Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” – AXI NİYƏ?..
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” – AXI NİYƏ?..

admin 10.02.2025
1739198927_1739185005_0001

Paytaxtın Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən “Komfort” yaşayış kompleksinin sakinləri 7 ildir mənzillərinə çıxarış ala bilmədiklərini deyirlər.
Yeniavaz.com-a müraciət edən kompleksin bir qrup sakininin sözlərinə görə, 2017-ci ildən tikilməyə başlamış və fors major hallar nəzərə alınmaqla 6 iyun 2018-ci ildə tam təhvil verilməli olan bina 7 il keçməsinə baxmayaraq hələ də hazır deyil.
“Binamızda ehtiyat pilləkənlərin məhəccərləri qoyulmayıb, siqnalizasiya quraşdırılmayıb, mərtəbələr yanğın şitləri ilə təchiz olunmayıb, liftlərə ehtiyat cərəyan kabeli birləşdirilməyib, liftlərlə texniki xidmət müqaviləsi bağlanmayıb. Bir sözlə, heç bir texniki təhlükəsizlik qaydalarına əməl olunmayan binada məcburi yaşayırıq”, – sakinlər bildirirlər.


İddia olunur ki, “İnteks” MMC-yə məxsus olan yaşayış kompleksinin satış zamanı müştərilərə təqdim etdiyi ərazilər də başqa quruma aid olub:
“Satış zamanı göstərdikləri ərazi də şirkətin deyilmiş. Satış zamanı bizə futbol meydançası, fontan, istirahət güşəsi, qaçış zolağı, uşaqlar üçün uşaq meydançası vəd olunmasına baxmayaraq, ərazi şirkətə məxsus olmadığından oturacaq qoymağa belə yer yoxdur. 7 ildir ki, mənzillərimizə çıxarış ala bilmirik. AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – red.) da duracaq nişanlarını basdırıb. Mənzillərin çıxarışı olmadığından öz həyətimizdə maşınımızı ödəniş ilə saxlayırıq”.



İddialarla bağlı “İnteks” MMC-dən məlumat almaq istəsək də, bu mümkün olmadı.
Qeyd edək ki, sözügedən yaşayış kompleksinin sakinləri daha əvvəl də dəfələrlə sadalanan problemləri ictimailəşdiriblər. Hətta 2019-cu ildə mətbuat nümayəndələrinin iştirakı ilə sakinlərlə görüşən şirkətin rəhbər şəxsləri qısa müddət ərzində problemləri aradan qaldıracaqlarına dair söz veriblər. Lakin belə görünür ki, həmin vaxtdan 6 il keçməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır.(Yeniavaz.com)

 

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR… – Nəfəs ala bilmirəm…
Next: Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi – Siyahıda onlar var

OXŞAR MÖVZULAR

1784882874_tia_f046c553ca1fa403586ad5fecbeeb2dc_l2fx7n45vozab0i1m86r
  • CƏMİYYƏT

Bakı Qızlar Universitetində GƏRGİNLİK

admin 24.07.2026
1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026

XƏBƏR LENTİ

Bakı Qızlar Universitetində GƏRGİNLİK 1784882874_tia_f046c553ca1fa403586ad5fecbeeb2dc_l2fx7n45vozab0i1m86r
  • CƏMİYYƏT

Bakı Qızlar Universitetində GƏRGİNLİK

admin 24.07.2026
Bakı Qızlar Universitetinin akkreditasiyadan keçməməsi orada oxuyan tələbə və valideynləri narahat edib. Narahat olan valideynlər çıxış yolu...
DAVAMI Read more about Bakı Qızlar Universitetində GƏRGİNLİK
İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib 1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026
 Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb....
DAVAMI Read more about İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir? 1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb....
DAVAMI Read more about “10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?
Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO 1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə...
DAVAMI Read more about Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO
ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib 1784865330_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

admin 24.07.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı il iyunun 30-na 72,596 milyard ABŞ dolları (123,4 milyard...
DAVAMI Read more about ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

Bütün yazılar

1784882874_tia_f046c553ca1fa403586ad5fecbeeb2dc_l2fx7n45vozab0i1m86r
  • CƏMİYYƏT

Bakı Qızlar Universitetində GƏRGİNLİK

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026
1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.