Skip to content
24.04.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bu da bir “Rabitə bank” MÖCÜZƏSİDİR… – BU NƏDİ BELƏ?
  • CƏMİYYƏT

Bu da bir “Rabitə bank” MÖCÜZƏSİDİR… – BU NƏDİ BELƏ?

admin 17.02.2025
1739771805_74912323_2536222236457933_864312917930016768_n

Rabitəbank” Acıq Səhmdar Cəmiyyətinin (ASC) müştərilərindən biri iddia edir ki, onun hesabındakı vəsaitlər silinərək, Türkiyədə obyektin hesabına köçürülüb. Müştəri baş verənlərə görə bankı günahlandırır. İddia edir ki, onun hesab kartının nömrəsini özündən və bankdan başqa kimsə bilməyib. Əgər özü Türkiyədə oteldə olmayıb və ödəniş etməyibsə, hesab edir ki, baş verənlər bankın günahı üzündən yaşanıb.

Bizimyol.info xəbər verir ki, “Rabitəbank”ın müştərisi Maksim Sandurskiy başına gələnlərə görə bankı məhkəməyə verib. İddia ərizəsində ona dəymiş həm maddi, həm də mənəvi ziyanın ödənilməsini tələb edib.

Şikayətçi bildirib ki, bir neçə ildir bu bankın müştərisidir. Günlərin birində kartına dörd dəfə müdaxil edilib və hissə-hissə olmaqla, 240 manat pul çıxılıb. Araşdıranda görüb ki, çıxılan pul Türkiyənin Çorum şəhərindəki bir otelin hesabına köçürülüb: “Halbuki, nə mən orada olmuşam, nə də mənim kart hesabımı bankdan başqası bilir. Bank haqqnda qaydalara görə, mənim kartıma müdaxilənin qarşısı alınmalı idi. Amma bunu etməyiblər”.

Şikayətçini narazı salan həm də bu olub ki, baş verənlərdən sonra o, banka zəng edib, məsələnin araşdırılmasını, günahkarların cəzalandırılmasını, kartından çıxan vəsaitin geri qaytarılmasını, bu işləri görən şəxslər haqqında hüquq-mühafizə orqanlarına məlumat çatdırılmasını istəyib: “Lakin bank əməkdaşları cinayət yolu ilə mənim bank kartımdan çıxarılmış pulun kim tərəfindən çıxarılması barədə araşdırma aparılmasını xahiş edəndə məndən xidmət haqqı adı ilə əlavə 30 manat pul tələb elədilər”. Onun sözlərinə görə, bankın səhlənkarlığı nəticəsində ziyan çəkməsinə, dəfələrlə müxtəlif instansiyalara, o cümlədən polis idarəsinə və banka gedib pulunun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, “Rabitəbank” dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib:

“Sonradan dedilər ki, iş üzrə araşdırma aparılması üçün əlavə vəsait ödəməliyəm. Əks halda, mənə vurulmuş zərəri qaytarmayacaqlar. Mən də etiraz elədim. “Rabitəbank” rəhbərliyi və əməkdaşlarının səhlənkarlığı nəticəsində sarsıntı keçirmişəm”. O, məhkəmədə bankdan maddi ziyana görə 240 manat, mənəvi ziyan üçün 1000 manat təzminat istəyib.

“Rabitəbank” ASC müştərinin iddiası ilə razılaşmır. Bankın nümayəndəsi ehtimal edir ki, müştəri əvvəllər hansısa ödəniş əməliyyatları zamanı kart nömrəsini xarici saytda yazıb və beləliklə, üçüncü şəxs tərəfindən ələ keçirilib. Kartın nömrəsi əl ilə POS terminalda yazılıb və vəsait silinib:

“Müştəri bu dələduzluq əməliyyatlarını vaxtında aşkar edəndə dərhal tədbir görməliydi. Ən azı, Mobile Арр / Bank / Azericard vasitəsi ilə bloklanmalı idi. Müştəri Chargeback (etiraz) sorğusu ilə banka müraciət etməli idi. Heç birini eləməyib. Müştəriyə 30 manat komissiya qarşılığında sözügedən əməliyyatların geri qaytarılma cəhdi üçün banka hansı şəkildə müraciət edilməli olduğu bildirilsə də, kartını blok etməyib, etiraz sorğusu ilə banka müraciət etməyib”.

Nümayəndə əlavə edib ki, artıq uzun müddət keçdiyinə görə vəsaitin geri qaytarılması ilə bağlı bank heç bir tədbir görə bilməz.

“Rabitəbank”ın nümayəndəsi müştərinin nə maddi, nə də mənəvi ziyanla bağlı hissədə iddiasının təmin olunmamasını xahiş edib.

Lakin məhkəmə belə nəticəyə gəlib ki, Maksim Sandurskiy ondan xəbərsiz kartından çıxılan pulu tələb etməkdə haqlıdır. Ona görə də maddi ziyanla bağlı hissədə iddianın təmin edilməsi və 240 manatın karta geri qaytarılması barədə qərar çıxarılıb. Lakin 1000 manatlıq mənəvi ziyan tələbi təmin olunmayıb. Buna baxmayaraq, hakim müştərinin məhkəməyə müraciətə görə ödədiyi 30 manat rüsumu da bankın üzərinə qoyub.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 164 saylı tam orta məktəbin qalmaqallı direktor vəzifədən çıxarılır? -İDDİA
Next: “Azplasttech” MMC-nin də külli miqdarda vergi borcu üzə çıxdı – DETALLAR

OXŞAR MÖVZULAR

tia_bbe03947c26fec89f5fb8ff7f62f3581_amrgv9kchs14z63nwplf-1024x683
  • CƏMİYYƏT

Səhiyyədə “islahat” oyunu: Professor hər şeyi AÇDI

admin 24.04.2026 0
1777018742incollage_20260424_121845075_1777018994
  • CƏMİYYƏT
  • ÖLKƏ

Pərviz Şahbazovu Samir Şərifov əvəzlədi

admin 24.04.2026 0
1777011048_media-84-3vytop
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

İlkin Əzizovun rəis olduğu idarəyə 85 minlik yanacaq alınıb

admin 24.04.2026 0

SON YAZILAR

1777019975_1
MƏDƏNİYYƏT

“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” – Əməkdar artistdən qalmaqallı AÇIQLAMA

admin
24.04.2026 0
1777027302_screenshot-2026-04-24-144006
İDMAN

Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur

admin
24.04.2026 0
maria-zakharova
DÜNYA

Rusiya Ermənistana xəbərdarlıq etdi

admin
24.04.2026 0
whatsapp_image_2026-04-24_at_11.13.02
VİDEO

Satmaq məqsədilə 50 kq narkotik əldə edən şəxslər saxlanıldı – VİDEO

admin
24.04.2026 0

Bütün yazılar

1777019975_1
  • MƏDƏNİYYƏT

“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” – Əməkdar artistdən qalmaqallı AÇIQLAMA

admin 24.04.2026 0
1777027302_screenshot-2026-04-24-144006
  • İDMAN

Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur

admin 24.04.2026 0
maria-zakharova
  • DÜNYA

Rusiya Ermənistana xəbərdarlıq etdi

admin 24.04.2026 0
whatsapp_image_2026-04-24_at_11.13.02
  • VİDEO

Satmaq məqsədilə 50 kq narkotik əldə edən şəxslər saxlanıldı – VİDEO

admin 24.04.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.