaliyyətlərə görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulub və belə hallarda aidiyyəti qurumlar tərəfindən tədbirlər görülməlidir.
Hüquqşünasların da qeyd etdiyi kimi aidiyyatı qurumlar tədbirlər görməlidir. Bəs bu aidiyyatı qurum Abşeron-Xızı Regional İdarəsi deyilmi? Məsələ ilə bağlı bir çox sosial və media üzərindən apardığımız araşdırma nəticəsində İlhamə Abdullayevanın Regionala rəhbər təyin edilməsindən sonra bir ibtidai sinif müəlliməsinin bayramda 50 manat aldığı pul vəsaitinə görə, gördüyü tədbir heç kəsin yadından çıxmayıb. Həmin müəllimə işindən dərhal azad edildi. İndi sual olunur İlhamə Abdullayeva Elmira Yaqubovanı vəzifədə saxlamaq üçün bu qədər enerji sərf etməsi nə ilə əlaqəlidir…? əldə etdiyimiz məlumata görə isə Elmira xanım İlhamə xanımın nə rəfiqəsidir nədə qohumu. O zaman Elmira xanımın şəhərin icra başçısına etdiyi xahişə görəmi postunda saxlanılır. Bu belədirsə bunu utanmadan etiraf etmək ən doğrusudur ki, bəzi suallarada aydınlıq gətirilmiş olardı. Axı hamı bu gün Sumqayıt təhsilində Regional idarədən deyil rayon rəhbərliyindən daha çox çəkinməkdədir.
Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşacaq və təhsil müəssisəsində sağlam tədris mühitinin bərpası üçün zəruri tədbirlər görüləcək.
Odur ki, Sumqayıt təhsilində baş verən olaylar və qanunsuz əməllərin silsiləsi ilə hər gün yeni məlumatlarla sizin görüşünüzə gələcəyik. Bizi izləməyi unutmayın.
Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq. Məsələyə münasibət bildirmək üçün aknews.az@mail.ru elektron adresimizə yaza bilərsiniz.(aknews.az)

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: QUDASININ ADI RUS ŞƏBƏKƏSİ İLƏ HALLANAN İCRA BAŞÇISI… – Niyazi Bayramov və kürəkəni susur -FOTOLAR
Next: Heydər Əliyev güşəsini dayanacağa sürüşdürənlər yaşayış mərkəzini təhlükəyə atıblar – “AAAF Park”da nə baş verir?

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.