Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zaur Mikayılov Qorxmaz Hüseynov yolu gedir -ölkənin hər yerindən kütləvi narazılıqlar eşidilir…
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Zaur Mikayılov Qorxmaz Hüseynov yolu gedir -ölkənin hər yerindən kütləvi narazılıqlar eşidilir…

admin 17.02.2025
1739776373_456858870_2602026159970261_4449614101281815752_n

Dövlət Su Ehtiyatları Agentliyi ona görə təsis edildi ki, onun fəaliyyət dairəsi genişləndirilsin, respublikanı tam əhatə eləsin, tərkibinə də ayrı-ayrı strukturlar tabe etdirildi ki, bir mərkəzdən idarə olunsun, yüksək səviyyəli performans ortaya qoyulsun. Yəni məram xoş idi və qarşıya qoyulan tapşırıqlar da böyük idi. Söhbət ölkənin su təsərrüfatı sahəsində illərlə yığılıb qalan müxtəlif növ problemlərdən gedirdi.

Çünki Qorxmaz Hüseynov dönəmində bu strukturda korrupsiya fontan vururdu. Zaur Mikayılovun sədr gətirilməsi ilə prezident ona etimad göstərdi ki, qoyulan öhdəliyi yerinə yetirsin. Amma su problemi ilə bağlı şikayətlər saysız-hesabsızdır. Elə bu günlərdə adi bir problemin belə həll olunmadığı üzə çıxdı. Hətta Xəzər TV sakinlərin narazılığını ictimailəşdirmişdi. Belə ki, Xaçmaz rayonunun Xudat şəhər camaatı anbardan əhaliyə verilən su borularının vaxtında təmizlənmədiyini bildirmişdi. Digər tərəfdən, su fasilələrlə verildiyindən hər dəfə problemlər yaranır. Axı indi hansı zəmanədir ki, su fasilə ilə verilsin, yaxud təmizlənməsin?! Dünya İlon Maskın süni intellekt sahəsində inqilablarından bəhrələnir, amma ADSEA və onun sədrinin səriştəsizliyi Xudat əhlini adi bir sosial problemlə üz-üzə qoyub. Halbuki indi belə problemlər arxaik olmalıdır. Sakinlər iddia edirlər ki, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, şəhərin bir çox küçəsində yaşayan insanlar təmiz sudan istifadə edə bilmirlər. Xüsusən də Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə içməli su təminatı ya yoxdur, ya da fasilələrlə verilir.
Həmçinin qeyd edirlər ki, suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həll edilməyib. Bu fakt isə Zaur Mikayılovun rəhbərliyi altında ölkənin su probleminin hansı səviyyədə olduğunu gözlər önünə sərir. Eyni zamanda, etinasızlıq qeyd edilməlidir. Qurumun və onun şöbələrinin başı nələrə qarışıbsa, vətəndaşların içməli su problemini həll etmək yada düşmür. Əslində, onlarla belə faktlar var. Misal üçün Bakının Yeni Günəşli ərazisində “Sahil – S İnşaat” şirkətinin binasına hələ də sayğaclar quraşdırılmayıb. Sonuncu dəfə “Azərsu” əməkdaşları əraziyə gələrək su probleminin həll ediləcəyinə söz vermişdilər. Deyilmişdi ki, mənzillərə sayğaclar qoyulacaq. Amma o gedən gediblər, hələ bir xəbər yoxdur. 165 mənzil isə Zaur Mikayılova etdiyi müraciətin nəticəsini gözləməkdədir.
Bundan başqa, Masazır kəndini göstərmək olar. Bu günlərdə İctimai Televiziya sakinlərin şikayətini işıqlandırmışdı. Masazırda ay yarımdır ki, su gəlmədiyi deyilirdi. Gələn isə havadır. Abşeron su-kanal idarəsinə müraciət isə nəticəsiz qalıb. Yəni istər Bakı, istər regionlarda əhalinin su problemi ilə bağlı yüzlərlə belə şikayətlərə rast gəlmək mümkündür. Problem isə bu qədər müraciətlərin əvəzində qarşı tərəfin susmasıdır. Prezident isə Zaur Mikayılovu təyin edib ki, sələfi Qorxmaz Hüseynovdan fərqlənsin. Fərqlənə bilirmi? – Bunu söyləmək çətindir…(anaxeber.info)

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Orbita” MTK rəhbəri Famil Bağırov sakinlər yaşaya-yaşaya binanı sökür? – Video
Next: 164 saylı tam orta məktəbin qalmaqallı direktor vəzifədən çıxarılır? -İDDİA

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.