Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • BELƏ SƏFƏRBƏR OLACAĞIQSA… – 10-cu dərəcə skarliozu əsgər göndəriblər…
  • GÜNDƏM

BELƏ SƏFƏRBƏR OLACAĞIQSA… – 10-cu dərəcə skarliozu əsgər göndəriblər…

admin 10.02.2025
1739174427_v3qedx3szu91e9m6ivmnilxmn2raddlg2tv0u8sm_1200

Nəsirli Vahid Elşən oğlu bu ilin 24 yanvarında Dövlət Sərhəd xidmətində əsgərliyə başlayıb. Lakin ailəsi onun səhhətində olan problemlərlə bağlı dövlət qurumlarına müraciət edib. Elşən Nəsirli bildirir ki, oğlu Vahid 10-cu dərəcəli skaliozdur, ürək sıxılması var. Buna baxmayaraq, gənc çağırışçı hərbi xidmətə aparılıb.

Anaxeber.info bildirir ki, ailənin müraciətində Vahid Nəsirlinin yenidən tibbi müayinədən keçirilməsi istənilir. Çünki sosial şəbəkələrdə müayinə görüntüləri yayılan gəncin zahiri cəhətdən sağlam olmadığını təxmin etmək mümkündür. Eyni zamanda, hərbi komissarlığın həkimləri onun skarlioz olduğunu müəyyən etməliydilər. Amma sual doğurur ki, komissarlığın həkimləri Vahidin xəstə olduğunu necə qeydə bilməyiblər?! Bu, qanun pozuntusudur. Kadrlardan da görünür ki, Vahid Nəsirli sağlam gənc deyil.

Bu faktın özü bir daha sübut edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) komissarlıqları xəstə, sağlam olmayan gəncləri əsgərliyə göndərir. Qurumun rəhbərliyində dəyişikliklərdən sonra gözləntilər varıydı ki, bu sahədə dərin islahatlar həyata keçiriləcək, şəffaflıq təmin olunacaq. Ancaq xidmət rəisi Mürsəl İbrahimovun rəhbərliyi altında hərbi komissarlıqlarda ciddi dəyişiklik müşahidə olunmur. Vahid Nəsirlinin nümunəsində görünür ki, 10-cu dərəcəli skarlioz olan gənci heç nəyə baxmadan əsgərliyə aparıblar. Buna görə məsuliyyət daşımalı olan hərbi komissarlıq isə reaksiya belə vermir. Eyni hal Suraxanı hərbi komissarlığına aiddir. Talıbov Turan Azər oğlunun “14 B” diaqnozu təsdiqlədiyi halda, komissarlıq təkrar müayinə tələb edir ki, əvvəlki əməkdaş rəhmətə gedib və onun dövründə verilən nəticə sayılmır. Bax, belə bir ədalətsizlik hökm sürür və sözügedən qurum şikayətlərə, müraciətlərə reaksiya vermir. Vahid Nəsirlini sərhəd xidmətinə göndərən bir hərbi komissarlığın hansı əsasla onun xəstəliyini görə bilməməsi də sual doğurur. Belə çıxır ki, ya xəstə uşaq əsgər getməlidir, ya da ailəsi məcbur qalıb pul verməlidir. Halbuki xəstəliyi faktdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi Mürsəl İbrahimovun qurumun fəaliyyətində şəffaflıq yaratması barədə aparılan təbliğat görüntü xarakteri daşıyır.

Anaxeber.info

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? – İcra hakimiyyəti isə deyir ki… VİDEO
Next: Nazir müavini: Bir çox bələdiyyələr fəaliyyət göstərə bilmir

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO
Qurban Qurbanovla Emin Əmrullayevin fərqi… 1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
Avroliqada uğurlu iştirakına görə, “Qarabağ” FK UEFA-dan bu il 65 milyon avro mükafat aldı. Bu məbləğ bizim...
DAVAMI Read more about Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…
Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü 1784881596_screenshot-2026-07-24-122451
  • CƏMİYYƏT
  • ÖLKƏ

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

admin 24.07.2026
Azərbaycanın vaxtilə ən böyük tikinti şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisi̇ya Korporasiyasi” ASC-nin 2025-ci il üzrə maliyyə...
DAVAMI Read more about Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

Bütün yazılar

1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.