Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb – Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
  • CƏMİYYƏT

DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb – Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA

admin 10.02.2025
1739195022_dsmf-dovlet-sosial-mudafie-fondu

Prezident 2025-ci ili Konstitusia və suverenlik ili elan edib. Ən azı, bu il ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Konstitusiyanın qüvvədə olacağına böyük ümidlər var. Bəlkə onlarla illərdir icra olunmayan məhkəmə qərarlarının icrası təmin olunar, dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarını qorumaq, vətəndaşa layiqli həyat səviyyəsinin təmin edilməsi yada düşər, məmurlar vicdansız davranışdan, özbaşınalıqdan əl çəkər. Di gəl, hələ də qanunun , Konstitusiyanın şahlığı yerinə, məmurların şahlığı ilə üz-üzəyik.
Bu sətirlərin yazarının pensiyasına 1BİİM-in (hazırda Bakı İnzibati Məhkəməsi) 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/2017 N-li Qərarı (h. Elçin Məmmədov) ilə əlavə olunan 110 manatın verilməsini 6 il sonra 01.04.2023-cü ildən borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) özbaşına dayandırıb. 22 aydır bu yekəlikdə özbaşınalığa , dövlətə, Konstitusiyaya hörmətsizliyə icra, qanunverici, məhkəmə hakimiyyəti , prokurorluq, Ombudsman , Hesablama Palatası … son qoymaq istəmir, hərəsi “sosial rüşvət paketini” alıb susur.
Bakı İnzibati Məhkəməsində “İnzibati mübahisə üzrə 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarın icrasının dayandırılmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə borclu cavabdeh XŞTMF-yə qarşı (ötən ilin sonlarında) iddia qaldırılıb. İş üzrə 10.02.2025-ci ilə hazırlıq iclası təyin olunub. Elektron kabinetdə isə tələbkar qazinin iddia tələbinə borclu cavabdehin adından DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının (departament müdiri Yeganə Məmmədova və baş mütəxəssis Gülnar Həzizadə) 06.02.2025-ci il tarixli 7 vərəqlik iddiaya aid olmayan etirazı yerləşdirilib. Bu etiraz bir daha borclu DSMF-in pensiya filialının özbaşınalığını, vicdansız davranışını ortaya qoyur. Birincisi, cavabdeh-borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır, Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı- 39 saylı vəkil bürosu yox! İkincisi, tələbkar qazinin iddia tələbi “məhkəmə qərarının icrasının özbaşına dayandırılmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” haqqındadır, borclu bu tələbi saxtalaşdırıb “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” edib. (?) Bəyəm cavabdehin özbaşınalıqla iddiaçının tələbini dəyişdirmək, cibinə uyğunlaşdırmaq hüququ var? Vətəndaş əlil-qazi Konstitusiyanın 129-cu maddəsi ilə təminat verilən dövlətin adından çıxarılan məhkəmə qərarının məcburi icrasını tələb edir, 60, 68-ci maddə ilə təminat verilən məhkəmə müdafiəsi, özbaşınalığı istisna edən vicdanlı davranış hüququnu istəyir, məhkəmədə də özbaşınalıqla, dələduzluqla üzləşir.
ƏƏSMN-in, tabeliyindəki DSMF-in, Sosial Xidmətlər Agentliyinin hüquq doktorlarının hüquqa, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyinə Konstitusiya və suverenlik ilində son qoyulacaqmı? Yoxsa “suveren məmurların öz cib konstitusiyaları” qüvvəsini saxlayacaq? Yaşaya bilsək, görərik…(Teref)
Məğrur Bədəlsoy
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sloveniya XİN-in dövlət katibi Ceyhun Bayramovla görüşdə “Mixaylo”dan DANIŞDI
Next: RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? – Bakının mərkəzində general-leytenanta qarşı terrorun 16-cı ildönümü

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.