Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “313 CARS” MMC vətəndaşları cərimələrlə “boğur” VİDEO
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“313 CARS” MMC vətəndaşları cərimələrlə “boğur” VİDEO

admin 17.02.2025
1739765222_1739648346_whatsapp-gorsel-2025-02-15-saat-23_37_03_e21c6236

Bakıda vətəndaşları avtomobil satışı adı altında müflis etdiyi, özlərinəməxsus və qanunsuz iş prinsipi ilə işlədiyi bildirilən “313 CARS” MMC-dən redaksiyamıza şikayət daxil olub.

Şikayətçi Musayev soyadlı şəxs bildirib ki, sözügedən MMC-nin rəhbəri Salam-zadə Elçin Akif oğlu dövlət qurumlarının adından istifadə edərək qanunsuz əməllərini davam etdirir. Bu isə sonda vətəndaşın gecikmiş ödəniş, cərimə adı altında maddi cəhətdən həddən artıq yüklənməsinə səbəb olur.

Şikayətçi sözügedən MMC barədə qanun çərçivəsində tədbir görülməsi üçün daxili işlər naziri Vilayət Eyvazova, iqtisadiyyat naziri Mikayıl Cabbarova, baş prokuror Kamran Əliyevə müraciət edib:

““313 CARS” əlbəəl adlanan kredit sistemindən istifadə edir. Avtomobil almaq istəyən vətəndaş əlində olan məbləği ödəyir, qalan məbləği isə bu MMC ödəyir və maşını öz adlarına, bir çox hallarda MMC-nin rəhbərinin anasının adına keçirir və kreditə salır. Vətəndaşla müqavilə imzalanır və hər ay kredit ödənilir. Aldığımız maşın kreditdə idi, ilkin ödəniş kimi 5 min AZN ödənildi. Avtomobil hər ay 994 manat ödənilməklə 24 aylıq kreditə salındı. Ancaq avtomobili alarkən onların qanunsuz əməllərindən xəbərdar olmamışıq, sən demə, bu MMC 2 günlük gecikmə üçün 750 AZN alır, əlavə olaraq da 100 manat dövlət yol polisi adından alınır. 5 ay ödəniş etdikdən sonra aylıq ödənişdə 5 günlük gecikmə olub. Ödəmək üçün gedəndə əlavə 850 AZN tələb olunub. Səbəbini soruşanda ödəmənin 5 gün gecikdiyini, avtomobilin 2 gün etibarnaməsiz sürülməsinə görə 500 AZN cərimə yazıldığını dedilər. 500 AZN cərimənin hansı qanuna əsasən yazıldığını soruşanda, iltizamnamədə bu barədə yazıldığını dedilər. Bunun qanunsuz olduğunu, 500 AZN cərimənin heç bir qanunda nəzərdə tutulmadığını onların diqqətinə çatdırdıq. “Gedin hara şikayət edirsinizsə edin, biz bütün qurumların “haqqını” ödəyirik” dedilər. Sonradan məlum oldu ki, bu MMC-nin iş prinsipi belə qanunsuzluq üzərində qurulub. Krediti ödəmək və rəsmən qəbz almaq istədiyimizi bildirsək də, bizə belə bir ödəniş vasitəsinin olmadığı bildirildi. Beləliklə, nə etibarnamə, nə də yol vərəqi verilir.

Əslində bu yolla “reketlik” edirlər. Hələ etibarnamənin zamanına 1 ay qalmasına baxmayaraq, mart ayı üçün də ödənişi bəribaşdan tələb edirlər. Ümumilikdə 2850 manat ödəniş istəyirlər. Bu isə tam qanunsuzdur. Ümumilikdə 13 min pul veriblər, amma bunun müqabilində 24850 manat alırlar. Ödəniş cədvəlini tələb etsək də, vermirlər”.

Şikayətçinin redaksiyamıza təqdim etdiyi fotolardan da görünür ki, ödəniş qəbzləri vahid formada tərtib olunmayıb. Belə ki, nağd ödəniş üçün verilən qəbzdə ödənişi verən şəxsin ad, soyad və ata adı yazılsa da, alan şəxsin sadəcə adı qeyd olunur:

“Ödəniş qəbzlərində guya onlardan mal aldığımız göstərilir, halbuki biz mal almamışıq, maşını öz adlarına keçirib və bunun müqabilində bizə pul veriblər. Alıcı tərəfə imzalatdırılan nəqliyyat vasitəsinin icarəsi haqqında iltizamnamədə olduqca qəribə bəndlər yer alıb v “sənəd” başdan-başa cərimə sənədidir. Burada ən müxtəlif səbəblərlə iltizamnamə imzalayan şəxsdən pul qoparılması üçün “maddələr” yazılıb, avtomobili verən tərəf özü üçün müstəsna haquqlar tanıyıb, alıcı tərəfi isə sadəcə cərimələrlə “boğur”.

Sənədlərdən də görünür ki, “313 CARS”-ın sahibləri özünü müstəsna hüquqlu şəxs kimi aparır, polisin cərimə yazmaq səlahiyyətini mənimsəyir və vətəndaşı ancaq borclandırmaq yolu tutublar”.

Şikayətçi bildirib ki, MMC rəhbərliyi heç bir etiraza məhəl qoymur və onların tələb etdiyi şişirdilmiş ödənişləri etmək istəməyən şəxsləri guya bütün əlaqədar dövlət qurumlarının “haqqını” verdiklərini iddia edərək şikayətdən çəkindirməyə çalışırlar:

“Daxili İşlər Nazirliyinin adından da istifadə edirlər, “qara kamera” deyilən nəyinsə adından istifadə edərək guya ona görə 500 AZN ödəniş etdiklərini iddia edib alıcıları əlavə borclandırırlar, halbuki belə cərimə növü yoxdur”.(Bakufakt.az)

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Vətəndaş:“Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, sifarişlə məhkəmə prosesi aparır?” (VİDEO)
Next: “Tovuz-Baltiya” MMC-nin rəhbəri, məşhur iş adamı Naiq Məmmədhəsənov problemlərlə üzüzə – QALMAQAL

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.