Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • «Evimə 7 nəfər hücum edib, amma bir nəfər həbs edilib» — Vətəndaş nazirə şikayət etdi
  • CƏMİYYƏT

«Evimə 7 nəfər hücum edib, amma bir nəfər həbs edilib» — Vətəndaş nazirə şikayət etdi

admin 17.02.2025
sahin-ve-nazir
TEREF yazır ki, Abşeron rayon Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Abasov Şahin Vidadi oğlu saytımıza ünvanladığı şikayət məktubunda
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cənablarına şikayət edib.

Şikayətdə deyilir:

Hörmətli cənab nazir!

Mən Abasov Şahin Vidadi oğlu 1985-ci ildə Cəlilabad rayon Gülməmmədli kəndində anadan olmuşam. Hazırda Bakı şəhərində yaşayıram, ailəliyəm iki övladım var. Özüm “Atico MMC”də sürücü işləyirəm. Hər gün işə gedib-gələndə benzin pulu üçün idarə etdiyim “Mercedes” markalı avtomobillə yoldan adam başı 1 manat olmaqla 4 nəfər sərnişin götürürəm. Bu il yanvarın 8-i işdən çıxıb “20 Yanvar”dan qadın və kişi olmaqla maşınıma 2 nəfər adam mindirdim. “Şamaxinka”dan isə daha 2 nəfər cavan oğlan götürdüm və onlardan biri sərxoş idi. Sərxoş şəxs arxada orta oturacaqda, sağında qadın, solunda isə daha bir sərnişin əyləşmişdi.
Həmin şəxs dedi ki, “içkili olduğum üçün maşınımı Yol polisi cərimə meydançasına apardı, amma pulun verib çıxardacam, maşındı da tutublar” belə öz-özünə danışmağa davam etdi. Mən də sakit maşınımı sürürdüm, yol tıxac idi, yavaş-yavaş gedirdik. Sonra həmin şəxsə zəng olundu. O, telefonda qeyri-etik ifadələr işlətməyə başladı və yanındakı qadın sərnişin bu sözlərinə görə ona iradını bildirdi. O, qadınla mübahisə edərək dedi ki, “kəs səsini, xoşun gəlmir düş rədd ol başqa maşına min get”. Mən ona dedim ki, ayıbdır, bu nə hərəkətdi edirsən, hörmət elə qadına. O, isə bu dəfə mənim üstümə qışqırdı və təhqir etdi. Ondan sonra maşını saxladım düşdüm. Sağ tərəf arxa qapını açdım xanım düşdü və sonra sərxoş şəxsə dedim ki, mənim maşınımı tərk elə! O, isə məni təhqir elədi, söydü və yumruq atdı o da alt dodağıma dəydi bu azmış kimi, köynəyimin də boynunu cırdı. Sonra mən bunu maşından çəkib düşürdüm. Onu da xatırladım ki, hadisə Yeni avtovağzalın yaxınlığında baş verib”.

Hörmətli cənab nazir!

Mən yoluma davam edəndə sərxoş şəxs dedi ki, “hara qaçırsan, onsuz da gəlib tapacam səni”. Elə evimə təzə çatmışdım ki, gördüm evin qapısını sındırırlar. Evdə isə 7 və 8 yaşında iki azyaşlı uşağım və həyat yoldaşım bu səsdən qorxmağa başladılar. Uşaqlar qorxudan əsirdilər. Onların evimə girərək ailəmə hücum edəcəklərindən ehtiyat edib özümü evdən həyətə atdım. Bunu görən həyat yoldaşım qorxduğu üçün Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə zəng vurdu. Küçəyə çıxanda gördüm ki, iki maşın dayanıb və 7 nəfər adam qapımın ağzında məni gözləyir.

Həmin şəxslər mənim qollarımı tutdular və mübahisə etdiyim şəxs mənim burnuma, ağzıma zərbələr endirməyə başladı. Onda məni aldığım zərbələr yox, iki azyaşlı övladlarımın “Buraxın atamızı, öldürməyin onu”, – deyə qışqırtısı ağrıtdı. Ona qədər mən övladlarımın gözündə dünyanın ən güclü atası idim. Amma həmin gün 7 nəfərin qarşısında çox aciz qaldım, çünki qollarımı tutmuşdular və mübahisə etdiyim şəxs isə dayanmadan mənə zərbələr endirirdi. Həmin şəxslər maşınlarına minib gedəndə dedilər ki, “biz söhbətimizi belə həll edirik”. Zərbələrin təsirindən huşumu itirdim və qonşular kömək edərək məni yerdən qaldırıb evə apardılar. Həmin şəxslərin evimə gəlməsiylə bağlı kamera görüntüləri də var və istintaqa təqdim etmişəm.

Hörmətli cənab nazir!

Ondan sonra polis əməkdaşları məni Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinə apardılar və orda izahat yazdım. Burnumun isə qanı dayanmırdı deyə Abşeron rayon Mərkəzi Xəstəxanasına gəldim və burnumu rentgen etdilər. Məlum oldu ki, burnumu sındırıblar. Həmin vaxt isə xəstəxanada lor həkimi olmadığı üçün məni M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinə göndərdilər. Orda həkimlər burnuma sarğı qoydu”. Həkim dedi ki, təcili əməliyyat olunmalısan. Yanvarın 11-də burnumdan çox ağır əməliyyat keçirdim.

Hörmətli cənab nazir!

Hadisəni Abşeron Baş Polis İdarəsi araşdırır. Hadisəni törədən şəxslərin kimliyi də artıq müəyyən edilib. Məlum oldu ki, mənimlə mübahisə edib, burnumu və dişimi sındıran şəxs Sənan Eyvazovdur. Mən S.Eyvazovla polis idarəsində üz-üzə gəldim. Müstəntiqin otağında o mənə dedi ki, “şikayət etdiyinə görə sən o ünvanda yaşayamayacaqsan. Həbsdən çıxandan sonra səni belə qoymayacam”.

Hörmətli cənab nazir!

Mən istintaqın gedişindən narazıyam. Evimə 7 nəfər hücum edib, qollarımı tutublar, S.Eyvazov məni döyüb. Bu gün isə təkcə S.Eyvazov saxlanılıb, qalan şəxslərdən 5-nin izahatı alınıb sərbəst buraxılıb, qollarımı tutan bir nəfər isə ümumiyyətlə istintaqdan gizlədilir. Hansı ki, həmin şəxslərin də günahı S.Eyvazov qədərdir. Amma bu gün onlar azadlıqda gəzir. Siz təsəvvür edin ki, iki azyaşlı övladımı və həyat yoldaşımı psixoloqa aparıram ki, mənim döyülmə səhnəmi yadlarından çıxara bilsinlər. Azyaşlı övladlarım çox pis travma alıb. Özüm bir ay işə gedə bilməmişəm. Zərbəyə görə burnumda sağ çəpərdə defarmasiya var, nəfəs almağımda çətinlik yaradır.
S.Eyvazovun adamları isə bir neçə dəfə evimə gəlib mənə deyiblər ki, “şikayətçi olub özünə düşmən qazanma”.

Hörmətli cənab nazir!

Sizdən xahişim odur ki, bu hadisəni şəxsi nəzrətinizə götürəsiniz və həmin şəxslərin də məsuliyyətə cəlb edilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
Abasov Şahin Vidadi oğlu



Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Zaxarova: “Üçtərəfli işçi qrupunun fəaliyyəti Ermənistana görə dondurulub”
Next: “Orbita” MTK rəhbəri Famil Bağırov sakinlər yaşaya-yaşaya binanı sökür? – Video

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.