Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ədalət Muradov üçün kritik dövr – Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ədalət Muradov üçün kritik dövr – Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?

admin 12.02.2025
1739336344_1
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialından 2023-2024-cü illərdə məzun olmuş tələbələr hələ də diplomlarını ala bilmirlər.
Mətbuatda ADİU-nun Dərbənd filialının məzunlarına diplomların verilməməsi və bu problemin Elm və Təhsil naziri Emin Əmrullayev ilə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərdən qaynaqlandığı da vurğulanıb.Uzun müddətdir ki,universitet rəhbərliyi yaranmış problemin kökündə təhsil nazirliyini göstərib tələbələri nazirliyə,nazirlik isə əksinə, Azərbaycan Dövlət İqtisad Universitetinə yönləndirməsi informasiya resurslarında müzakirə olunan mövzulardandır. Ötən həftə isə yaranmış ziddiyyətli vəziyyətə münasibət bildirən UNEC rəsmisi Elm və Təhsil nazirliyinə məktub ünvanlandığını, nazirlikdən diplom blankları alacaqları təqdirdə məzunların diplomlarını verəcəklərini bildirdi.

Faktinfo.az saytı olaraq, bir müddət əvvəl yaranmış vəziyyətlə bağlı xəbər vermişdik. Qeyd etmişdik ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Dərbənd filialının məzunlarına diplomların verilməsi ilə bağlı qanuni tərəfdən problemi olmamalıdır. Eləcə də, məsələnin mahiyyətini bilmədən,Dərbənd filialının bir qrup tələbəsinə diplomların verilməməsinə görə, Elm və Təhsil naziri Emin Əmrullayevi qınamağın yersiz olduğunu yazmışdıq. O cümlədən, Elm və Təhsil naziri ADİU-nun Dərbənd filialı ilə bağlı məsələnin qanuni tərəfindən yayına, diplomları verməyə bilməz, fikirini irəli sürmüşdük.Hətta vurğulamışdıq ki,görünür diplomu verilməyən tələbələrlə bağlı müəyyən problemlər mövcuddur.Məsələn,ola bilər ki, diplomlarını ala bilməyən tələbələr ADİU-nun Dərbənd filialına bir neçə il bundan qabaq hansısa şərtlər daxilində qəbul olunublar.O da ola bilər ki, diplomu verilməyən məzunlar filiala ümumi plan yerindən artıq (kənar)qəbul olunan tələbələr ola bilər,fikirini irəli sürmüşdük.Bu hallarda naziri və ya nazirliyi məzunlara diplom verilməməsinə görə qınamaq yersizdir,qənaətini sərgiləmişdik.

Göründüyü kimi, Elm və Təhsil naziri Emin Əmrullayev 06.02.2025-cil tarixində keçirdiyi brifinqində çıxışı zamanı Dərbənd filialının məzunlarına diplomların verilməməsi səbəbinə səmimi şəkildə aydınlıq gətirdi.Nazirin jurnalistin sualına cavabından belə aydın oldu ki,50 bal toplayanla,550 bal toplayıb universitetə qəbul olan tələbəyə fərq qoyulmalıdır,fərq qoymadan hər ikisinə diplom verəcəyiksə, burada ədalət meyyarı pozulmuş olacaq.Hərə əlinə bir kağız alıb üstümüzə gələcəksə,biz onlara heç də diplom vermək məcburiyyətində deyilik,vəs.

ADİU-nun Dərbənd filialının tələbələrinə nazirlik olaraq,diplom verə bilmirlər,ona görə ki, bunun hüquqi əsası yoxdur.Heç o tələbələr Dərbənd filialında normal dərsdə olmayıblar,ora qanuni tərəfdən qəbul olunmalarına dair nazirlik olaraq, əllərində bir əsas yoxdur.Məzunlar məhkəməyə müraciət etsinlər,əgər məhkəmə bu barədə onların xeyrinə qərar qəbul edərsə, heç olmasa bunu əsas götürüb,2023-2024-cü il,ADİU-nun Dərbənd filialından “məzun olmuş” tələbələrə diplom verilməsinə zəmin yaranmış olsun.Yəni, Elm və Təhsil naziri Emin Əmrullayev ona ünvanlanan suala cavabı zamanı açıq formada deməsə də,sətiraltı vurğuladı ki,hazırda diplomu verilməyən məzunların ADİU-nun Dərbənd filialına qəbul siyahısı nazirliyin elektron baza sistemində yoxdur. Onlar başqa yollarla ADİU-nun Dərbənd filialına qəbul ediliblər,bundan bəlkə də heç tələbələrin xəbəri olmayıb. Mən belə saxtakarlığa göz yumub onlara diplom verə bilmərəm, vicdanımda qəbul eləmir,kim verə bilir buyurub versin. Vəssalam, şüttamam!

Qısası belə anlaşılır,2023-2024-cü il,ADİU-nun Dərbənd filialından məzun olmuş tələbələrə diplom verilməməsi problem olaraq get-gedə UNEC rektoru Ədalət Muradov üçün başağrısına çevrilir.Yaranmış vəziyyətə ötən ay Hesablama Palatasının 2022-2024-cü il üçün iş planına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət maliyyə nəzarəti tədbiri həyata keçirdiyi zamanı aşkarlanan nöqsanları və bunların aradan qaldırılması məqsədilə dövlət büdcəsindən artıq ödənilmiş milyonlarla manat vəsaitin geri qaytarılmasını,təmir işlərində artıq icra edilmiş məbləğlərin geri ödənişinin təmin edilməsini tələb kimi qarşıya qoyması Ədalət Muradovun vəziyyətini bir az da ağırlaşdırır.

Düzdür, o rektor təyin edildiyi son 10 il ərzində Azərbaycan Dövlət İqtisad Universitetində yaranmış bütün xoşagəlməz halların ört-basdır edilməsində çətinliyi olmayıb.Amma belə görünür,hazırkı xına o xınadan deyil, qiymətləndirmə də artıq onun əleyhinə işləyir.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. – İTTİHAM VAR…
Next: Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı – FOTOLAR

OXŞAR MÖVZULAR

1780862546_1
  • CƏMİYYƏT
  • VİDEO

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO

admin 08.06.2026
1780906946_screenshot-2026-06-08-122123
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT

admin 08.06.2026
1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026

XƏBƏR LENTİ

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır 1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi...
DAVAMI Read more about Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT 1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə...
DAVAMI Read more about 500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT
“Any Unboxing” piramidasının ifşası media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
Son aylarda Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında anyunboxing.com adlı layihənin reklamları geniş yayılıb. Platforma...
DAVAMI Read more about “Any Unboxing” piramidasının ifşası
“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO 9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Həkim İstanbulda yerləşən Marmara Universitetinin əməliyyat və...
DAVAMI Read more about “1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala”...
DAVAMI Read more about Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

Bütün yazılar

1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.