Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi…” – Ərəstun Oruclu ŞƏRH EDİR
  • GÜNDƏM

“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi…” – Ərəstun Oruclu ŞƏRH EDİR

admin 12.02.2025
1739344953_1
Bakıdakı “Rus evi” məsələsindən sonra “KQB” arxivlərinin açılması problemi yenə gündəmə atılıb. Bəs görəsən, AXC hakimiyyəti dövründə keçmiş DTK arxivlərinin açılması mümkün olardımı? Mümkün olmazdısa, səbəblər nə idi? Eks-prezident Əbülfəz Əliyev deyirdi ki, onları açsaq, vətəndaş müharibəsi olar. Bəs Baltikyanı, və bir sıra postsosialist Şərqi Avropa ölkələrində Rusiya-sovet imperiyasına həmin arxivlər açılanda niyə heç bir problem olmadı?

Arxivlər açılsaydı, doğrudanmı sonrakı illərdə bir çox faciələr başımıza gəlməzdi? Bəlkə heç torpaqlarımızın da işğalı o miqyasda baş tutmazdı? Ölkədə korrupsiya şəbəkəsi də bu qədər şaxələnməzdi? Yəqin, ölkədə heç “Rus evi” problemi də olmazdı… Və kimlərsə bir-birini əsassız şəkildə “KQB” agenti olmaqda ittiham edə bilməzdi. Və bu gün Rusiyaya casusluq etmələrindən şübhələndiyimiz keçmiş yüksək vəzifəli kimsələr vaxtında heç həmin vəzifələrə buraxılmazdı…

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AXC hakimiyyəti dövründə o vaxtkı yeni fəaliyyətə başlamış Milli Təhlükəsizlik Nazirliyində çalışmış Ərəstun Oruclu bunları söyləyib:

Həmsöhbətimiz “Ötən açıqlamanızda eks-prezident Heydər Əliyevin “KQB” arxivlərinin qanunsuz açılmasıyla bağlı qurduğu məhkəmə prosesindən və o istintaqa 1992-1993-cü illərdə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbəri də cəlb etməsindən danışdınız. Həmin proses təxminən neçənci ildə keçirilmişdi və nə ilə nəticələndi?” sualını belə cavablandırıb:

“Həmin məhkəmə prosesi, səhv etmirəmsə, Bakı Ağır Cinayətlər Məhkəməsində 1993-cü ilin sonunda başlamış və 1994-cü ildə davam etmişdi. Amma heç bir nəticə vermədi. Ona görə ki, Heydər Əliyev bir peşəkar kimi, bir “KQB” generalı kimi gözəl başa düşürdü ki, arxivlər hər hansı formada kimlər tərəfindənsə açılıbsa, deməli, məlumatlar sızıb. Və bu məsələni qabartmaq da həmin məlumatların ictimailəşməsinə, yayılmasına səbəb ola bilərdi. Ona görə də məhkəmə sadəcə görüntü xarakteri daşıyırdı. Əslində isə pərdə arxasında xüsusi xidmət orqanları, konkret olaraq ovaxtkı MTN arxivlərdən sızmış məlumatların kimlərdə olması ehtimalları üzərində işləyir və müvafiq axtarışlar aparırdı. Ancaq dediyim kimi, həmin məhkəmədə qaldırılmış ittihamla bağlı heç bir nəticə olmadı. Çünki Heydər Əliyev onu da bilirdi ki, o məsələ ilə bağlı kimlərəsə qarşı cinayət işləri qaldırıb onları həbs etmək sızmış məlumatlarla əlaqəsi olmuş digər şəxsləri də qorxuda bilər və onlar həmin məlumatları yayarlar. Və bu məlumatların yayılması hakimiyyətdə və onun tərəfdarlarında çox ciddi təlaş yarada bilər…

Onu da deyim ki, əslində Elçibəy hakimiyyəti arxivləri möhürləməklə faktiki özünə fətva vermiş oldu. Bir çoxları bu günədək bunu anlamır. Çünki mən bir sıra partiya sədrləri ilə söhbətimdə də şahidi olmuşam ki, onlar agentin fəaliyyətinin nə olduğunu, onun işinin nələrə səbəb ola biləcəyini başa düşmürlər. Məsələn, primitiv suallar verirlər: “Bir nəfər nə edə bilər ki?.. Tutaq ki, partiya və ya dövlət rəhbərliyindəki bir nəfər nə edə bilər ki?” Bəli, məntiqlə bir adam böyük bir iş görə bilməz. Amma nəzərə almaq lazımdır ki, agent olan bir nəfərin arxasında saat mexanizmi kimi işləyən bir sistem dayanır və o bir adam həmin sistemin işini görür. Bax, bunu anlamırdılar. Və anlamırdılar ki, arxivləri bağlamaqla və sonra açmamaqla həm də öz hakimiyyətlərini bitirmiş oldular. Necə? Çox sadə. Söhbət yalnız kiminsə agent olmasından, kimlərinsə kritik məqamda hansısa təlimat əsasında hərəkət etməsindən getmir. Söhbət ondan gedir ki, ölkənin dayağı olan və həmin dövrdə fəaliyyəti son dərəcə vacib olan təhlükəsizlik orqanları iflic vəziyyətinə düşmüşdü. Məsələn, mən kiminsə haqda məlumat öyrənmək istəyəndə məcbur olub təcrübəli əməkdaşlara müraciət edirdim. Onlardan bəziləri, əlbəttə, məsləhətlər verirdilər, bəzi məlumatları bölüşürdülər, amma digərləri heç bir məlumat vermək istəmirdilər. Ona görə yox ki, pis niyyətə xidmət edirdilər. Ona görə ki, onlar başa düşürdülər ki, bu məsuliyyət deməkdir, əməliyyat məlumatını, dövlət sirrini bölüşmək deməkdir. Onlar elə sirlərdir ki, hətta öz xidmət yoldaşınla da bölüşməməlisən. Bax, belə bir problem yaranmışdı. Və həmin problem də, dediyim kimi, təhlükəsizlik orqanlarının fəaliyyətini iflic etmişdi…

Başqa bir faktı da deyim. Bir dəfə MTN əməkdaşlarıyla görüşdə mərhum Əbülfəz Elçibəy çox yanlış bir addıma yol verdi. O bildirdi ki, bu orqanda çalışanlar “KQB” məktəbi keçiblər, odur ki, imperiyaya xidmət ediblər və deməli, müstəqil dövlətə xidmət edə bilməzlər. Ona görə də tədricən bu orqanın tərkibini dəyişəcəyik. Bu, olduqca yanlış bəyanat idi. Prezident tərəfindən yolverilnməz bir addım idi. Və həmin bəyanatdan sonra MTN-nin özündə də əhval dəyişdi. Halbuki, mən bunu tam məsuliyyətlə deyirəm, o dövrdə həmin qurumun əksər əməkdaşları vicdanla Azərbaycan dövlətinə xidmət edirdilər. Nə olsun ki, onlar keçmişdə “KQB” əməkdaşı olublar. Və mənə belə görünürdü ki, həmin o “KQB” əməkdaşı olmuş şəxslər Azərbaycan dövlətinin əhəmiyyətini, onun müstəqilliyinin qorunmasının vacibliyini bəzi siyasi hakimiyyət nümayəndələrindən daha yaxşı anlayırdılar…”

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Next: “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında…” – ŞOK AÇIQLAMA

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.