Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rusiyanın ölkəmizə qarşı bugünkü təhqir və təzyiqlərinə qarşı Polad Bülbüloğlu niyə susur?
  • GÜNDƏM

Rusiyanın ölkəmizə qarşı bugünkü təhqir və təzyiqlərinə qarşı Polad Bülbüloğlu niyə susur?

admin 11.02.2025
1739225051_1

Azərbaycanda “vurumuş” məmurların səfir göndərilməsi kimi uzun illər davam edən yazılmamış bir “adət-ənənə” var. Polad Bülbüloğlunun Azərbaycanın Rusiyadakı səfiri postundan çıxarılandan sonra Azərbaycan parlamentinin deutatı olması isə belə qənaət yaradır ki, indi də “vurulan” səfirlərin deputat edilməsi kimi yeni “tendensiya” meydana gəlib. Bunun nə dərəcədə “uğurlu” gediş olduğunu P.Bülbüloğlunun deputat olandan sonrakı fəlaiyyət(sizliy)i aydın şəkildə ortaya qoyur…

AZAL təyyarəsinin vurulmasından sonra baş verənlər, Rusiyanın Azərbaycana münasibətdə “həm suçlu, həm güclü” siyasəti, kobud, yekəxana davranışları, üstəgəl də Azərbaycan tərəfinin haqlı tələbləri və Bakıdakı “Rus Evi”-nin bağlanması da daxil olmaqla qanuni addımlarına Kremlə yaxın medianın, təbliğatçıların, politoloqların, deputatların və s. bütün əndazələri aşan reaksiyası biz tərəfdən də adekvat cavab tələb edir. Yaxşı olar ki, hətta vacibdir ki, bu cavabı Rusiyada az-çox tanınan azərbaycanlı siyasət, ədəbiyyat, incəsənət və s . adamları versinlər.

Ancaq Azərbaycana “dil uzadan”, ünvanımıza təhqir və təhdidlər səsləndirən Rusiyanın hakim “Vahid Rusiya” partiyasının tanınmış deputatlarına yalnız bir-iki deputatımız – Azər Badamov, Nizami Səfərov, Rasim Musabəyov və s. cavab verir.

Uzun illər Rusiyada səfir olmuş, hazırda isə Milli Məclisin deputatı adını daşıyan, rus siyasi və mədəni elitasının yaxşı tanıdığı Polad Bülbüloğlunun isə səsi, cınqırı çıxmır.

Hazırda Rusiyada Azərbaycana qarşı açıq düşmənçilik təbliğatı tüğyan edir, ölkə rəhbərliyi rus mediasında təhqir olunur, azərbaycanlıların toplaşdığı obyektlərə polis basqınları həyata keçirilir, Rusiya vətəndaşı olan azərbaycanlılar belə təhqir, təhdid edilir və s. Yeri gəlmişkən, rus təbliğatının hədəf aldığı şəxslər arasında Rusiyada böyük biznesi olan və sabiq səfirimizin dost adlandırdığı azərbaycanlı milyarderlər də var. Amma Bülbüloğlu susur. Niyə? Nə gözləyir? Hansı maraqlarına zərbə dəyəcəyindən, yaxud Moskvada kimin xətrinə dəyməkdən qorxur?

Adama elə gəlir ki, o, hansı ölkənin, xalqın səfiri, sonra isə deputatı olduğunu özü də qarışıq salır və heç cür Vladimir Putinin qarşısında gözləri parıldaya-parıldaya oxuduğu “Podmoskovnıye veçera” mahnısının ab-havasından çıxa bilmir. Ya da Putinin verdiyi və Lavrovun təqdim etdiyi “Aleksandr Nevski” ordenindən utanır…

Təəssüf ki parlament rəhbərliyi, spikerin özü də Azərbaycana qarşı aparılan çirkin kampaniyaya Bülbüloğlu kimilərin susqun reaksiyasına göz yumur…
Polad Bülbüloğlu Moskvada səfir olanda səfirlik qarşısına toplaşan və min əziyyətə, təhqirlərə qatlanaraq çörək qazanan həmyerlilərimizə minnət qoyaraq, “Rusiya sizə çörək verir” demişdi. Hansı ki, Rusiyadan əziyyətsiz-filansız ən böyük “çörək qazananları” da həmvətənlərimiz yaxşı tanıyır. Görünür, bəzilərinin miskin susqunluğu da həmin “çörəyi itirmək” qorxusundan irəli gəlir…

Bir sözlə, Bülbüloğlu necə səfir, diplomat idisə, elə o cür də deputatdır. Nə səfir kimi səfirliyini, nə də deputat kimi deputatlığını görmədik…

Cəlal Məmmədov

“AzPolitika.info”

 

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR – ŞİKAYƏT/FOTO
Next:  Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ… – Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO
Qurban Qurbanovla Emin Əmrullayevin fərqi… 1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
Avroliqada uğurlu iştirakına görə, “Qarabağ” FK UEFA-dan bu il 65 milyon avro mükafat aldı. Bu məbləğ bizim...
DAVAMI Read more about Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…
Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü 1784881596_screenshot-2026-07-24-122451
  • CƏMİYYƏT
  • ÖLKƏ

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

admin 24.07.2026
Azərbaycanın vaxtilə ən böyük tikinti şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisi̇ya Korporasiyasi” ASC-nin 2025-ci il üzrə maliyyə...
DAVAMI Read more about Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

Bütün yazılar

1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.