Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İranın ali rəhbəri Təbrizdə əhali ilə görüşüb
  • DÜNYA

İranın ali rəhbəri Təbrizdə əhali ilə görüşüb

admin 17.02.2025
1739780233_640ca1b4-7005-3cf7-9e53-83bb58e2c918_850

 İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei “29 Bəhmən” üsyanının 47-ci illiyi ilə əlaqədar fevralın 17-də Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdə İmam Xomeyni Hüseyniyyəsində (yəni məsciddə) xalqla görüş keçiriblər.

Məlumatı İSNA agentliyi yayıb.

Xamənei Azərbaycan türklərinin İran həyatında oynadığı roldan, onun əhəmiyyətindən danışıb.

Məlumata görə, görüşdə İran Prezidenti Məsud Pezeşkian da iştirak edib.

Fevralın 16-da Təbrizdə Azərbaycan (Güney) Mədəniyyət Həftəsi keçirilib. Həmin tədbirdə Prezident Məsud Pezeşkian da çıxış edib. O, Azərbaycan türkcəsində Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd söyləyib. Elə həmin andaca ona “İranın dövlət dili fars dilidir” yazılmış bir qeyd göndərilib. Prezdent isə iki cümlə türkcə danışsaq problem olmaz deyə cavab verib.

İranda dəyişiklik edənlərin 46 ildən sonra da milli hüquqlarının tapdanması baxımından da vəziyyət dəyişməyib. Tehran hakimiyyəti bu məsələdə də İran konstitusiyasının 15 və 19-cu maddələrini pozub. Çünki bu maddələrdə yerli dillərin mədəniyyət tədbirlərində sərbəst işlədilməsi və bərabərlik məsələləri vurğulanıb.

Qeyd edək ki, “29 bəhmən” üsyanı 1978-ci ilin yanvarında İranın iri dini mərkəzlərindən birində, Qum şəhərində nümayişin dağıdılması zamanı polisin silah işlətməsi nəticəsində baş verib. Qum hadisələrinin 40-cı günü, 1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırıblar. Həmin gün tarixə “29 bəhmən üsyanı” adı ilə tarixə düşüb. Fevralın 19-da Məhəmmədrza şah İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərib və üsyan amansızcasına yatırılıb. Həmin hadisələr nəticəsində iki minədək dinc etirazçı öldürülüb və yaralanıb.

Ancaq bu inqilab Güney Azərbaycan türklərinə milli hüquqlarının təmini üçün heç nə vermədi.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Neftçi” və “Qarabağ” azarkeşləri arasında dava – Saxlanılanlar var (VİDEO)
Next: “Ceyhun Abbasovun verdiyi sözləri təsdiq edən səs yazıları var”- Avrora MMC-dən şikayət

OXŞAR MÖVZULAR

1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
14
  • DÜNYA

Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketini bloklayıb

admin 16.07.2026
1784181351_screenshot-2026-07-16-095518
  • DÜNYA

Casusluqda ittiham olunurdu – İrandan çıxmasına icazə verildi

admin 16.07.2026

XƏBƏR LENTİ

Tamerlan Qarayev geri çağırıldı 17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. “32gun.az”ın əldə...
DAVAMI Read more about Tamerlan Qarayev geri çağırıldı
Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a 17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
Şamaxı Rayon İcra Hakimiyyəti Aİ-95 markalı yanacağın satın alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. 32gun.az-ın məlumatına görə,...
DAVAMI Read more about Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a
Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

Bütün yazılar

17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.